Ana Səhifə» 2010»May»24 » Ən böyük azarkeş ordusu böhran içindədir.
21:31
Ən böyük azarkeş ordusu böhran içindədir.
Kubokun finalında məğlub olandan sonra , futbol mövsümünə yekun münasibət bildirən “Xəzər Lənkəran”ın azarkeşləri arasında fikir ayrılıqları yaranmışdır.Baş məşqçinin istefasını istəyənlər,klubun bağlanmasını istəyənlər,məğlubiyyət acısını öz içində çəkənlər,finaldakı məğlubiyətdə yalnız rəqibin centlemen sayağı olmayan addımını əsas kimi göstərənlər və s. qruplara bölünən ölkənin ən böyük azarkeş kütləsi indiyə qədər belə böhranla rastlaşmamışdı.Bu halın böhran adlandırılması da əbəs yerə deyil.Çünki sayı on minlərlə ölçülən “Xəzər Lənkəran” azarkeşlərinin ümumi fikri yoxdur.Fikir ayrılıqlarına görə azarkeşlər müxtəlif qruplara bölünürlər ki,hər qrupun da öz arqumentləri,öz tələbləri vardır.
*
1-ci qrup.Baş məşqçinin istefasını istəyənlər konkret olaraq komandanın son oyunlarındakı uğursuzluqlarını nəzərə alıb, mayın 15-də baş tutan oyunda məğlubiyyəti əsas gətirdikləri zaman klubun sahibi də onlara sərt cavab vermişdi.Hal hazırda isə klub sahibinin konkret cavabından sonra bu qrupu təmsil edənlərin ya onunla razılaşmalı ya da tamamilə kluba arxa çevirməlidirlər.Amma bu qrupu təmsil edənlər,klubu, məşqçi dəyişikliyinə məcbur edəcəklərinə inanırlar.
*
2-ci qrup.Baş məşqçi ilə yanaşı çoxlu sayda futbolçunun da qovulmasını istəyənlər,klub rəhbərliyinə güvəndiklərini də gizlətmirlər.
*
3-cü qrup.Klub sahibinin sərt cavabından sonra küsən və klubun tamamilə bağlanmasının tərəfdarları olanlar hələki fikrindən dönmək istəmirlər.
*
4-cü qrup.Bu qrupun, 3-cü qrupla fərqli və oxşar cəhətləri vardır. Həm də yeni bir qolu da sayıla bilər ki,onlar “Xəzər Lənkəran”a yönələn haqsızlıqlara cavab olaraq klubun qapanmasını istəyənlərdir.Bu azarkeşlər həm klub sahibi, həm də ümumilikdə klub rəsmiləri ilə müəyyən məsələlərdə razılaşmasalar da daha çox ölkə futbolunda olan ayrıseçkiliklərə etiraz edirlər.
*
5-ci qrup.Məğlubiyyəti sakitcə qəbul edənlər,daha doğrusu məğlubiyyət acısını içində çəkənlər və “Xəzər Lənkəran”a bağlılığı heç nəyə dəyişməyənlərdir.Onlar klubda qlobal dəyişikliklərin tərəfdarları olsalar da radikal addımlardan çəkinirlər.Beləki,onlar bütün məsələlərdə klub rəsmilərini günahkar sayır, amma eyni zamanda sərt fikirlər səsləndirən klub sahibinə bəraət qazandırır və baş məşqçini isə müdafiə edirlər.
*
6-cı qrup.Final oyunundakı məğlubiyyətdə “Bakı”nın futbolçularını və klubunu günahkar hesab edənlər,məğlubiyyətdə “Xəzər lənkəran” klubunun rəhbərliyini və baş məşqçini qismən təqsirli sayanlardır. Onlar hətta “Xəzər lənkəran” futbolçularının final oyununda əzmkarlıqla oynadıqlarını da iddia edirlər.Bu qrupu təmsil edənlər arxada qalan mövsümü yarım uğurlu sayırlar.
*
Bu qrupların tam siyahısını uzatmaq və bir-bir sadalamaq olardı,lakin ən çox üzdə olan qruplar barədə qısa məlumat, ümumi vəziyyətin haqqında fikir yarada bilər.
*
“Xəzər Lənkəran” azarkeşlərinin arasında yaranan bu qruplar,qruplaşmalar anlamına gəlməməlidir.Çünki bu fikir sahiblərinin parakəndə şəkildə olmaları diqqət çəkir.Hər bir azarkeş fərdi fikirlərini bildirir ki, bu da ölkədə yeganə azarkeş ordusu olan cənublulara xasdır.Bu azarkeşlər kimlərinsə fikirlərinə deyil, yalnız öz futbol biliklərinə və Lənkəranın hər yerində rast gəlinən müzakirələr sonrası davam edən analizlərə əsaslanırlar.Hətta bir qrupda həmfikir olanların da arasında,qeyri müəyyənlik əsasında fikir ayrılıqları mövcuddur.Qeyri müəyyənlik isə bütün bu baş verənlərin böhran halına çevrilməsinin göstəricisidir.Böhrandan çıxmaq üçün isə yaxın zamanlarda konkret addımlar atılmalıdır.
*
“Xəzər Lənkəran” klubunu iki amil ölkədə fəaliyyət göstərən digər klublardan fərqləndirir.Birincisi maliyyə mənbəyinin dövlətdən asılı olmamasıdırsa,ikinci amil insanların futbola və kluba mənəvi bağlılığıdır ki,onu da heç bir maddiyyatla əldə etmək mümkün deyil.Bu klubdan asılı olmayan və fan klub şəklində fəaliyyət göstərməyən minlərlə sadə azarkeşlərin olmasıdır.Birinci amil konret klubun öz iradəsindən asılıdırsa ,əksinə ikinci amil olan azarkeşlərin mövcudluğu birincidən asılı olmayaraq kluba dəstək ola bilən böyük bir qüvvədir.İndi o qüvvə parçalanmış şəkildədir ki,klubun istənilən yaxınlaşmasına müsbət cavab verəcək start vəziyyətindəir. Bircə addım azarkeşlərə tərəf atılarsa, “Xəzər Lənkəran” klubu yaranmış böhran vəziyyətindən çıxmaq işində sıçrayış əldə edə bilər. Biz ‘12-ci oyunçu” azarkeş qrupu olaraq klub rəhbərliyini azarkeşlərlə iş birliyinə getməsini təklif etməklə yanaşı, istənilən yardımı etməyə hazır olduğumuzu bildiririk.
*
“Xəzər Lənkəran”,azarkeşləri ilə birlikdə böyük bir ailədir.Ailə daxilində söz söhbətlər və problemlərin olması da mümkündür.İstənilən problem isə həll olunmağa məhkumdur.
Agaselim halhazirda bizim 1 ilimizi hech eledi, ve istefaya gedenden sonra en az 6 ay komanda onun zibil taktika,strategiya ve axmaq qaydalarindan yaxa qurtara bilmeyecek. vaxti biz itiririk
Yuxarıdakı yazıda azarkeşlər müxtəlif qruplara bölünüb. Ancaq mənim fikrimcə sözügedən böhranda əsas 2 tərəf var: biri Xəzər Lənkəran klubu, digəri azarkeşlər. Xəzər Lənkəran klub olaraq azarkeşləri özündən çox incitdi. Həm klub rəhbərinin azarkeşlərə xitabən dediyi sözlərlə, həm komandanın ardıcıl olaraq xal itirməsiylə, zəif təsir bağışlayan oyunla və s. İndi bu iki tərəfdən birinin bu soyuqluğu aradan qaldıran addım atması lazımdır.
MÜRACİƏTİM SİZƏDİR, MÜBARİZ BƏY, böyük zəhmət və vəsait hesabına ortaya çıxardığınız bu klubu tənəzzüldən qurtara bilərsiniz. Pişik sevdiyindən balasını yeyir. Azarkeşlər əgər "istefa" şüarı səsləndiriblərsə bunu klubu sevmədiyi üçün deyil, klubun böhrandan çıxmaq yolunu bunda gördüyü üçün deyiblər. Azarkeşlərə tərəf addım atmağın tam zamanldlr. İnanın ki, sizin atdığınız bir addıma qarşılıq azarkeşlər on addım atarlar.
Açığı çıxış yolu olaraq mən baş məşqçinin dəyişikliyində görürəm. Çünki, mövcud vəziyyətin yaranmasında 2 hal mövcuddur:
1. Birinci hal odur ki, Ağasəlim Mircavadov komandanı oyunlara yaxşı hazırlaya bilməyib (bilərəkdən və ya bacarmayaraq) ki, bu halda məlum məsələdir ki, ən düzgün variant onun istefaya göndərilməsindədir;
2. İkinci hal isə ondan ibarətdir ki, Ağasəlim Mircavadov yaxşı məşqçidir, əlindən gələni edir, lakin klub daxilində onu istəməyən qüvvələr var və oyunçuların əli ilə xal itirməklə Ağanı nüfuzdan salmaq istəyirlər. Əgər onlar buna nail olurlarsa, deməli bu da Ağasəlim bəyin bir məşqçi kimi zəifliyinin, komandanı idarə edə bilməməsinin göstəricisidir. Bu halda da ən düzgün variant Ağasəlim Mircavadovun istefa verməsidir.
P.S. Ağasəlim Mircavadovun Xəzər Lənkəran klubu üçün xidmətləri danılmazdır. Mənim fikrimcə ona klubda yaxşı bir vəzifə də vermək yerinə düşər. Ancaq ki, Ağa, artıq istefa vermək vaxtı çatıb. Bacarmadın. Azarkeşlərə layiq bir komanda ortalığa qoyammadın. İstefa vermək özü də bir cəsarətdir. Bu cəsarəti özündə tap, və azarkeşlər arasında nüfuzunu tam itirməmiş istefa ver.
men butun Xezer-Lenkeran azerkeslerini sebirli olmaqa sesleyirem.gelin sebirli olaq.Xezerimiz 6 ildir yaranmasina baxmayaraq artiq bir cempionluq,iki olke kuboku ve birlik kubokunu qazanib.menim fikirimce bu ugurlar 6 il erzinde az netice deyil.Biz Xezerimizi axira kimi destek olmaliyiq.ne olsun, realin o cur ulduz oyunculari var amma cempion ola bilmirler.bu il olmadi insallah gelen il,o biri il cempion olariq.ne qeder Xezer lenkeran varsa men ona azerkeslik edecem.cunki Xezer lenkeran bizim qelbimizdedir
Ay talishli sen lap( ADMİN:-Şərh müəllifinin diqqətinə çatdırırıq ki,etnik zəmində deyilən fikirlərin yazılışında ən xırda detallara da qarşı diqqətli olsun-) edirsen ee bu sozleri deya-deya...Ne qeder destek olmaq olar??Bax budur bizim zeyif yerimiz...Hamiycun ureklerimiz acigdir..Hay menim milletim.Sen ne vaxt gozuvu acacaqsan?