"Fırtına" fan klubunun etirazı. Bu təkcə onların etirazı deyil,bu etiraz həm də 8-noyabrda Fırtınalar meydanında asayaiş keşikçiləri tərəfindən divan tutulan digər azarkeşlərin etirazıdır.Biz futbol azarkeşi olduğumuz qədər və futbolu sevdiyimiz qədər, sizlərdən çox vətənimizi sevirik,sizlərdən çox dövlətimizə hörmətlə yanaşırıq,sizlərdən çox sülh və əminamanlıq tərəfdarıyıq.8-noyabrda pisliklərin tərəfində olan siz polislər dövlət rəmzlərini vəzifə borcunuz olduğuna görə üzərinizdəki polis geyimində gəzdirdiyiniz halda, biz o dövlət rəmzlərini sevgi hissi ilə ürəyimizdə qoruyuruq.Biz zatən beləyik.Siz isə dəyişkən biriləri. "Fırtına" fan klubunun etirazı. Keçən mövsümdə "Bakı" futbol klubunun qapıçısı, adətən Lənkəranda kompleks yaşayan və daima provokasiyalara əl atan Xalido Sissoko "Xəzər Lənkəran"la oyundan sonra yaxınlığındakı polis işçisinin üzünə tüpürmüşdü. Böyük səs küyə səbəb olan bu olay "Bakı" futbol klubunun rəhbərliyinin səyləriylə çox rahat bir şəkildə çözülmüşdü. Bəli, Cənub Mirvarisi olan şəhərimizdə rəqib komandanın ən ləyaqətsiz üzvü bizim Azərbaycan polisinin xidməti vəzifəsini yerinə yetirərkən üzünə tüpürərək onun ləyaqətini hansı səviyyəylə ölçdüyünə özü qərar verə bilmişdi. Bir anlıq da olsa hər hansı bir şəraitdə sıravi vətəndaşımızın Azərbaycan polisinin üzünə tüpürməsini və bundan doğa biləcək nəticələri göz önünə gətirə bilərsinizmi?! Allah göstərməsin... Azərbaycanda bizim "mentalitetin" bir yazılmamış "qanunu" var, polisi polisdən başqa heç kəs söyə bilməz, polisin də üzünə polisdən başqa heç bir kəs tüpürə bilməz. Bəs görəsən Sissoko polismidir? Görünür arxanda "Bakı" futbol klubunun rəhbərliyi kimi insanlar durduqda Sissokolar "qurd basa" bilirlər. Özününkülərin arxasında duranları və bir ailə kimi heç kəsi yalqız buraxmayan belə klub rəhbərliyini ayaqda alqışlayırıq! Bir qədər öncə stadionun mühafizəsinə səfərbər olmuş elə həmin polislər rəqib azarkeşlərimizi barabanla alqışlamağa gələn "12 ci oyunçu azarkeş klubu"nun üzvlərini çox böyük bir kobudluqla stadiondan uzaqlaşdırmışdılar. "Böyük oyun"da da özlərinin izafi "mədəniyyətini" göstərən polislərimiz fan klubumuzun üzvlərini özlərinin foto və video arxivləri üçün durmadan lentə aldılar. Bəlkə biz cinayət işlətmişik, olmaya üzlərinə tüpürmüşük, və ya söymüşük? Bizi toplu şəkildə söyənləri yalnız bizim təkidimizlə etikaya dəvət edən polislərimiz bizim etikadan kənara çıxmayan plakatlarımızı nə səbəbə yığışdırdı? Görəsən bu bəyaz parçalar və boyaların bir qrup tələbənin öz naharlarına qənaət edərək aldıqlarını bilirlərmi? Onlar bütün günü yol gəlib sevimli klubunu dəstəkləmək üçün min bir əziyyətə qatılan tələbənin gecə Bakıya qayıtdıqdan sonra səhərə qədər klubundan gözlədiyi uğuru görmədiyinə görə, rəqib "azarkeş"dən eşitdiyi təhqirlərə görə, vaxt tapıb hazırlaya bilmədiyə dərslərinə görə nə əziyyətlər çəkdiyini bilirlərmi? İnanmıram ki, bizim polislərə yuxarıda sadaladığım hisslər yad olsun, onlar da bizim vətəndaşlardıır əsil "Fırtına"çı hisləri yaşamasalar da ("Fırtına" formatı insanın hüceyrəsində oturmuş olur) bizlərə düşmən də deyillər. Belə bir deyim var ki, "Mənim polisim məni qoruyur!", ancaq biz son zamanlar azarkeşlərimizin polislər tərəfindən əsassız olaraq döyülməsinin və təhqir olunmasının şahidi oluruq. "Fırtına" İdarə Heyəti hər oyun qabağı öz üzvlərini təxribatlara uymamaq, stadionun-məbədimizin inventarlarını göz bəbəyimiz kimi qorumaq, meydançaya kənar əşyaların atılmasının qarşısını almaq, rəqib azarkeşlərə qarşı aşkar təhqir və xuliqanlığa yol verməmək kimi təlimatlar verir. Üzvlərimiz də İdarə Heyətinin bütün qərarlarına ciddi hörmətlə yanaşaraq asayişin yetərli olmasına əməl edirlər. Bizlərdən heç bir kəs hər hansı təxribata çəkilmədisə də sıravi azarkeşlərdən rəqib fanatlarının söyüşlərinə cavab verənlər polislərimizin şapalaqlarına "qonaq" oldular. Düzü səhvdən ayıra bilməyərək vəzifə səlahiyyətlərindən istifadə edərək azarkeşlərə əl qaldıran polislərə qəti şəkildə ETİRAZ edirik!
|