Ana Səhifə» 2010»Noyabr»13 » Mətbuat konfransında...
20:40
Mətbuat konfransında...
Premyer Liqanın XIII turunda keçirilən "Xəzər Lənkəran" - "Simurq"
oyunu bitəndən sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi
Cokiça Haciyevski "Xəzər Lənkəran”ın güclü olduğunu dilə gətirdi.
Cokiça Hadziyevski, "Simurq" klubunun baş məşqçisi:
"Bu gün çox çətin və gərgin keçən oyunun şahidi olduq. "Xəzər Lənkəran"
komandasını qələbə münasibəti ilə təbrik edirəm. Sürpizə çox az qalmışdı. Rəqibimiz
çox güclüdür, Premyer Liqada öz sözünü demiş komandadır. Gənc müdafiəçimiz
Elvin Yunusovun yaşının az olmasına baxmayaraq, çox gözəl çıxış etdi. Samir
Əliyev də zədəsini tam sağaldıb və qarşıdakı oyunlarda da bizə kömək edəcək".
"Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik isə heyyətdəki problemlərdən
danbışdı.
Mirça Rednik, "Xəzər Lənkəran" klubunun baş məşqçisi:
"Bugünkü oyun çox çətin oldu. "Simurq" bizə qarşı var gücü ilə
mübarizə apardı. Çox prinsipial komandadır. Komandamızda hücumçu problemi var.
Son oyunda Uinston Parks da zədələndi. Bu səbəbdən əvəzedici heyətdən bir neçə
futbolçunu əsas heyətə cəlb etdik. Komandamın oyunundan razı qaldım,
futbolçularım oyun boyu durmadan çalışdılar. Qalib gəldiyimiz üçün həm
komandama görə, həm də azarkeşlərimizə görə şadam".