Ana Səhifə» 2010»Aprel»29 » “Neftçi” futbol klubu ölkə futboluna növbəti zərbəsini vurdu.
22:27
“Neftçi” futbol klubu ölkə futboluna növbəti zərbəsini vurdu.
Bizim sayımız “sizin arşın”la ölçülmür !
“Neftçi” klubu, “Xəzər Lənkəran” azarkeşləri üçün cəmi 500-yer ayıraraq bu oyunun nəticəsinə bir başa təsir edir.Biz bunu Lənkəranlı azarkeşlərə qarşı yönələn təzyiq vasitəsi kimi qəbul edirik.
Ölkənin ən böyük azarkeş ordusuna bu qədər hörmətsiz münasibət yalnız “Neftçi” klubundan gözlənilə bilərdi. “Neftçi” – “Xəzər Lənkəran” oyununda “Xəzər Lənkəran”ın rəsmi fan klubu,”Fırtına” və “Bosman” fan klublarının ümumi azarkeş sayı elə 500-dən çox olacağı hamı tərəfindən qəbul olunur.Paytaxtda yaşayan və fan klublara daxil olmayan azarkeşlər və əlavə olaraq hər dəfə “Neftçi” – “Xəzər Lənkəran” oyununa Lənkərandan Bakıya gələn ən azı 1000-azarkeş futbola stadiondan baxmaq imkanından yararlana bilməyəcək.”Neftçi” futbol klubu bir neçə gündür ki, “Futbol + “ qəzetində elan verməklə,bu oyuna tərəfdar yığmağa çalışır.Lənkəranlılar isə heç bir elan olmadan belə Bakıya getməyə hazırlaşdıqları zaman “Neftçi” futbol klubu ölkə futboluna növbəti zərbəsini vurdu.
Premyer liqanın təsnifat mərhələsinin oyunlarında “Xəzər Lənkəran”ın Bakıda keçirdiyi matçlarda stadionlara toplaşan azarkeşlərin böyük əksəriyyəti Lənkəranlı azarkeşlər deyildimi ?
Bəs nə oldu ki,final mərhələsində çempionluq həll olunan anda belə bir addım atıldı. Bütün bunları nəzərə alaraq, ”12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi, Lənkərandan paytaxta getmək arzusunda olan azarkeşlərin artıq tərtib olunmuş siyahısını ləğv etmək qərarına gəlib.Çünki bizim tərtib etdiyimiz siyahıda adları olan azarkeşlərin Bakıya gedərək stadiona daxil ola bilməmələri artıq problem yarada bilərdi.Oyuna bir gün qalmış - aprelin 30-da axşam saatlarına qədər “Neftçi” klubunun rəhbərliyi qərarını dəyişməyəcəyi təqdirdə azarkeş klubu ümumiyyətlə bu oyunda iştirak etməkdən imtina etməyə məcbur olacaq.
“12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.