www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 29 » Niyə "Xəzər Lənkəran"ın rəsmi internet saytı zəif işləyir...
19:22
Niyə "Xəzər Lənkəran"ın rəsmi internet saytı zəif işləyir...
Azarkeşlik etdiyimiz komanda ilə bağlı nə varsa daim bizim diqqətimizi çəkir. "Xəzər Lənkəran" klubunun rəsmi internet saytının fasilələrlə işləməsindən tutmuş digər məsələlərə qədər bütün problemlər hər zaman azarkeşlərin müzakirəsinə səbəb olur.İnformasiya vasitələrinin ardıcıl məlumatlar ötürdüyü vaxtda, klubun rəsmi internet saytının və mətbuat xidmətinin yarıtmaz işi isə həmişə tərəfimizdən qeyd olunub.Çox uzağa getmək lazım deyil, "12-ci oyunçu" azarkeş qrupu mətbuat bölməsinin aza qala gər gün 3-4 məlumat ötürdüyünü və "12cioyuncu.com" saytının da gündəlik yeni məlumatlar yaydığını qeyd etmək kifayət edər.Biz öz gücümüzə müxtəlif işlər görür,saytımız vasitəsi ilə minlərlə insanın fikirlərini öyrənmək imkanından yararlanır,fəal azarkeşlərin haqqında informasiya toplayıb yayırıq. Bu yaxınlarda "Xəzər Lənkəran"ın Almaniyada təlim- məşq toplantısı çərçivəsində keçirdiyi yoxlama oyununda, qarşılaşdığı rəqibin adını belə düz yazmayan klubun rəsmi inetrnet saytı,sonradan da yanlışlığa heç bir düzəliış etmədi.Oyundan düz bir gün sonraya qədər ölkənin bütün informasiya vasitələri də klubun saytına istinad edərək rəqib komandanın adında yanlışlığa yol vermişdilər.Nəhayət bizim bir qəpik belə xərcləmədən açıb çalışdırdığımız və dizayn keyfiyyətləri bir çoxlarını qane etməyən sadə, eyni zamanda daim işlək olan saytımızın araşdırması sonrası, "Futbol +" qəzeti hadisəni işıqlandırdı və rəqib komandanın heç də "Mattersburq" olmadığına aydınlıq gətirdi.Halbuki "Xəzər Lənkəran" klubunun rəsmi internet saytı, istər dizayn istərsə də digər üstünlükləri və keyfiyyətlərinə görə ötən ilin ən yaxşı klub saytı olaraq mükafata layiq görülmüşdü.(Klubdan aldığımız məlumata görə hal hazırda klubun rəsmi internet saytında texniki işlər görülür.)
Avroliqda klubuuzun rəqibi olan və maddi sıxıntılar çəkdiyi bildirilən "Olimiya" klubunun rəsmi internet saytı da bizim klubun saytından fərqlı daha yaxşı işləyir.
Bu günlərdə "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri postunda dəyişiklik olduğu haqda məlumat yayılıb.Uzun müddət bu vəzifədə çalışan Tural Əsəgrovu,Yalçın Əliyevin əvəzedəcəyi bildirilir.İnanmaq istərdik ki,bundan sonra klubun mətbuat xidməti öz işinə daha məsuliyyətlə yanaşacaq və çox minli azarkeş ordusunu klub və komanda haqda informasiya ilə təmin edəcək.Həmçinin klubun rəsmi internet saytının da bundan sonra mükafatlara həqiqi layiq olduğunu sübut edəcəyinə inanmaq istərdik.
Bölmə: |Baxış sayı: 594 | Yazar: 12cioyuncu |
Всего комментариев: 1
30.06.2010
1. qezene [Материал]
Resmi saytimizin teshkilatchilari Olimpiya klubunun saytina baxmali ve onlardan numune goturmelidirler. Rehberlik her gun azerkeshlerin suallarini cavablandirmalidir sayt vasitesiyle. Komanda qelebe qazananda xeber verildiyi kimi meglub olanda da heqiqeti xeber vermelidirler saytda.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz