www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 19 » Mən “Xəzər Lənkəran” azarkeşiyəm.Hətta məndə olmayan o pullar da xəstəliyimi sağaltmağa yetməz…
17:20
Mən “Xəzər Lənkəran” azarkeşiyəm.Hətta məndə olmayan o pullar da xəstəliyimi sağaltmağa yetməz…
Mən “Xəzər Lənkəran” azarkeşiyəm, “azar”ıma müalicə olmayan xəstəyəm...
Bu yazını yazmağa başladığım andan yarım saat əvvəl, qonşu İran dövlətindən səfərdən qayıtmışdım.Təəsüratlarım haqda fikirlərimi sağa sola çəkmək istəsəm də yaxşı bir şey görmədiyimi bildirməliyəm.Qonşu dövlətə ilk dəfə idi ki,gedirdim və ilk səfərimin məqsədi də uşağımın xəstəliyi ilə bağlı idi.Hələ 3-gün öncə yola çıxıb gömrükxanaya çatdığımdan qəribə insanlar bizi əhatəyə alıb hansısa bağlamanı İran tərəfə keçirməyimi xahiş etdilər,Əvəzində müəyyən miqdarda pul da təklif etdiklərindən,mənim imtina etməyim onları təəcübləndirdi.
Hətta mənimlə eyni zamanda o tərəfə keçən və tanımadığım insanlar da məni qınadı.Sən demə İrana gedən minlərlə insan arasında mən ilk belə pul qazanmaqdan imtina edəni olmuşam ki,bu da hamının özündən çıxartmışdı.Azərbaycan tərəfin gömrükçüləri insafən saymazyana baxışları ilə bizi seyr etdikcə bir söz də demirdilər.Amma İranlı gömrükçülərin Azərbaycandan İran tərəfə gedənlərə necə hörmətsiz davranmaları diqqətimdən yayınmadı.Kobud İranlı gömrükçünün bizə də eyni hərəkət etməsinə etiraz etdikdə isə, qarşılaşdığım növbəti kobudluğa daha kəskin cavab verdikdən sonra, o tərəfə bir daha keçməyəcəyimi özümə söz verdim.Millətimizin bunca təhqirini deməzdim ki,ilk dəfə idi görürdüm.Elə öz vətənimizdə də az görməmişik belə işləri…
Ərdəbilə qədər yol boyu olanlar haqda düşündükcə uşağımın dərdinə çarə tapacaqlarına ümid bəslədiyim İranlı həkimlərin də bizim həkimlər qədər fırıldaqçı olduğunu bilməzdim.Aylarla hazırlaşdığım,ordan burdan borcları başıma yığıb səfər etdiyim İranda, həkimlərin apteklərlə iş birliyinə getməsini görüncə tanış səhnəni xatırladım.Axı belə iş birlikləri bizim məmləkətdə adi haldır.Bizdən fərqli olaraq, onlar yalnız bizə qarşı belə edirlər…
Bir neçə ayın tədarükü və zəhməti hesabına Ərdəbilin Sərçeşmə məhəlləsində olduğum üç gün ərzində həkimlər hərəsi yarım dəqiqə uşaqla maraqlanıb,bizi məsləhət bildikləri labarotoriyalara və apteklərə göndərdilər.Hər şeyin əldən çıxdığını görüb,İrana gəldiyim üçün özümü qınayaraq, həkimlərdən :- Mən şəhərimizi təmsil edən futbol klubuna elə bağlanmışam ki,hətta öz uşağımla da ilgilənə bilmirəm,məni bu bəladan çıxarmaq olarmı?- deyə soruşdum.Məsələ aydın olsun deyə “Xəzər Lənkəran”ın son oyunu və oyundan sonrakı hadisəni də elə yarım dəqiqəyə danışdım. Rast gəldiyim 8-fırıldaqçı həkimdən ikisinə eyni sualı verdim.Bu iki həkim nə qədər fırıldaqçı olsalar da sadəlöhvliklərindən bu haqda danışanda mənə daha diqqətlə qulaq asdılar. Əslində onları ələ salmaq üçün deyil,sadəcə fırıldaq işlərini gördüyümü onlara anlatmaq üçün sual vermişdim.Biri ciddi şəkildə,digəri isə özünü misal çəkərək, sualımın cavabında sağalmaz xəstəliyə tutulduğumu dedilər.Bu mənim üçün təzə xəbər deyildi əslində.Hər halda o iki həkim mənim onların fırıldaqlarına aldanmadığımı dəqiq bildilər…
Kor peşman vətənə dönəndə də,gömrükxanada gedərkən gördüyüm eyni hadisələri bir daha gördüm.İranlı gömrükçülərin əxlaqsız davranışı nə qədər dözülməz olsa da məndən başqa etiraz edəni yox idi.Hər cür təhqirlərə dözən kişili qadınlı alverçi adı ilə özlərini mənim gözümdən salanlara baxıb təsəlli tapdım.Mənə min şükür.Onları hansısa İranlı gömrükçülər iyrənc davranışları ilə təhqir edirdi.Mən isə sevimli komandam öz meydanında məğlub olandan və çempionluğu əlindən çıxandan sonra pərt olmuşdum və komandanın sahibi "-pulumu verin siz idarə edin komandanı" deyəndən sonra güya təhqir olunmuşdum.Məgər bu təhqirdir.Məni tanıyanlar bilir ki,elə hey borc içindəyəm də.Qoy pulu olub klubu almaq üçün xərcləməyə ürəyi olmayanlar özlərini təhqir olunmuş hesab etsinlər.
Mənim nəyim var idisə zatən xərcləmişəm,həm uşağım üçün həm də “Xəzər Lənkəran”ımın oyunları zamanı.Bir də uşağımın xəstəliyi ola bilər illərlə keçib getsin,mən isə sağalmaz xəstəliyin qurbanıyam.
Mən “Xəzər Lənkəran” azarkeşiyəm.Hətta məndə olmayan o pullar da xəstəliyimi sağaltmağa yetməz…
Bölmə: |Baxış sayı: 587 | Yazar: ISLAM |
Всего комментариев: 3
21.05.2010
3. Aftandil Babayev [Материал]
Insallah ovladin saqalar.Bizimim kimi stadiondan Xezeri destekleyecek ve Talisin deyerli oqullarindan biri olacaq.Allah sene komek olsun
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

20.05.2010
2. Azer [Материал]
Ay qardaş ele yazmısan adam bilmir ne desin ? Allah cocuquva şefa versin , o uşaq bir daha xestelenmez inşeallah. Sene ise qelebe sevinci ....
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

19.05.2010
1. Aftandil Babayev [Материал]
Hamimiz xesteyik qardasim,qoy hec saqalmayaqda dermanimizda olmasin
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz