Hər iki komandanın
futbolçularına gözəl oyuna görə təşəkkür edirik.
Ev
sahibi olan "Neftçi”nin futbolçuları "Böyük
oyun” a hazır olduqlarını göstərdilər. Paytaxt klubu bu oyuna həm fan klublar həm də futbolçular cəhətdən çox
yüksək səviyyədə hazırlaşmışdı.
Qonaq komanda olan "Xəzər Lənkəran”ın futbolçuları
isə "Böyük oyun”a yox adi bir oyuna çıxmış görüntüsü yaratdılar. Bununla belə "Xəzər
Lənkəran”ın futbolçuları rəqibdən daha güclü olduqlarını sübut etdilər. Transferlərin
özünü doğrultmasını indidən demək olar. Görünür bizim futbolçular "Neftçi” ilə
oyunun azarkeşlər üçün nə qədər əhəmiyyətli olduğunu ola bilər tam dərk etməyiblər
ki, bunun da zamanla öz həllini tapacağına
ümid etmək olar. Azarkeşlərimizin arasında klubla birgə hazırlaşanlar olduğu
kimi , ayrıca məhz bu oyuna hazırlaşanlar da olmuşdu.
"Neftçi”nin
cəbhəsində hamılıqla düşünülmüş formada bu oyuna hazırlıqlar gedən zaman, bizim
cəbhədəki hazırlıqlarda pərənçilik olduğunu da deməliyik.
Eyni
zamanda onu da qeyd etməliyik ki, "Böyük oyun”un taleyini nə "Neftçi” klubu, onun
futbolçuları və fanatları, nə də bizim tərəfdən heç kəs həll etmədi. Bu "Böyük oyun”, Mirça Rednikin hesabına gözəl alındı. Onun
transferləri, onun oyun quruluşundakı
qeyri adiliyi yüksək qiymətləndirmək
lazımdır. Səfər oyununda ev sahibi "Neftçi”ni
öz diqtəsi ilə istədiyi oyuna məcbur edən Mirça Rednik yüksək məşqçilik səviyyəsini nümayiş etdirdi.
|