Ana Səhifə» 2009»Noyabr»10 » Pisliklərə güc gələk.
17:14
Pisliklərə güc gələk.
Günüm vay,vay günüm və ya özünə hörmət edən insan belə böyük oyuna tüpürər.
Halalca yaşayıb,əqidə saflığını qorumağın və Xəzər Lənkərana nəyəsə görə deyil yurd məhəbbətinin biruzə verilməsindən azarkeşlik etməyin və bu zman XL klubundan gələn təkliflərdən imtina etməyin gözəlliyini yaşayıram.Belə həyat tərzi ilə yaşayan insan bütün hadisələrə soyuqqanlıqla yanaşa bildiyi kimi,hadisə iştirakçılarına düzgün qiymət vermək bacarığında olur.Beləcə mənim böyük oyuna tüpürmək haqda dediklərimə əsas istəyənləri “12-ci oyunçu” azarkeş klubunun saytında mütəmadi olaraq gedən analiz xarakterli yazıları diqqətlə oxumağa çağırıram.Biz bu böyük oyun adlandırılan avantyuranı ifşa etmişik.Hər iki komandanın azarkeşlərini birtərəfli yanaşma ilə üz-üzə qoyan, özəyində iyrənclik və rəzalət olan böyük oyun adını daşımaqla bütün eybəcərlikləri özündə əks etdirən bir çirkin oyuna düzgün qiymət verə bilmişik.Zaman zaman hər iki tərəfin azarkeşləri oyun sonrası əks tərəfdən narazı qalır.Bu narazılıqların səbəbkarları üzə çıxmadıqca mətbuat azarkeşləri günahkar sayır. Belə oyunlarda azarkeşlərdən bir neçəsini həbs edib sonra minnətli saxlayaraq və ya boynuna haqq olaraq güclə pul qoyub bölmədən buraxaraq azad edən polis qazanır.Bu çirkin oyunlarda şeytani işləri quranlar, insanlar arasına nifaq salanlar qazanır.Xuliqanlığı özünə həyat tərzi edənlər, vəziyyətdən sui istifadə edənlər qazanır.Azərbaycanımızı bölgələrə bölərək ayrıseçkiliklərə şərait yaratmaq istəyənlər qazanır.Bu siyahını nə qədər istəsən uzatmaq olar.Bəs bu siyahıda yaxşı işlərə meyilli insanlar,mehribanlıq istəyənlər,ədalət tərəfdarları,həqiqətpərəstlər nə qazanır, heç nə.Düşünmək lazımdır, əgər bu böyük oyunda yaxşı nə varsa itirilir və pisliklər qazanırsa niyə mən buna tüpürməyim.Əgər Lənkəran stadionuna “Fırtınalar meydanı” adını qoyanlar bu arenada döyülüb həbs olunurlarsa, bu oyunun nəyi tüpürcəyə layiq deyil.Məgər T.Bəhrəmovda 16-fevral 2007-ci ildə keçirilən oyunda 7000-Lənkəranlı azarkeşin saxta bilet adıyla saxlanılaraq sonradan oyun başlanan kimi stadiona bir dəfəlik buraxılması nəticəsində əzilən,ayaqlar altında qalan insanlaradan xəbərsizəmmi? Lənkərandan Bakıya gedən bu insanlar təhqir olunmağa deyil futbola baxmağa getməmişdimi? Onların niyyətləri başqa idi,onlara olunan münasibət isə başqa.Həmin oyunda bu işləri quranlar da “Neftçi” fanatları deyidi,ümumiyyətlə “Neftçi” azarkeşlərinin bu işdə əli ola bilməzdi də.Bu şeytani işlər futbol azarkeşlərindən kənarda qalan bir şeydir.Mən heç bir komandanın azarkeşinə təhqiramiz fikir deməyə cürət edə bilmərəm də.Bu mənada azarkeşləri üz-üzə qoyanlara isə əlim yetmir,deyə tüpürürəm bu böyük oyun adı altında çirkin oyunları aparanların əməllərinə.Tüpürürəm belə böyük oyuna ki,orada çirkinlik var,orada rəzalət var,orada ayrıseçkilik,birtərəfli mövqe və ən nəhayət şeytanlıq var.Özünə hörmət edən insan belə işlərə tüpürər. Bir müddət öncə Neftçi fanatlarından birini də özünə hörmət etməyə dəvət edərək bu böyük oyuna tüpürməyə çağırdım. Ölkənin futbol ictimaiyəti həmişə cənub klubuna,onun azarkeşlərinə cısqanclıqla yanaşıb.Vay o gündən ki,klub özü də azarkeşlərinin doğma meydanında döyülməsinə seyrçi mövqedə dura,təhqir olunmasına heç bir reaksiya verməyə, vay o günə.Bu günlər belə vay olan günlərdəndir.
klubda deyisikliye ehtiyac var.men butun etirazlara qosuluram.xususen oz polislerimize,oz klub numayendelerimize.teklif ediremki etirazlari Baki ile oyunda da bildirek.Aqani sixmaq lazimdi.artiq besdi Lerikde oturub xasam baliqi yedi.ya islesin yada fuck offfff.elecede Tuyqun,Hoccet,Mais,Iqor,Tsvetkov.bize satqinlar lazim deyil.pul xatirine isleyenler lazim deyil.qelbini Xezere verenelr bu klubda islemelidi.Aqa 250 min ile qazanir ozude manat!haram olsun ona..