Ana Səhifə» 2010»Mart»28 » Martın 25-də keçirilən sorğu...
01:17
Martın 25-də keçirilən sorğu...
Hər dəfə “Xəzər Lənkəran”ın – “Neftçi” ilə oyun öncəsi “12-ci oyunçu” azarkeş klubu olaraq Lənkəranda yaşayan azarkeşlərin fikirlərini öyrənməyə çalışırıq.
Bu dəfə də belə oldu.Martın 25-də Lənkəranda yaşayan fəal azarkeşlərin 27-martda baş tutacaq “Xəzər Lənkəran” “Neftçi” oyunu haqda fikirlərini öyrənmək üçün onlara 3-sualla müraciət etmişdik.
Maraqlı məqam odur ki,hazırladığımız suallardan 2-cisinə verilən cavablara “Xəzər Lənkəran” “Neftçi” oyunundan sonra bir daha nəzər salarkən Azərbaycan futbolunun iyrənclikləri qabarıq şəkildə diqqət çəkir.
Görün futbolumuz nə qədər çirkinliyə qapanıb ki,artıq azarkeşlər də hər hansı oyunda nələr baş verəcəyini qabaqcadan bilməkdə çətinlıik çəkmirlər.Artıq azarkeşlər hansı komandaya hakimlərin təzyiq edəcəyini proqnozlaşdıra bilirlər.
Həmin sorğunun ikinci sualı belə idi:
-Bu oyunda qeyri adi nə baş verə bilər.
Cavablar (%-lə).
Hakim yersiz fitlərlə və ümumilikdə bu və ya digər vasitələrlə “Xəzər Lənkəran”a təzyiqlər edəcək 55%.
”Neftçi”nin xeyrinə penal təyin olunacaq 22%.
”Xəzər Lənkəran”ın bir və ya bir neçə qolu hesaba alınmayacaq 13%.
Hakim “Xəzər Lənkəran”ın xeyrinə qərarlar verəcək 6%.
Qeyri adi heç nə olmayacaq 4%.
Buradan da görünür ki,azarkeşlərin bu oyun haqda olan fikirləri öz əksini oyunda tapdı.
Deməli artıq Lənkəranlı futbol azarkeşləri qabaqcadan inanırlar ki,”Neftçi” ilə oyunda “Xəzər Lənkəran”a qarşı hər cürə təzyiq vasitələrinə əl atıla bilər.
Xatırladaq ki, sorğu martın 25-də Lənkəranda yaşayan 200-fəal azarkeşin arasında keçirilmişdi və elə həmin gün axşam saat 22:00-da saytımızda təqdim olunmuşdu.
informasiya bolluqu yaratmaq lazimdi.pfl,hakimler komitesini yixib-surumek lazimdi.Turanla biabrciliqi ort-basdir etdiler qoymayaq bu biabrciliqi ort-basdir etmeye!Neftci futbolumuzda qara lekedi!