*”Xəzər Lənkəran”-“Olimpik”. 10 dekabr 2009. Saat 16:00. Lənkəran şəhər mərkəzi stadionu. 5000 tamaşaçı
Ölkə futbolunun “flaqman”ı adlandırılan “Neftç”inin və hazırki çempion “Bakı”nın son üç ev oyununa toplaşan azarkeş sayı üst-üstə cəmi 3500-edir.Bunlardan 2600-nəfəri “Neftçi”nin son üç ev oyununa,900-nəfəri “Bakı”nın payına düşür.”Xəzər Lənkəran” isə son üç ev oyununda 18000-azarkeş toplaya blmişdir ki,bu da “Neftçi” və “Bakı”nın birlikdə topladığı azarkeşlərdən 5-dəfə çoxdur.Qəzetlərərin və internet portallarının manşetlərini Paytaxt derbisinə ayıran mətbuat işçiləri kimi aldadırlar,bizi yoxsa özlərini.Belə derbilər heç kimin marağında deyilsə və jurnalistlərimiz hələ də özlərini sudan duru... hesab edirlərsə...Görəsən post moderizm yanaşma idman jurnalistikasında da olurmu? Əgər olursa, kütləvi hal alan bu anormallıq nə vaxta qədər davam edəcək.
Obyektiv olmaları ilə oxucuların gözlərini deşməyə çalışan idman jurnalistləri iki komandanın üst-üstə cəmi 3500 azarkeşini,bir komandanın 18000-azarkeşindən üstün bilirlər.Cənub klubunun azarkeşlərinə qarşı olan və ölkə mətbuatında hələ də davam edən qısqanclıq hissləri çox gözləri kor edib.Bu gözlərin açılmasını arzulayırıq.