Ana Səhifə» 2009»Dekabr»21 » Nə yaxşı ki, “Xəzər Lənkəran” var .
02:47
Nə yaxşı ki, “Xəzər Lənkəran” var .
Səhərə qədər internetdə veyilləndim,tanış olduğum kim var idisə onlara “Xəzər Lənkəran” azarkeşi olduğumu yazırdım.Təzə tanışların arasında futbola maraq göstərənlərlə daha çox dialoq qururdum.Hələ evə gəlməmişdən 2-ci mikrorayondakı rus balası Yuranın çalışdığı internetklubda da bir iki saat avarlanmışdım.Gecə saat 11- olan kimi polis maşını gəlib internet klubu bağladı.Axı Lənkəranda gecə 23:00-dan sonra internet klubların fəaliyyəti qadağandır.Düzdür “foto Şərq”in yaxınlığındakı internet klub səhərə qədər işləyir,gəlsənə də işləməsin.Orada işləyən Səid adlı qardaş danışanda adam bilir ki,əslən Naxçıvanlıdır.Lənkəranda hansı polisin qeyrəti çatar ki, “dedabə” ilə danışan Səidin internetklubun bağlasın.Nə isə,dünənki ölünü necə deyərlər dünən basdırdılar. Bu gün səhər pasport stola gedib 5-manat verdim ki,şəxsiyyət vəsiqəni yenisi ilə əvəzləmək üçün ,yaşım çatıb,dəşilməlidir.Amma qonşu Məlik dayıya deməyəcəyəm 5-manat verdiyimi.O həmişə deyir ki,biz şəxsiyyətimizi təsdiq edən vərəqəni rüşvətlə alırıq və beləcə şəxsiyyət kimi ondaca sınırıq. Necə oldusa ünvanlı yardım verilən zaman bankomatların qarşısına yığılan xarici maşınlar yadıma düşdü.Görəsən Lənkəranda ünvanlı yardımı alanlar arasında kasıb olanı var ? Haradan olacaq e,sənədləri düzəltməyə verilən o pulları kasıb tapa bilməz axı.Öz sualıma özüm də cavab verdim. Polis idarəsndən təzəcə uzaqlaşmışdım ki,Molla Mahmudun nəvəsi qabağımı kəsdi. -Xaqani sənə işim düşüb,bankdan kredit götürmüşəm,vaxt çatıb ödəyə bilmirəm.Bilmirsən kim faizə pul verir. -Düzü mən faizə pul verənləri tanımıram,amma bir iki məşədi və hacı tanıyıram ki,sənə kömək edərlər. Taksi saxlayıb,oturan kimi üzrlərə çadır verən Vəkili tanıdım.Sən demə sabezdəki işi əlindən çıxandan sonra o da taksavatlıq edir.İndi də Məhərrəmlikdir... Yolum yenə Lənkəran bazarına idi.Bazarın yaxınlığında maşınlar tıxac yaratmışdı,taksidən orada düşüb ayaqla getdim.İlk olaraq salamlaşdığım narkoman Habil oldu.İki manatı necə məndən alıb aradan çıxdısa heç xəbərim olmadı. “Şeytan yuvası” dediyim bu bazarda hər şey olduğu kimi idi.Amma bu gün futbol havası buranı maraqlı etmişdi.Göyərti satan arvadlar məni görcək:- Təbrik edirik,Xəzər uddu... “Xəzər Lənkəran”ın hücumçusu Alan Lalin bu gün Lənkəranda haqqında ən çox danışılan şəxs idi.Dünən axşam Böyük bazar məscidindən iki cüt ayaqqabı oğurlayan Həmiddə, Lalini söyürdü.Məhərrəmliyin 3-cü günü Həmid, kişi kimi təzə ayaqqabılarda gəzirdi.Balıq satanlar da futbol söhbətindən istifadə edib köhnə balıqları kənddən gələnlərə əlüstü satırdılar.Salafan satan Adil, ondan 20-qəpik istəyən bir dilənçini o ki var söyüb təhqir elədi.Hamı da bu mənzərədən zövq alırdı.Bir az bazarda qalmışdım ürəyim sıxıldı.Dairəvi avtobusu ilə mikrorayona gəldim.Yolda daha doğrusu Heydər Əliyev küçəsində şütüyən taksilərdən ikisi toqquşdu.Avtobusdakılardan biri sürücüdən xahiş etdi ki,avtobusu saxlasın.Sərnişinlər hamısı elə bildi ki, taksi sürücülərindən hansısa onun tanışıdır.Sanki bunu hiss etmişdi ki. avtobusdan düşəndə arxaya çevrilib dedi.-Məni başa düşün “QAİ”- də işləyən “....”-in mənə verəcəyi var.Bu “avariya”dan da “pul iyi” gəlir.Yol polisinin bu gün qazanan günüdür gedim mən də öz pulumu “dirildim”. Bütün gördüklərimdən sonra yenə qəribə hisslər keçirdim.Bu hisslər mənə tanış idi.Evə gəldiyimdə qardaşımın bizdə olduğuna sevindim.Qonaq görəndə həqiqətən də sevinirəm həmişə.Qardaşımın vəziyyəti ilə maraqlandığımda daha maraqlı hadislərdən xəbər tutdum.Sən demə orta məktəbdə müəllimlər dərsləri yaxşı keçmirlər və valideynləri başa salırlar ki,uşaq mütləq müəllim yanına getməlidir.Təbiidir ki,pulsuz deyil bu “xüsusi hazırlıq”lar.Müəllimlərin yeni qazanc variantı da budur.Bu yaxınlarda baş ağrılarından şikayət etdiyi üçün həkimə müraciət edən qardaşıma həkim ayaq barmaqlarının göbələyində işlədlən kremləri yazıb.Baxa belə həkimlər də var imiş bu diyarda.Onun üçün yazdığı reseptdəki dərmanların ümumi qiyməti 200-manata yaxın olub.Bütün dərmanlar da yeni firmalar tərəfindən həkimlərə məsləhət görülən dərmanlardır.Beləcə həkimlər belə reseptlərə görə müəyyən miqdarda pul qazanırlar.Allah,nələr olurmuş.Bir günüm tamamlamamış nələr eşitdim və nələr gördüm.Nə yaxşı ki, “Xəzər Lənkəran” var və mən ona azarkeşlik edərək fikrimi saxlayıram,yaşayıram.Yoxsa dözməzdim bütün bunlara. Qardaşımı yola salıb yatdım düz axşama qədər.Keçən gecəni oyaq qaldığımdan, bərk yatmışdım və axşam saat 7-də ayıldım.Köhnə, yarı xarab televizorumda yalnız Aztv kanalına baxa bilirdim.Gecə saatlarına qədər baxdığım verilişlərin mənasızlığını gecə saatlarında efirə gedən Amerika filminin erotik səhnələri tamamlayırdı.Özümə söz verdim ki,bu televizora bir daha baxmayacağam.Gecə səhərəcən evdə internetdəki virtual gəzintiləır daha maraqlı olardı.Mənasız keçirdiyim növbəti bir günü başa vurdum beləcə. P.S.Görəsən Azərbaycanda rus millətinin nümayəndələrinin çalışçdırıdğı neçə internetklub var və o internet klublar hər gecə saat neçədə bağlanır ?.
Həqiqətən də nə yaxşı ki Xəzər-Lənkəran vardır.Cənub bölgəsində yaşayan insanların hisslərini və emosiyalarını ortaya qoymaları üçün yaxşı bir şans yaranıb.Fırtınalar meydanında Xəzər-Lənkəran azarkeşləri etiras dolusu bir coşğu ilə komandaya dəstək olurlar.Belə azarkeşlik hesabına hətta oyun sonrası bir neçə gün ərzində insanlar gündəlik problemləri unuda bilirlər.Bütün Xəzər Lənkəran azarkeşlərinə uğurlar arzulayırıq.
Bu yazı adi , sadə danışıq dilində yazılıb.Yazıdakı hadisələr reallıqda baş verən hadisələrdir və heç bir uydurma yoxdur.Həqiqətən də Xəzər Lənkərana ürəyini vermiş minlərlə insan Azərbaycan reallığına baş verən hadislərin acı və pis təsrinində sığortalana bilirlər.Nə yaxşı ki,Xəzər Lənkəran var,yoxsa biz gündəlik problemlərin verdiyi bəlaların qurbanına çevrilərdik.