Bildiyiniz kimi bu
gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğumunun 65 illik
yubileyidir. Bu barədə əvvəlki yazımızda tanış olmusunuz. Həm də onunla tanış
olmusunuz ki, bu münasibətlə əlaqədar olaraq "Xəzər Lənkəran”
azarkeşlərinin bir hissəsi olan "12-ci oyunçu” azarkeş qrupu və
"Bosman” fanklubu xüsusi təbrik məktubu hazırlayaraq "Neftçi”
klubunun rəhbərliyini və azarkeşlərini təbrik etmək üçün "Neftçi” klubunun
bazasında olmuşlar.
Burada hər
iki fanat qurumunu fanklubumuzun rəhbəri Mirhafiz Babayev təmsil etmişdir.
Rəqib düşərgədə olan fanklubumuzun rəhbərinin söylədiklərinə görə burada onu
çox mehriban qarşılamışlar. Mirhafiz bəyi "Neftçi” klubunun bazası ,
muzeyi və məşq meydançalarının şəraiti ilə xüsusi olaraq tanış etmişlər. Klubun
bir sıra rəhbər işçiləri bu münasibətdən çox razı qaldıqlarını dəfələrlə qeyd
etmiş və bu təşəbbüsə görə həm "12ci oyunçu” azarkeş qrupuna həm də
"Bosman” fanklubuna təşəkkür etdiklərini bildirmişlər.
Məktubu
klubun vitse-prezidentinə təqdim edən Mirhafiz bəy, Tahir Süleymanovun ayağa
qalxaraq məktubu qəbul etməsi və uca səslə görüş iştirakçılarına oxumasını
xüsusi olaraq qeyd etmişdir. Bir saata qədər davam edən görüşdə Tahir bəy
bundan çox məmnun olduqlarını belə ifadə etmişdir: - "Mənə bildirəndə ki
"Xəzər Lənkəran” azarkeşləri tərəfindən belə bir təşəbbüs var, onda elə
bil dünyanı mənə bağışladılar.”
Sonra hər
iki klubun azarkeşlərinin düz yolda olduğunu görüş iştirakçılarının hər iki
tərəfi qeyd etmişdir. Azərbaycan futbolunun inkişafı və əminamanlığı naminə
atılan belə addımlar hər iki tərəfdən yüksək qiymətləndirilmişdir. 90 dəqiqə
əndazədən çıxmamaq şərti ilə rəqibliyin daha məqsədəuyğun olduğunu hər iki tərəf
bəyəndiyini söyləmişlər.
Xüsusi
çərçivədə təqdim olunan təbrik məktubunu Tahir Süleymanov əvvəlcə stolunun baş
tərəfində qoysa da sonradan onu daha yüksəkdə qoyduğu "Neftçi”nin loqosu
təsvir olunmuş xüsusi taxta çərçivəyə bərkidilmiş kiçik ölçülü xalçasının”
yerinə qoyaraq, həmin kiçik ölçülü xalçanı "biz qonağımızı əliboş
qaytarmırıq deyə Mirhafiz bəyə təqdim etmişdir.
Daha
sonra "Neftçi” klubunun saytı üçün müxtəlif xatirə şəkilləri çəkdirilmiş
və Mihafiz bəydən müsahibə alınmışdır.
Qeyd: Həm görüşün alımasında xüsusi rolu olan və həm də görüşdəki maraqlı çıxışına görə "Flaqman" fanklubunun rəhbəri Ceyhun Bədəlzadəyə və Səbuhi bəyə təşəkkür edirik.
Mənbə:bosman.at.ua
|