"Xəzər Lənkəran”ın məşqini
izləyərkən öyrəndik ki, "12-ci oyunçu”nun
yarandığı ilk günlərdən bizimlə olan Elçin Qəmbərov dekabr 10-da ad gününü qeyd edir. İlk olaraq biz onu təbrik
etdik, daha sonra da iki arzusunu həyata keçridik. Əvvəlcə onun Ruslan Poladovla
sonra isə Mirça Redniklə birgə fotosunu
çəkdik. "Xəzər Lənkəran”ın oyunlarında böyük ölçülü 12-rəqəmi nə vaxt tribunada
asılırsa deməli Elçin bəy "Fırtınalar Meydanı”ndadır. "Xəzər Lənkəran” sevgisiniheç vaxt gizlətməyən bu azarkeşsəfər oyunlarında da daim komanda ilə birgə
olur. Biz bir daha buradan Elçin bəyi təbrik edirik və inanırıq "Xəzər Lənkəran”ın
"Gəncə” üzərindəki qələbəsi onun üçün ən
yaxşı hədiyyə olacaq.
Elçin bəy, mən də səni ad günün münasibəti ilə təbrik edir sənə can sağlığı, uzun və mənalı ömür arzulayaraq, "Xəzər Lənkəran"ımızı daim zirvələrdə görməyi bir olan Allahdan təvəqqe edirəm. Həmişə doğma komandanın yanında ol, bununla onun hər bir uğuru üçün dua et və qələbələrinin şahidi ol! Biz də səninləyik!