Ana Səhifə» 2010»İyul»6 » "Olimpiya", "Fırtınalar Meydanı"nda ...
00:45
"Olimpiya", "Fırtınalar Meydanı"nda ...
"Xəzər Lənkəran" iyulun 6-da saat 19:15-də "Fırtınalar Meydanı"nda, "Olimpiya" isə 15-dəqiqə sonra yardımçı meydançada məşqə başladı.
"Xəzər Lənkəran"ın məşqini izləyən azarkeşlərin sayı yenə yetərincə idi.Futbolçuların hər hansı bir hərəkətinə reaksiya verən Lənkəranlı futbolsevərlər arasından rəqib komandanın da məşqini izləmək istəyən az deyildi.Lakin "Olimpiya"nın məşqi qapalı olduğundan bu istəyi gerçəkləşdirmək onlar üçün mümkün olmadı.Elə biz də saytımızda qısa məlumat yerləşdirmək istəyi ilə rəqib komandanın məşqinə baxmaq istdik.Çətinliklə olsa da bir neçə dəqiqə ərzində Moldova təmsilçisinin məşqinə diqqət yetirdik.Əsasən taktiki sxem üzrə məşqin şahidi olduq.
"Xəzər Lənkəran"ın məşqini izləyən azarkeşlərin yanına qayıdanda yenə çoxlu söhbətlərin getdiyini gördük.Əsas mövzu yenə Zaur Ramazanov olsa da bu dəfə Elnur Allahverdiyevin gəlişinə münasibət bildirənlər də oldu.Bir neçə gün öncə Lənkəranın müxtəlif yerlərində səslənən radikal fikirlərin bu gündən başlayaraq səngiməsi müşahidə olunur ki,elə məşqə gələnlər arasında da ilk iki məşqlə müqayisədə narazıların azaldığını qeyd etmək lazımdır.
Hər iki məşq bitəndən sonra qonaq komandanın, "Xəzər Lənkəran" komandasına məxsus avtobusda stadionun ərazisini tərk etməsini "Fırtınalar Meydanı"nın qarşısında çoxlu sayda Lənkəranlı azarkeş seyr etdi.
"Olimpiya" komandasının ixtiyarında olan və üzərində "Xəzər Lənkəran" yazılmış avtobus, Lənkəranın mərkəzinə doğru rəqib komandanın məskunlaşdığı otelə yollandı.