"Xəzər
Lənkəran” komandası sentyabrın 8-də axşam məşqinə Lənkəran şəhər
olimpiya kompleksinin əsas meydançasında çıxdı.Dünən keçirilən məşqdəki kimi bu gün də heyyətdə
heç bir dəyişiklik yox idi.Futbolçular yenə də canla başla məşqçilərin təlimatlarını
yerinə yetirirdilər.İki tərəfli oyunlar bir neçə dəfə keçirildi,fiziki və
taktiki məşqlər də öz yerində.Məşqlər getdikcə forma və məzmununu dəyişir və
gündən günə yeniliklərlə zənginləşir.Bu işdə fiziki hazırlıq üzrə məşqçi Mihay
Kejanın zəhmətlərini xüsusi qeyd etmək lazımdır.Rednikin bir toxunuşlu,iki
toxunuşlu və üç toxunuşlu ötürmələrdən ibarət top qovma yeniliyi də Avropalı məşqçilər
korpusunun adına yazılmalıdır.