Ağasəlim Mircavadov oyun sonrası mətbuat konfransında iştirak etməyib, bu onun səhhəttində baş verən narahatçılıqla əlaqəlidir.Onun əvəzinə isə mətbuat konfransında köməkçi məşqçi Tofiq Mustafayev iştirak edib.
Çox maraqlı hal budur ki,rəqib komandanıın baş məşqçisi olan Arif Əsədov oyunda heç nə olmayıbmış kimi danışıb.
Arif Əsədov, "Neftçi" klubunun baş məşqçisi: "Oyun yaxşı keçdi. Komandanın oyunundan razı qaldım. Bura xal qazanmaq üçün gəlmişdik və bunu bacardıq. "Xəzər Lənkəran"a uğurlar arzulayıram."
Tofiq Mustafayev, "Xəzər Lənkəran" klubunun məşqçisi: "Maraqlı oyun alındı. Qalib gələ bilmədiyimiz üçün üzülürük. Lakin ruhdan düşmürük, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq."