"İnter"
- "Xəzər Lənkəran" 1:3 hesabı ilə bitdi.
Mirça
Rednik, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bugünkü oyunda
qalib gəldik, komandamdan məmnun qaldım. "İnter" kimi komandanı 3:1
hesabı ilə məğlub etdiyimiz üçün şadam. İkinci qoldan sonra üstünlük
"İnter"ə keçdi. Buna baxmayaraq, qalib gəlməyi bacardıq. Bizi irəlidə
daha çətin oyunlar gözləyir. "İlk altılıq" oyunlarına daha ciddi
hazırlaşacağıq".
Kaxaber
Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Oyunun əvəlində
"Xəzər Lənkəran"a iki qol hədiyyə etdik. Bu, istənilən komanda üçün
üstünlükdür. Komandamda çıxış edən futbolçular kifayət qədər təcrübəli olsa da,
bu cür səhv buraxdılar. Biz topa daha çox nəzarət edirdik, oyunda üstün tərəf
idik. Lakin qol imkanlarından istifadə edə bilmədik. Növbəti oyunlara
hazırlaşacağıq, həvəsdən düşmək olmaz"
|