“12-ci oyunçu “ azarkeş klubunun təşkilat komitəsi,14-apreldən etibarən azarkeş klubunun fəaliyyətində məhdudiyyətlər tətbiq olunmasına qərar verdi. “12-ci oyunçu”nun yaranışından bəri həyata keçirilən layihələrin davam etdirilməsi mümkünsüz olduğundan bu formada fəaliyyət məcburidir.Beləki,azarkeş klubu,müxtəlif layihəlrin həyata keçirilməsində maddi çətinliklərlə üzləşib. “Xəzər Lənkəran”ın növbəti ev oyununda, konkret olaraq “Inter”lə matçda azarkeş klubunun maraqlı layihələri reallaşmalı idi,lakin hazırki durum buna imkan verməıdiyindən,planlaşdırılan işlər müvəqqəti olaraq təxirə salınır.Oyundan öncə bilet paylanması və stadionda bayraqların eləcə də ağ-yaşıl rəngli digər müxtəlif atributların paylanması prossesi də müəyyən müddətdə mümkün olmayacaq.Təşkilat komitəsinin üzvləri şəxsi ianələri hesabına azarkeş klubunun maddi problemlərini həll edəndən sonra aksiyalar davam edəcək və müxtəlif layihələr həyata keçiriləcək.Bununla belə fəaliyyətini davam etdirən 12cioyuncu.com internet saytımız vasitəsi ilə,azarkeş klubu ölkənin futbol həyatında baş verən hadisələrə münasibət bildirməklə mətbuatda çıxış edəcək.Eyni zamanda təşkilat komitəsinin nəzdində fəaliyyət göstərən mətbuat bölməsi tam gücü ilə çalışacaq. “12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi,həmçinin fəal azarkeşlərin istək və arzularına uyğun olaraq, klub rəhbərliyi və komandanın məşqçi heyyəti ilə fəal azarkeşlərin görüşlərinin keçirilməsində aktiv vasitəçilik funksiyasını davam etdirəcək.
”12-ci oyunçu” azarkeş klubu həmişə olduğu kimi “Xəzər Lənkəran”ın yanındadır !
.
”12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.