Ana Səhifə» 2011»Fevral»8 » Mərhələli davanın ikinci ...
00:38
Mərhələli davanın ikinci ...
Taym-aut
Mətbuatın
reklamından yararlanan fan klublar:
Fevralın
13-də keçiriləcək "Neftçi” – "Xəzər Lənkəran” matçında tribunalardan oyunu izləyəcək
azakeşlərə sevimli komandalarını dəstəkləyərkən mümkün qədər səssiz qalmaları
məsləhət görülüb. Əsasən qonaq komanda olan "Xəzər Lənkəran”ın çox saylı azarkeşlərinin
daha sakit qalmaları məqsədə uyğun sayılıb. Bu təkliflə "Neftçi” klubunun
rəhbərliyi qeyri rəsmi olaraq çıxış edib. Hətta öz fan klublarını da mətbuatın əli
ilə bu işə qoşublar. "Xəzər Lənkəran” a azarkeşlik edənlərdən bir neçə şəxsin də
həmin təklifin müzakirəsində iştirakı
barədə məlumat vardır.
...aramızda
xain var ?
Necə
deyərlər "qabaqdan gəlmişlik” edən "Neftçi” klubu bu dəfə daha da irəli gedərək
hadisələri qabaqlamaq fikrindədir. Özünə havadar axtaran "ağ-qara”lar deyəsən
aramızda olanlardan "sözə qulaq asan”lar da tapmaq imkanından yararlana bilib...
Biz "Xəzər
Lənkəran” azarkeşləri olaraq daim aqressivliyə
qarşı çıxmışıq və həmişə də "Neftçi”
fanatlarının vəhşilikləri ilə qarşılaşmışıq. "Neftçi”nin digər komanlarla
oyunlarında ağ-qara fanatların "Xəzər Lənkəran” klubu və azarkeşləri barəsində
dəfələrlə qeyri etik şüarlar səsləndirməsi mətbuatda da zaman zaman işıqlandırılıb. Amma...
Düşünməyə
dəyər:
Bir
az sakit qalaq, bayraq yellətməyək, "Xəzər” - "Xəzər” qışqırmayaq, baraban da vurmayaq,
imkan varsa heç futbola da getməyək, susaq, düşünməyək və s. Belə məsləhətdir.!?
Mərhələli
dava:
"Böyük
oyun” öncəsi "Neftçi” klubunun rəhbərliyi
şərti olaraq "Taym-aut” adlandıra biləcəyimiz çox maraqlı bir gediş edərək
informsiya davasının birinci mərhələsində əzəli rəqibini bir az süstləşdirdi,
bir addım qabaqladı, bir az qorxutdu, bir az da uddu...
Bu
gün ikinci mərhələ başlayır. Bir gediş də bizdən !