Ana Səhifə» 2010»Noyabr»22 » Ölkədə ilk müasir azarkeş saytı.
18:16
Ölkədə ilk müasir azarkeş saytı.
Noyabrın
22-də "Xəzər Lənkəran”ın bir qrup azarkeşi saytımızda gedən yazıdan
sonra yeni saytın yaradılması üçün nəzərdə
tutulan bank hesabımızı öyrənmək istədiklərini
bildirdilər. Beləki, azarkeşlər bank
hesabı ilə yardım edərək mükəmməl həmveb həm dəwap olaraq çalışan yeni bir saytın açılmasında iştirak etmək istəyirlər.
Bank hesabı hələ açılmamışdan bir qrup futbol sevər artıq layihədə iştirak etməyə
hazır olduqlarını bildirdilər.
"Bank
Respublika ASC "-nin Lənkəran filialı ,
Lənkəranda yerləşən "Avtolada” salonu,"Bismak” un məmulatlarının satışı ilə məşğul
olan şirkətin əməkdaşları və "Atropatena” firmasının nümayəndələri ilkfəallardandırlar.
Fəal azarkeşlerdən olan "Bank Respublika
ASC "-nin Lənkəranfilialının əməkdaşı Ramin Mehtiyevə də təşkilati işlərdə göstərdiyi yardıma görə təşəkkür edirik.
Onu
da qeyd edək ki, bütün gün ərzində sənədlərin hazırlanması ilə məşqul olmuşuq və
bank hesabını artıq noyabrın 23-də saytımız vasitəsi ilə elan edəcəyik.
Bəs sən
necə, ölkədə ilk və yeganə,ən müasir imkanlara malik olan yeni bir azarkeş saytının
yaranmasında iştirak etmək istəyirsənmi ?