Ana Səhifə» 2011»Yanvar»31 » Müdafiəçi və hücumçu qaldı...
16:21
Müdafiəçi və hücumçu qaldı...
"Xəzər Lənkəran” Futbol Klubu iki futboçusu ilə
müqavilələrin artırılması barədə razılığa gəlib.
Gəlinmiş razılığa əsasən klubun albaniyalı futbolçusu Elvin
Beqiri bundan sonra da "Xəzər Lənkəran”da çıxış etməyə davam edəcək.
Qeyd edək ki, mərkəz müdafiəçisi Beqiri bugünə kimi
komandamızın heyətində 38 oyun keçirib və 5 qola imza atmağa nail olub.
Müqaviləsi artırılan digər oyunçu isə nigeriyalı hücumçu
Emeka Oparadır. Ötən mövsüm komandamızın sıralarına qoşulan Opara, bu müddətə
qədər komandada 25 oyun keçirib və 5 dəfə rəqib qapılarına yol tapıb.