Bu gün “12-ci oynçu” azarkeş klubu təşkilat komitəsinin Bakıda yaşayan bir neçə üzvü “Neftçi” klubunun daxilində baş verənlərdən bizi də məlumatlandırdı. Məlumatda bildirilir ki,”Neftçi” komandasının bir neçə futbolçusu premyer liqanın “Qəbələ” ilə baş tutan son ev oyunundan sonra klubun vitse prezidenti Tahir Süleymanova qarşı çıxıblar.Vitse prezident və futbolçular arasında kəskin mübahisə yaranıb.Buna səbəb ölkə mətbuatında hakimlərin “Neftçi”yə rəğbət bəsləməsi haqda gedən yazılara münasibət bildirilməsi tələbi olmuşdur.Öz növbəsində Tahir bə y bu yazıların həqiqətə uyğun olmamasını iddia etsə də Futbolçular hakimlərin köməyinə ehtiyac olmadığını bildirmiş və Süleymanovun dediklərinə inanmamışlar.”-Biz futbolçuyuq pis-yaxşı oynayırıq,amma açıq aşkar hakimin yardım etməsi bizim oyunumuza da təsir edir və uğur qazanmağımıza mane olur” – deyən futbolçular bununla da sakitləşməmiş və peşəkar futbol liqasının prezidenti Ramin Musayevlə görüşə nail olmaq üçün çalışmışlar.Onlar Musayevdən bu hakim yardımlarına son qoyulmasını tələb etmək istəklərini çatdıra bilmişlər.
Klub daxilində baş verənlərin kənara sızmasından ehtiyat edən klubun İctimaiyyət və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu mətbuatda əks fikirlərlə çıxış edərək diqqət çəkməyə çalışmışdır:- "Son vaxtlar ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, guya hakimlər "Neftçi"yə kömək edirlər. Ümumiyyətlə, bu cür söz-söhbətlərin yaranmasına səbəb Əfqan Həmzəyevin "Neftçi"nin bir neçə oyununa təyinat almasıdır. Əslində burada qeyri-adi bir şey yoxdur. Azərbaycan çempionatında o qədər olub ki, bir hakim hansısa klubun 10 oyununu idarə edib. Əksər matçlarımızın canlı yayımlanmaması yayılan şayiələrin daha geniş vüsət almasına səbəb olurdu. İnsanlar oyunlarımızı seyr etmədiklərindən hakimlərin "Neftçi"yə simpatiya bəslədiyini düşünürdü.”