www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Yanvar » 29 » Mirça Rednik və futbolçular...
19:22
Mirça Rednik və futbolçular...

Son günlər saytımızda oxucu şərhlərini izlədikcə bəzi azarkeşlərin ruh düşkünlüyünə qapıldığını görürük.  Bu əsasən "Xəzər Lənkəran”ın təlim məşq toplantısında keçirdiyi oyunlarda uğur qazana bilməməsi ilə əlaqədar da ola bilər. Yoxlama xarakterli oyunların nəticələri heç də bir çox hallarda reallığı əks etdirmir. Beləki, baxışda olan  futbolçuların yoxlanılması ilə davam edən belə oyunlarda qələbə önəmli sayılmamalıdır.

İndi isə gəlin komandadan gedən və komandaya qoşulan yeni futbolçuları müqayisə edək.

 

 "Xəzər Lənkəran”dan gedən futbolçular:

Denis Romanovs

Adrian İordake

Konstantin Arbanas

Dieqo Ruiz

 

Xaqani Məmmədov

Asif Məmmədov

Allan Lalin

Ramazan Abbasov

Rodomir Todorov

David İmedaşvili

Kristian Kabral

Yuxarıda adları qeyd olunanlar Mirça Rednikin qış fasiləsi ərəfəsində komandadan uzaqlaşdrdığı futbolçulardır.

Devran Ayhan

Mario Souza

Dmitriy Kramarenko

Bu üç futbolçunu isə baş məşqçi 2010/11 mövsümündən əvvəl komandadan uzaqlaşdrmışdı.

Denis Romanovs , Adrian İordake , Konstantin Arbanas , Dieqo Ruiz - bu dörd futbolçunu Rednik özü komandaya gətirmişdi və onların oyunundan razı qalmadığı üçün geri qaytardı.

Hazırda Antaliyada təlim məşq toplantısında komandaya baxışa gətirilən yeni oyunçular heç də yuxarıda adları çəkilənlərdən zəif deyillər. Əksinə nəzərə alsaq ki, komandaya baxışa gələnlər Rumıniyanın əsas komandalarından gətirlirsə deməli fərq bizi qane edəcək qədərdir. Komandanın düşərgəsinə qatılan futbolçuların bəziləri isə digər ölkələrdən gəliblər. Dalton Munaretto , Vobay Julius , Joren Polens, Adrian Florin Pit, İbrahim Banqura, Adrian Mureşan, Simao Bruno, Aleks Pitruça, Adrian Skarlatake, Xristu Kiyaku, Nikolaye Muşat, Kosmin Françiçesku bu futbolçular  komandadan gedənlərdən güclüdürlər. Mihay Dinanının da komandaya qatılacağını qeyd edək.

Bir müddət əvvəl Allan Lalinin boşa verdiyi qol vəziyyətlərini, Denis Romanovsun qapısında gördüyü biabırçı topları, Konstantin  Arbanasın zəif oyununu, Dieqo Ruisin topla rəftarında gülməli məqamları, Kristian Kabralın əyri ötürmələrini , Xaqani Məmmədovu, Ramazan Abbasovu və s. yada salaq…

Ümumiyyətlə Rednik komandanın onurğa sütünunu yerində saxlayıb. Kamran Ağayev, Elnur Allahverdiyev,Elvin Beqiri, Ruslan Poladov,  Dieqo Souza, Rahid Əmirquliyev, Katalin Doman, Stelian Stanku, Uinston Parks, Opara Emeka - bu futbolçular hər biri öz mövqeyində söz sahibləridir. Komandanın veteranı Alim Qurbanov isə necə deyərlər "Dar günün dayağı” olaraq bütün futbolçular üçün  "mayak” rolunu oynayır.

Əsas məsələ isə ondadır ki, hələ bundan sonra "Xəzər Lənkəran” bir  neçə transfer edəcək ki,  məhz bu futbolçuların gəlişi səs küyə səbəb olacaq. Klub prezidentinin bir neçə gün öncə Antaliyaya gedərək komandanın baş məşqçisi ilə görüşdüyünü qeyd etmək də yerinə düşərdi. Bu görüşdə konkret hansı mövzunun müzakirə olunmasını anlamaq çətin deyil. Klub rəhbərliyi Mirça Rednikin qarşısında çempionluğu tələb olaraq qoyub. Avropalı Mirça da ən azı nə etdiyinin fərqindədir.  Çempionat başlayanda 20-gün ərzində yaratdığı heyətlə turnir cədvəlində ikinci pillədə yer tutan, Alim Qurbanova ikinci nəfəs verən, qeyri adi məşqləri ilə diqqət çəkən, klubda və komandada gözəl ab hava yaradan   Rednikə inanmağa dəyər.

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 690 | Yazar: ISLAM |
Всего комментариев: 9
30.01.2011
9. Emilbey Kazimzade (Emilbey) [Материал]
Jerom Polens getdi sabha transfer gunu bitir vay vay vay biyabirciliq Voobay hele gele bilmir
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

30.01.2011
8. xətə [Материал]
Joren Polens yenə getdi.93567
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

30.01.2011
7. ilkin [Материал]
salam
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

30.01.2011
6. Ulvi Cebrayil. [Материал]
narahat olmayin.atam her danishanda deyir ki,Xezer cempiondur.biz birlikde cempion olacayiq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

29.01.2011
5. Elshen Lenkeranli [Материал]
Eziz Mafiya: Men hele onun getirdiyi oyuncularin seviyyesini gorub bu qenaete gelmishemde. Men demedimki Aganin vaxtindaki oyuncular yaxshi idi!! Men hele onun oz getirdiklerini deyiremde bes niye gonderdi? Demeli POLKA ishe yaramadi? Ona gorede indiki getirdiklerinden de shubheliyem. Belke yeni getirdikleride eyni taleyi yashayarlar? Amma en azinda senin qeder men de Xezerimizin cempion olmasini isteyirem.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

29.01.2011
4. xətə [Материал]
Yüxarida düzgün və məntiqli izah yazilib.Nəinki gedənlərin yerinə daha yaxsilarini gətirib, hətta cempianatin səviyyəsini nəzərə alinib.
Özü etiraf etmisdir ki . AZ.cem.-ni belə güclü təsəvvür etməyib. Artiq bəzi klublarla 2 dəfə görüsüb. Nefci iloə oyunlari fikirləsir. Neftci ilə 5 dəfə görüsəcək. Mən səxsən ona inaniram. əsas odur ki. o bilir Xəzər Len. azerkeslərinə nə lazimdir və onlari fikirləsir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

29.01.2011
3. Mafia din Romania [Материал]
Eslhen Lenkerani : Sen Mircea Rednice neden inanmadigini argumentlerle gostere bilersen?!
Chempionata 10 gun qalmish gelib,sinig salxag komandani goturdu.o komanda ki, Agaselim Mircavadov mehlede,kuchede ve elme melum olmayan futbolculari yigmishdi.Asif Memmedov pive bockasina oxshuyurdu.O cur komandani 2ci yere chixardi.bunun neyi pisdi?!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

29.01.2011
2. Elshen Lenkeranli [Материал]
Kim ne deyir desin men bu meshqciye inanmiram ve hecne gozlemirem!!!!!!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

29.01.2011
1. Resad Xezerli [Материал]
MUR, seninle raziyam. Tamamile duz buyurmusanki, yoxlama oyunlarinda oyuncular sadece mesq xarakterli oyun kecirir. MIRCA REDNIKE INANIRIQ VE BUNDAN SONRADA ONU SONADEK DESTEKLEYECEYIK INSALLAH!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz