Ana Səhifə» 2010»Aprel»1 » Özü bir qəpik.. ,qələmi isə 350-manat.
17:25
Özü bir qəpik.. ,qələmi isə 350-manat.
Bu gün qabaqcadan da bildirildiyi kimi Lənkəranda qəribə bir hərrac təşkil edildi.Qalamaqallı “Xəzər Lənkəran”- “Neftçi” oyununda baş hakim olan Əfqan Həmzəyevə məxsus olan qələm saat 13:30-da hərrac yolu ilə satıldı.Əfqan Həmzəyev o qələmlə oyunun protokolunu yazmış və stadionu təcili tərk edərkən itirmişdi.İtirdiyi qələmin arxasınca gəlmədikdə biz “12-ci oyunçu” azarkeş klubu olaraq Lənkəranlı azarkeşlərin əsəbləri ilə oynayan bir şəxsin əmlakı kimi qələmi hərraca çıxardıq.Hərrac uzun sürən mübahisələrlə yadda qaldı.Bir neçə azarkeş qələmi almaq istəsə də nağd pulları olmadığı üçün nisyə almaq istədi.Lakin tərəfimizdən bunun mümkünsüzlüyü onlara çatdırıldı.Daha bir azarkeş isə qələmə sahib olmaq üçün iki gün vaxt istədi ki,bankların birindən kredit pul götürə bilsin.Təxminən 1-saat 30-dəqiqə ərzində 100-manat,170-manat,240-manat və nəhayət 350-manat qədər qiymət qalxdı. Son təklif olunan məbləğ 350-manat oldu və bu pulu verən “Xəzər Lənkəran” azarkeşi qələmə sahib çıxdı.Qəhrəman azarkeş Adil Qurbanov oldu.Adil bəy pulu bir şərtlə verdi:-”Qarabağ”la oyunda bu pulla 350-ədəd bilet alınıb azarkeşlərə paylansın.Biz də onun şərtini qəbul etdik.Beləcə Əfqan Həmzəyev 15-min azarkeşin əsəbləri ilə oynasa da,onun qələmi hesabına 350-azarkeş heç olmasa bir oyuna bilet almadan baxa biləcək.
“12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.