Ana Səhifə» 2010»Dekabr»28 » Medalyonun o biri üzü...
20:00
Medalyonun o biri üzü...
2010-cu
ildə Azərbaycan futbolunda yaxşı işləri və uğurları ilə seçilənlər, müxtəlif
təşkilatlar, informasiya vasitələri və fan klublar tərəfindən elan olundu. Futbol
aləmində müxtəlif cəhətləri, çatışmamazlıqları və qeyri adiliyi ilə seçilən
şəxslər və ya hadisələr ilin yekununda az
hallarda qabardılır. Bu çətin işin öhdəsindən biz gəlməyə çalışacağıq.
Beləliklə:
1. İlin
pis adamı: Xaqani Məmmədov, AFFA hakimlər komitəsinin sədri. Çalışdığı illərdə
yetişdirdiyi hakimlərin səviyyəsinə, hakim qərəzçiliyini təşkil etdiyinə və ədalətsizlikləri
müdafiə etdiyinə görə.
2.
İlin yanğını: "Neftçi” klubunun bayrağının yandırılması. 25-sentyabr 2010, Lənkəran
şəhəri "Fırtınalar Meydanı”. Bayraq
yandırılması qabaqcadan düşünlümüş addım olmasa da media və "Neftçi” klubu
tərəfindən həddən artıq şişirdilmişdi. (qeyd:Yanğını törədən naməlum şəxs hələ
də tapılamyıb)
3. İlin
vay şivəni: "Neftçi” veteranları klubu. Ağ-qaraların veteranları az qala "Neftçi”nin
oyunu günü hava şəraitinin əlverişsiz olmasına da etiraz bəyanatı ilə münasibət
bildirməyə hazırdırlar.
4. İlin
fərsizi: "Bakı” klubu. Azərbaycan kubokunun finalında vurduğu biabırçı qoldan
sonra avroliqada texniki məğlubiyyətə məruz qalmasına və heyətindəki səviyyəli futbolçuların
bolluğuna rəğmən ölkə çempionatındakı uğursuz çıxışına görə.
5.
İlin itkisi: Əfqan Həmzəyevin Lənkəranda itirdiyi qələm. 2009-2010 mövsümündə
Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "Neftçi” oyununu bərbad idarə edən Həmzəyev,
oyun sonrası polis maşınında başını
götürüb qaçan zaman qələmini itimişdi. (Sonradan həmin qələm Lənkəranda hərraca
çıxarılmış və 350-manata satılmışdı.)
6. İlin
nalbəndi: Gəray Qarayev. İdman Azərbaycan kanalının efirində gedən "Premyer
liqa” verilişindəki çıxışları zamanı təzad doğuran fikirlərinə görə. (Gah nala
vurur, gah mıxa...)
7.
İlin yazığı: Urfan Məmmədli. "Xəzər” tv-nin efirində gedən "Futbol saatı” verilişində
məntiqsiz və mənasız danışıqları
hesabına Babək Quliyevin arqumentləri qarşısında daim yazıq vəziyyətinə düşdüyünə görə.
Ilin transferi - Emil Mpenza Ilin tapintisi - Efran Ismayilov Ilin bombardiri - Bahadir Nasimov Ilin ugursuzu - Ferid Quliyev Ilin kapitani -Reshad Sadixov Ilin sponsoru - SOCAR Ilin hakimi - Vusal Eliyev Ilin sensasiyasi - Gence 4:1 Xezer-Lenkeran Ilin sherhcisi - Shemseddin Abbasov Ilin komandasi - Qarabag FC