Ana Səhifə» 2010»May»1 » “Neftçi”nin fanatları “Xəzər Lənkəran”ı daşqalaq etdi.
20:11
“Neftçi”nin fanatları “Xəzər Lənkəran”ı daşqalaq etdi.
“Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra “Neftçi”nin fanatları “Xəzər Lənkəran”ın rəsmi fan klubunun avtobusunu və komandanın avtobusunu daşa basdılar. Rəsmi fan klubdan aldığımız məlumatda bildirir ki, fan klubun avtobusunun iki şüşəsi tam sınmasa da, komandanın avtobusunun şüşələri sağ yan tərəfdən və qabaq hissədə qapı tərəfdən tamamilə tikələnib. “Neftçi” fanatları növbəti dəfə daşqalaq aksiyasını davam etdirməklə öz hərəkətlərindən əl çəkmək istəmirlər. Buna son qoymağın vaxtı çatıb! Yeni xəbərləri də diqqətinizə çatdırırıq. “Neftçi” klubunun prezidenti Sadiq Sadiqov şəxsən “Xəzər Lənkəran” komandasına məxsus avtobusun qarşısında gedərək komandamızın avtobusunun daşlanmasına mane olmağa çalışsa da, rəqib fanatlar imkan taparaq istəklərini həyata keçirə biliblər. “Neftçi”nin prezidenti şəxsi maşınından bir neçə dəfə enərək, yol boyu olan körpülərdə “Neftçi” fanatlarını bu hərəkətdən yayındırmağa çalışıb. Lakin şanslarına boşa verməməyə çalıışan “Neftçi” fanatları, hətta klubun prezidentinin, sivil və tərəfimizdən təşəkkürə layiq olan hərəkətlərini də dəyərləndirə bilməyiblər. “Neftçi” fanatlarının bu addımlarına baxmayaraq “Neftçi” klubunun prezidentinin etdiklərini alqışlamaq lazımdır. Xoşbəxtlikdən “Xəzər Lənkəran” komandasına məxsus avtobusun qiymətindəki fərq öz sözünü deyib. Beləki, bu daşlara qarşı daha dözümlü olan avtobusun, çöl şüşələrindən savayı ikinci lay şüşələr salamat qalıb. Bu da komandanın avtobusla yoluna davam etməsi üçün şərait yaradıb. Digər klublar komandaları üçün avtobus almağı da “Xəzər Lənkəran”dan öyrənə bilərlər.
AY HER WEYI GORMEMEYE ADET ETMIW NEFTCILI, WUBHEN VARSA GET KLUBUNUZUN REHBERINDEN SORUW. O KI QALDI QORXMAGA, NEFTCHI LENKERANA 50-60 NEFERLE GELMIWDI. INDI FIKIRLEW GOR SENIN MENTIQINLE NEFTCI AZARKEWLERINDEN NE QEDER QORXAQ VAR.
Əvvəla NEFTCI_FLAQMAN nikli iştirakçıya təşəkkür edirik ki,fikir bildirib.Daha sonra məlumunuz olsun ki,yazıda da məlumatın haradan gəldiyi qeyd olunub.Yəni məlumat rəsmi fan klubdan verilmişdi və sonra klub rəsmiləri tərəfindən də təsdiqini tapdı.O ki qaldı.12-ci oyunçu azarkeş klubunun Neftçi - Xəzər Lənkəran oyununda iştirak etməməsinə,bu haqda azarkeş klubu xüsusi bəyanat yaymışdı.Aydın olsun deyə bir daha bildiririk: -Neftçi klubu Lənkəranlı azarkeşlər üçün cəmi 500-yer ayırmışdı,bu da Bosman,Fırtına və rəsmi fan kluba ancaq yetərdi.Biz isə azarkeş klubu olaraq Lənkəranda 330-azarkeşin adından ibarət siyahı hazırlamışdıq və oyuna gedəcəkdik.Bundan əlavə öz hesablarına Lənkərandan Bakıya getməyə hazırlaşan 600-700- azarkeş də var idi.Biz 500-nəfərlik yeri nəzərə alıb bütün azarkeşlərin getməməsi üçün onlara müraciət etdik.Əks halda İ.Qayıbov adına stadionunda qarşıdurma yarana bilərdi.Axı Lənkərandan Bakıya gedən azarkeşlər futbola baxmağa çalışcaqdılar və bu zaman polislə azarkeşlər arasında da xoşa gəlməz hadisələr yaranacaqdı.Biz azarkeş klubu olaraq ilk növbədə bütün azarkeşləri nəzərə alırıq.Qorxu hissi 12-ci lərdə olmur.Dərin düşünməyi bacaranlar anlarlar ki,qorxu hissini dəf edə bilənlər kimlərdir.hörmətlə...
EGER SIZ ORDA OLMAMISINIZSA NE BILIRSINİZ Kİ,DAW-QALAQ OLUB? 2-CI DE DÜZ DEYIN OYUNA QORXDUNUZ GELMEDINİZ? NECE OLUR, FIRTINA GELIR, SIZ YOX, DEMEK QORXU VAR DA...