Ana Səhifə» 2010»Avqust»27 » "Neftçi" vay,Elnur vay....
22:12
"Neftçi" vay,Elnur vay....
"Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri «İnter»in futbolçusu Aleksandr Çertoqanovun bu gün verdiyi açıqlamaya münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətdə E.Əşrəfoğlu Çertoqanovu yalan danışmaqda ittiham edib. "Yığmanın baş məşqçisi Berti Foqts bildirir ki, Çertoqanovu zədəli olduğuna görə meydana buraxmır. Futbolçu hətta məşqlərə belə çağırılmır. Lakin Çertoqanov "Neftçi” ilə oyunöncəsi iddialı açıqlamalar verərək, komandasının qalib gələcəyini söyləyir. Üstəgəl bildirir ki, çox güman, "Neftçi” ilə oyunda əsas heyətdə yer alacaq. Əgər futbolçu zədəlidirsə, bəs, "Neftçi” ilə oyunda meydana necə çıxacaq? Deməli, Çertoqanov hamını aldatmaqla məşğuldur. O heç də zədəli deyil. Sadəcə olaraq "İnter”də oynamağı millidən daha üstün tutur. Deyəsən, Çertoqanov vaxtilə "Neftçi”nin heyətində çıxış etdiyini unudub. Məşhur Azərbaycan filmi "Axırıncı aşırım”da Kərbalayının İmana dediyi "sənin atan mənim mehtərim olub. Sən isə mənim sür-sümüyümlə böyümüsən. İndi nə tez mənim üzümə ağ oldun?!” sözlərini bütünlüklə Çertoqanova şamil etmək olar. Çertoqanov "Neftçi”nin çörəyini yeməsinə baxmayaraq, indi onun üzünə ağ olur. Biz də rəhbərlik olaraq "İnter”i özümüzə ciddi rəqib görmürük. Bu oyunda "Neftçi”nin qalib gələcəyinə şübhəmiz yoxdur. Bildiyimiz kimi, "Neftçi” Azərbaycanın futbolunun flaqmanıdır. Bu mövsüm də hədəfimiz ölkə çempionu olmaqdır. İnanıram ki, "Neftçi” çempion olaraq Azərbaycanı Avropada layiqincə təmsil edəcək».
Mənbə qol.az
****************************
************************
Elnur bəyin bu fikirlərinə "İnter" fan klubu dərhal cavab verib.Özü də necə.Deyilənlərə görə Əşrəfoğlu gözləmədiyi cavabı alandan sonra özünə gələ bilmir ki,bilmir. "İnterli"lərin cavabını olduğu kimi təqdim edirik.
************************
************************
Bu gün "Neftçi” futbol klubunun Mətbuat və İctimayyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu "İnter” futbol klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanovun açıqlamasına münasibət bildirərəkən futbolçuya qarşı təhqiredici ifadələr işlədib.
Hörmətli Elnur bəy, siz bildirirsiniz ki,Azərbaycan futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqstun dediyinə görə, Aleksandr Çertoqanov zədəlidir və məşqlərdə iştrak etmir.Lakin futbolçu özü deyir ki, ”Neftçi” komandasına qarşı öz komandasının əsas heyətində meydana çıxacaq.Bundan sonra siz, Aleksandr Çertoqanovu özünü zədəli kimi qələmə verdiyini bildirisiniz və futbolçunu hamını aldatmaqda ittiham edirsiniz.Sizə bildirmək istəyirik ki,sizin bu sözlərinizdə heç bir məntiq yoxdur.Aleksandr Çertoqanovun zədəli olduğunu futbolçu özü yox,milli komandanın baş məşqçisi Beri Foqst bildirib və yəqin ki,milli komandanın həkimləri futbolçunu müayinə edib bu qərara gəliblər.Belədə bu məsələyə məntiqlə yanaşsaq sizin ittihamlarınız yersizdir və əgər siz özünüzü Berti Foqstdan ağıllı hesab edirsinizsə buyurun AFFA rəhbərliyinə müraciət edin ki,sizi milli komandanın baş məşqçisi təyin etsinlər.
Bundan sonra siz Azərbaycanın məhşur "Axırıncı aşırım” knofilmindən Kərbalayının İmanverdiyə: " Sənin atan mənim mehtərim olub,sən isə mənim sür-sümüyümlə böyümüsən.Nə tez üzümə ağ oldun”? sitatını misal gətirib Aleksandr Çertoqanovu təhqir edirsiniz.Sizin bu sözlərinizdə də heç bir məntiq yoxdur.Deməli komandanızda top qovan Rəşad Abdulayev, Cavid Hüseynov və Elmar Baxşıyev kimi futbolçular meydana çıxdıqları halda "İnter” komandasına qarşı bacardıqları futbolu sərgiləməməlidilər?
Bu məntiqsiz və mənasız sözlər ilə siz öz səviyyənizi və jurnalist savadınızı minlərlə Azərbaycan oxucusuna göstərmiş oldunuz.Əhsən sizin səviyyə və savadınıza!!!
PS: Sonda bir gözəl atalar misalı yada düşdü; "Quyuya su tökməklə quyu dolmur"!
Ushaqlar, yeni bir xeber www.avropa.az internet radiosu, yalniz maraqli oyunlari stadiondan bir basha yayimlayacaq. Bele ki, her bir fanklub rehberi ve ya fanklub uzvu oyunlar zamani , oyunlara 2-saat qalmish, verlsihlerde gelib futbol haqqinda fikirlerini bolushe bilerler. Cox maraqli bir layihelerimizle Fanatlari sevindirmeye bashlayacayiq. www.avropa.az internet radiosu... Bizi Milyonlar dinleyir!!!!!!!