Azərbaycanın
milli qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan futzal
turnirinin açılış mərasimində iştirak etdik. Düzü açılış mərasiminin belə
möhtəşəm olacağını gözləmirdik. Azərbaycanda fəaliyyət göstərən bütün telekanlların
Lənkəran nümayəndəlikləri orada idi. Onlardan əlavə kamera və fotoaparatlarla həvəskar
çəkilş aparanlar 1000-yaxın tamaşaçının içində epizod yaxalamaq cəhdləri ilə fərqlənirdilər.
Elə biz də bacardığımızı etməyə çalışırdıq. Beləliklə möhtəşəm açılış mərasimi
bir dəqiqəlik sükutla başlandı. Ardıyca qonaqlar çıxış etdilər. Daha sonra
açlış oyununda iştirak edən iki komanda meydana daxil oldu. Açılış törənində ən
çox maraqlı məqam da o zaman baş verdi. Hər iki komandanın üzvləri işğal
altında olan rayon və şəhərlərimizin adları yazılmış bannerləri başları üzərinə
qaldırdılar. Bu vaxt Olimpiya kompleksinə toplaşan insanlar hamılıqla ayağa
qalxaraq futbolçuların bu hərəkətini alqışla qarşıladılar.
Hər
iki komandanın heyətində Lənkəranın tanınmış futbolçularını görüncə gözəl və maraqlı
oyunun baş tutacağını anlamaq çətin deyildi. Elə ilk hissədəki baxımlı oyun kompleksin
tribunalarına toplaşanların alqışları ilə davam edirdi...
Biz məlumatları saytımızda təqdim etmək üçün Olimpiya kompleksindən şəhər
istiqamətində yola düzəldik...
İnformasiya
dəstəyinin bizim sayt vasitəsi ilə həyata keçirilmədiyindən təşkilatçılardan
ilk oyunda çıxış edən iki komandanın və açlışı
günündə keçiriləcək daha 3-oyununda meydana çıxacaq komandalarının adlarını və turnirin
təqvimi barədə məlumat almağa cəhd etmədik.
|