Ana Səhifə» 2010»İyul»2 » Ölkənin ən böyük və ən çılğın azarkeş ordusunun istəyi isə normal istək olduğu qədər də
01:40
Ölkənin ən böyük və ən çılğın azarkeş ordusunun istəyi isə normal istək olduğu qədər də
"Xəzər Lənkəran"ın rəqibi "Olimpiya" komandası heç də "Dinamo" Zaqreb və ya "Lex" deyil.Bu komandaya qarşı oynamaq və qalib gəlmək olar.Komandamızın hətta səfər oyununda da qalib gəlməyə gücü çatardı.Çünki "Olimpiya"nın futbolçuları səviyyə baxımından ən azı Opara və Sozuadan geri qalırlar.
Alim Qurbanovun start heyyətdə yer alması növbəti sürpriz idisə,müdafiəmizin oyun boyu buraxdığı səhvlər artıq adi hal sayıla bilər.Hücum xətti isə,xətt deyil belə demək mümkünsə "nöqtə" idi.Bəlkə də cavab oyununda komanda daha istəkli oynayacaq.Bu mənada komanda "Fırtınalar Meydanı"nda qalib gələrək "Olimpiya"nı avroliqdan kənarlaşdırmağa borcludur.
İyul ayının 8-də Lənkəranda keçirilən oyunda "Fırtınalar Meydanı"nın dolacağı inandırıcıdır.Bu oyun Ağasəlim Mircavadov üçün də böyük əhəmiyyət kəsb edir.Komandanın uğurlu nəticə əldə edəcəyi halda baş məşqçi də postunda bir az rahat nəfəs ala biləcək.Amma bu turu keçmək mümkün olarsa "Dinamo" Buxarestlə oyun üçün artıq yeni səviyyəli bir neçə legionerə ehtiyac olacaq.Elə premyer liqanın növbəti mövsümündə də "Xəzər Lənkəran"
iddiasını ortaya qoymaq istəyirsə heyyətini gücləndirməlidir.Azarkeşlər də bunu istəyirlər."Xəzər Lənkəran"ın heyyət baxımından geriləməsinə, son zamanlarda bir çox uğursuzluqlarına etiraz edən azarkeşlərin istəkləri başa düşüləndir.
Klub rəhbərliyi bir bilsəydi ki,küsən azarkeşlər də daxil olmaq bu oyunun gedişi zamanı Lənkəranda nə qədər insan bu oyunun hər dəqiqəsini ,oyun zamanı qapılar ağzında yaranan gərginliklərin həyacanını yaşadı, internet vasitəsi ilə izlədi.Uşaqdan böyüyə qədər hamı iyulun 1-də "Xəzər Lənkəran"la nəfəs aldı.Bu diqqətdən kənarda qalmamalıdır.Onlar komandanın güclü olmaqla uğurlar qazanması arzusundadırlar.
Vətənin adının ucalması naminə bütün narazılıqları unutmağı bacaran və beləcə öz böyüklüyünü bir daha sübut edən "Xəzər Lənkəran" azarkeşlərindən öyrəniləsi çox şey var.Biz azarkeşlər lazım olan zaman birləşməyi bacarırıq.
İyul ayının 8-də də "Fırtınalar Meydanı"nda komandaya dəstək olmaqla biz həm də Azərbaycan futboluna avropada reytinq qazandıra biləcək qələbəni qazana bilərik.
"Xəzər Lənkəran" ölkə daxilində cənubu,avropada isə Azərbaycanı təmsil edir.
Eləysə,Azərbaycan naminə - Haydı İrəli Azərbaycanın Xəzəri !
Xezerin oyunu 2 qepiklik idi , olimpianin oyunu 1 qepiklik. buna gore demek olar ki Xezer yaxshi oynadi. hele yaxsi ki 2 metreden olimpianin mohtesem oyuncusu vurammadi. :)))
Ramin Səfərovun dedikləri ilə tam razıyam.Bizə ünvanladığı sullarının hər üçünün də cavabında yox demək lazımdır.Çünki həqiqətən də hörmət edilmiyib azarkeşlərə,indi də edilmir və gələcəkdə də edilməyəcək.Mənimçün maralıdır görəsən Ramin qardaş nə təklif edərdi.Hörmətsizliyə cavab verməmək özünə hörmətsizlik etməkdir məncə.Mən təklif edirəm ki,klubun tam olaraq buradan aparılmasınıə tələb etməliyik.Bizə hörmət etməyənlərin burada nə işi var.indiyəq qədər hörmət edilmiyib,indi də gələcəkdə də ediləcəyinə inanmırıqsa o zaman niyə özümüzü aldadaq.Bəlkə biz bilərəkdən pözümüzə hörmət etməyənləri bağışlamağa borcluyuq.
Futbol azərkeşlər üçün oynanılır. Amma əsl azərkeş öz sözünü deyə bilən, yaxşını pisdən ayıra bilən və heç nədən çəkinmədn öz düzgün mövqeyini hər yerdə müdafiə etməyi bacaran kəslərdir! Xəzər bu heyətlə və bu baş məşqçi ilə heç nə edə bilməz! Düzdür, Xəzər rəqibdən daha çox topu özündə saxlayırdı, amma çı fayda? Baxımlı oyun yoxdur, oyun qurucunuğu yoxdu, öyunu üzərinə götürən lider futbolçumuz yoxdur, və daha nələr yoxdur, yoxdur... P.S. Hər birinizə bu sualı verirəm: Ölkənin ən böyük və ən çılğın azərkeş ordusuna elə azərkeşlik etdiyimiz klub rəhbərliyi layiq olduqları hörməti bəsləyirmi? Və yaxud nə vaxtsa bunu edibmi? Gələcəkdə edəcəyinə inanmaq olarmı?
Oyunun 2ci hissesine baxdim.Olimpiya cox zeif idi.Amma bizimkilerde de oyun yox idi.Topu ozumuzde saxlamaqi bacarirdiq ama hucum qyra bilmirdik.Xezerin oyunu xosuma gelmedi.bu oyunla cetin.Gorekde Insallah burda yaxsi oynayariq.Bu reqibi kecmisik demek olar,ama Buxarest guclu komandadi bu cur oyunla olar bizi..Allah qorusun 2ci Lex faciesinden.Komanda guclenndirilmelidi. 1de bilen varmi Kabral niye heyetde yox idi?Gor ne gune qalmisiqki Karvanin heyeti bizi Avroliqada temsil edir-Alim,Zaur,Xaqani...Alim pleymeker oynayirdi...
Cavid, qardaş, insaf da dinin yarısıdır deyirlər. Axı Xəzər bu oyunu pis oynamadı. Demirəm ki çox yaxşı oynadı, amma rəqibdən daha yaxşı təsir bağışlayırdı. Xüsusən 2-ci hissədə Xəzər Lənkəran daim hücumdaydı. Bu hücumları qola çevirəbiləcək futbolçulara ehtiyacımız var.
Bele oyuna gore agaselim istefa vermelidir,2-ci oyunun neticesinden asili olmayaraq. P.S Men oyredilmish azarkeshem.
Cavab: Fikir deməkdə və baş məşqçinin istefasını istəməkdə azadsınız.Biz sizin fikrinizə hörmətlə yanaşırıq.özünüzü öyrədilmiş azarkeş adlandırmağınız isə azarkeş kimi haqlarınızın tapdanmasına etirazdan irəli gəlir yəqin ki.Sizin etiraz başa düşüləndir.Təəsüf ki,başa düşənlərlə azarkeşlərin haqqının tapdanmasına hökm verənlər ayrı-ayrı qüvvələrdir...