Ana Səhifə» 2010»Aprel»30 » "Neftçi” fanatları Lənkəranda...
21:17
"Neftçi” fanatları Lənkəranda...
“Neftçi” – "Xəzər Lənkəran” oyununa, “Neftçi” klubunun səyləri nəticəsində canlı olaraq stadiondan deyil, televiziya vasitəsi ilə baxmağa hazırlaşdığımız ərəfədə qəribə bir hadisəylə rastlaşdıq.Beləki, aprel ayının 30-da, axşam saatlarında bizə müraciət edən bir gənc özünü “Neftçi” fanatı kimi tanış verdi.Düzdür əvvəlcə bir az təəcübləndik,amma sonra adi qəbul edərək suallarımızı yağdırdıq.
Mətbuatı çox nadir hallarda izləyən bu gənc, “Neftçi” fanatı olduğunu qürurla deməklə yanaşı, “Futbol +” qəzetində iki gün öncə Lənkəranda yaşayan “Neftçi” fanatları haqda gedən yazı barədə eşitdikdən sonra bizə müraciət etmək qərarına gəldiyini bildirdi. Sağlamlığında problemləri olduğunu dilə gətirən gənc,bizimlə danışarkən da narahatçılğını gizlədə bilmirdi.Bədənindəki ağrılardan azad olmasına bir şeylə nail ola bilir, o da narkotikdir.Söhbətin bu yerində bizdə şübhələr oyandı ki,yəqin bizdən bu vasitə ilə pul almaq istəyir.Lakin o özü sohbətin axarını futbola yönəltdi:-
“Mən əslən Lənkəranlıyam, futbola, idmanın digər novlərindən daha çox maraq gostərirəm.Vaxtı ilə mən hələ uşaq ikən ailəmiz Bakıda yaşayırdı.90-cı illərin əvvəllərində orada “Neftçi”nin nəzdində futbol məktəbinə gedirdim.Tale belə gətirdi ki,Lənkərana köçdük, mən də boyüdüm, indi heç kəsin bəyənmədiyi işlə məşğulam.Nə isə,sizə bunu deməyə gəlmişəm ki, “Neftçi”nin Lənkəranda yaşayan fanatlarından biri də mənəm. “Neftçi”nin “ağ –qara” rənglərinin vurğunuyam.Bəlkə də mənim həyatımı dağıdan bu iki rəngə nifrət etməli idim.Hər halda narkotikin “ağ və qara” rənglərinə bağlanmağımı da “Neftçi” fanatı olduğumla bağlaya bilərsiniz, amma mən bununla fəxr edirəm.Öz sevimli komandama,canımdan çox sevdiyim Lənkəranımı təmsil edən “Xəzər Lənkəran”la oyunda uğur arzulamaq istəyirəm”.
Bizim qeyri adi müsahibimizlə söhbətimiz baş tutan zaman ətrafımıza xeyli tamaşaçı da yığılmışdı.Şəklini çəkməyə razılığını aldıqdan sonra, şəkildə gozlərinin görünməsini istəməyən, “Neftçi”li gənc adının da gizli saxlanmasını xahiş etdi.Sonda ona yalnız aptekdən ağrıkəsici dərmanların alınması üçün təklif olunan 5-manatdan da imtina etdi.Bu addımına görə biz də ondan hörmətlə ayrıldıq.