Ana Səhifə» 2010»Dekabr»4 » Mətbuat konfransında...
18:05
Mətbuat konfransında...
Premyer Liqanın XVI turunda Tovuza səfər edən "Xəzər Lənkəran"
yerli "Turan" komandasını 2:1 hesabı ilə məğlub etdi.
Mirça
Rednik, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Qarşımızda
nizamla oynayan, sonadək mübarizə aparan komanda var idi. "Turan"a
qarşı oynamaq çox çətin idi. İstənilən halda 3 xalı qazandıq, qalib gəldik.
"Neftçi"nin burada xal itirdiyini və AZAL komandasının bəxt sayəsində
burada qalib gəldiyini də unutmamalıyıq. Ola bilsin ki, bəxt də bu gün bizim tərəfimizdə
idi. Komandamı qələbə münasibəti ilə təbrik edirəm".
Revaz Dzodzuaşvili, "Turan" klubunun baş məşqçisi:
"Komandamızın prezidenti əsasən gənc futbolçulara üstünlük verir. Onların
gələcəkdə yaxşı futbolçu olması üçün çalışır. Bu gün çempionluğa iddialı
komanda ilə qarşılaşdıq. Komandamız öz potensialını ortaya qoydu, təəssüf ki, qələbə
qazana bilmədik. Ümid edirəm ki, gələcək də komandamız belə oynayacaq və qələbə
qazanacaq. Hər iki komandaya uğurlar arzulayıram".