Premyer liqanın XX turunda hakim
ədalətsizliyi üzündən məğlubiyyət aldıqlarını hesab edən Zaqatalalı azarkeşlər "Simurq” –
Neftçi” matçında "”Xəzər”
Çempion!” şüarını Zaqatala şəhər
stadionunda səsləndirmişlər.
Bu hadisədən xəbər tutan "Bosman” fanklubunun rəhbərliyi onlara həm
sayt vasitəsi ilə təşəkkür etməyi özünə borc bilib, həm də "Simurq”
azarkeşlərinin telefon nömrələrindən birini əldə edərək, şəxsən təşəkkür etməyi
və bunu bütün zaqatalalı azarkeşlərə çatdırılmasını rica edib.
Daim azarkeşlər arasında
əlaqələrin sivil səviyyədə qurulması üçün çalışan "Bosman” fanklubu bundan
sonra da bu yöndə fəaliyyətini davam etdirmək əzmində olduğunu öz rəsmi saytında bildirib.
|