Məşq
bitəndən sonra Mirça Rednik həkim və
administratorları yenə iki komandaya bölünərək futbol oynamağa dəvət etdi. Bu dəfə
onlara komandanın rəisi Səməd Mustafayev də qoşuldu. Iki komanda arasında maraqlı mübarizə
gedirdi, bizim diqqətimizi fiziki hazırlıq üzrə məşqçi Mihay Teja çəkdi. Rednikin
səsi ətrafı bürümüşdüsə, Teja daha çox çevikliyi ilə fərqlənirdi. Bu dəfə də deyəsən
ən çox texnika nümayiş etdirən komandanın tərcüməçisi Elvar Quliyev oldu. Eyni
vaxtda futbolçulardan Alim Qurbanov və
Elvin Beqiri qapıya uzaqdan zərbələr üzərində çalışırdılar. Qapıda gənc qapıçı
Orxan Sadıxlı qalırdı. Klub prezidenti Mais Mənsimov və icraçı direktor Höccət Hacıyev də onları sona qədər diqqətlə izlədilər.