Rumıniya mətbuatının iddialarına görə dünəndən Rumıniyada olan və Adrian Mititelu ilə danışıqlara
başlayan Mirça Rednik, Vobay Juliusun
transferini həll etdiyini deyib. Qaradərili
futbolçu "Xəzər Lənkəran”a 300.000 avroya başa gələcək.
Mirça Rednik: "Mən komandamı Antaliyada saxlayaraq buraya təcili
gəlmişəm, çünki bəzi məsələlər müzakirə olunmalı idi. Fevralın 3-nə qədər
buradayam. Eyni zamanda Vobayı da özümlə aparacağam.”
Xatırladaq ki, 26-yaşlı Sierra Leonedən olan Vobay Juliusu eyni
vaxtda "Styaua” klubu da əldə etməyə çalışır. Klubun prezidenti Cici Bekali
afrikalı futbolçu üçün axtarış elan edib. Rednik isə daha ayıq tərpənərək
Bekalini qabaqlamağa nail olub.