Türkiyənin
Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran” növbəti
sınaq oyununu Ukrayna təmsilçisi Luqansk şəhərinin "Zarya” klubuna qarşı
bu gün keçirir. Oyundan bir neçə saat öncə başlayan güclü yağış ziflədiyindən
matçın baş tutması üçün heç bir əngəl qalmayıb. Komandamızın start heyətində
İbrahim Banqura yoxdur. Komandanın baş məşqçisi onu tibbi müainədən keçmək üçün
tibb mərkəzinə göndərib. İbrahimin tam sağlam olması müəyyən olunarsa onun "Xəzər
Lənkəran”a keçidi reallaşa bilər.
"Xəzər
Lənkəran”- "Zarya”Oyun başladı
"Xəzər Lənkəran"ın heyətində iki yeni futbolçu, onların biri Ronikurfa adı ilə təqdim olunsa da digərinin adı ümumiyyətlə gizli saxlanılır...
"Zarya”
klubunun 9
nömrəli formasını geyinən Erməni əsilli Ukrayna vətəndaşı Александр Касьян "Xəzər Lənkəran”a qarşı start heyətində yer alıb.
Hər iki komandanın qol vurmaq imkanları olsa da yararlana bilmirlər.
Futbolçularımız qarşılıqlı anlaşması hiss olunur. Ekspemental heyətin qurulmasına baxmayaraq yeni futbolçuların səviyyəsi öz sözünü deyir.
Oyun qarşılıqlı hücumlarala davam edir.
Oyunun
26-cı dəqiqəsində rəqibin futbolçusu Sakiç qapımıza top vuraraq hesabı açır.
"Xəzər Lənkəran”- "Zarya” 0:1 Qoldan iki dəqiqə sonra Sakiçin ötürməsini Erməni futbolçu qola çevirə bilmir
və top qapı tirinə dəyir. Futbolçularımız rəqibi qapısına sıxıblar. "Zarya" komandası sanki hansısa turnirin finalında oynayır, Ukrayna klubunun futbolçuları qələbə əzmindədirlər. Müdafiədən hücuma atılmaqda çətinlik çəkmiyən rəqib ara-sıra hücuma da keçməyə cəhd edir.
Fasilə.
"Zarya" klubun rəsmi internet saytında "Xəzər Lənkəran"ın qapıçısının qapını yaxşı qoruması xüsusi vurğulanıb.
Oyunun ikinci hissəsi başladı.
Rəqibin heyətində Erməni futbolçu hələ də meydandadır.
Oyunun
57-ci dəqiqəsində rəqibin futbolçusu Lipartiya "Xəzər Lənkəran”ın cərimə meydançasına
daxil olur və yıxılır. Hakim penalti təyin edir və qapımızda ikinci qolu
görürük. "Xəzər Lənkəran”- "Zarya” 0:2 Erməni futbolçu Aleksandr Kasyan meydanda can qoyur....
QOOOOLLLLLL !!!!!
Künc zərbəsindən gələn topu "Xəzər Lənkəran"ın futbolçusu "Zarya"nın qapısından keçirir.
"Xəzər Lənkəran”- "Zarya” 1:2
Serqey
Silyukun cinah ötürməsindən sonra Maksim
Belıy topu qapımızdan keçirdi. "Xəzər Lənkəran”- "Zarya” 1:3
Ağac dalında
gizlənənlər
Əldə
etdiyimiz məlumata görə "Xəzər Lənkəran” – "Zarya” oyununda "Neftçi” klubunun
casusları peyda olub. Beləki, oyunun ikinci hissəsində meydançanın kənarında
olan ağacların arasında "Neftçi” klubunun bir neçə nümayəndəsi komandamızın
oyununu gizlənərək izləyirmiş...
Bu səbəbdən məşqçilər və futbolçularımız oyun üslubunda dəyişikliklər
edir...
Oyun bu hesabla da bitdi...
"Neftçi" casusları ehtimal olunan iki şəxs, informasiya sarıdan əziyyət çəkdilər və komandamızın oyunu haqqında bilgi əldə edə bilmədən, "Qloriya" otelinə məxsus meydançanın ətrafında güclü yağışdan sonra yaranan palçığda batıb qaldılar...
Daha ətraflı gecə saatlarında....
|