www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 13 » "Qara şimşək" cüt çaxır...
23:24
"Qara şimşək" cüt çaxır...


Mirhafiz Babayev: Uinston Parksa "Qara şimşək"  ləqəbini vermişik... 

 

 

 

 

          Bu həftə "Avropa.az” internet radiosunun "Futbol Taym” verilişinin qonağı "Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev idi. Onunla bir saat ərzində "Xəzər Lənkəran” komandası və rəhbərlik etdiyi fanklub barədə maraqlı söhbət etdik. Söhbət "Avropa.az” internet radiosunda canlı yayınlandığından, bu geniş müsahibəni ixtisarla nəzərinizə çatdırırıq.

 

 

 

         - Mirhafiz müəllim, "Futbol Taym” verilişinə xoş gəlmisiniz!

 

 

 

         - Çox sağ olun, mən də öz növbəmdə sizləri salamlayıram. Bu veriliş müqəddəs Ramazan bayramına təsadüf etdiyi üçün bütün veriliş iştirakçılarını, radio dinləyicilərini və Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edirəm. Bundan əlavə bildirmək istəyirəm ki, bu "Futbol Taym” efirdə ikinci verilişidir və fanklub rəhbərləri arasında ilk dəvəti mən almışam. Mənə göstərilən etimadı çox yüksək dəyərləndirirəm. Eyni zamanda bu etimad "Xəzər Lənkəran” komandasının azərkeşlərinə göstərilən etimaddır. Mənə göstərdiyiniz etimada görə sizə təşəkkür edirəm. Bu verilişə mən əliboş gəlməmişəm və gətirdiyim hədiyyə "Xəzər Lənkəran” və "İnter” komandasının azərkeşləri arasında dostluq münasibətlərinin olmasını əks etdirir. Hədiyyəm bir divar saatıdır. Lakin onun üzərində özündən dəyərli sözlər həkk olunub: - "Hər ötən dəqiqə "İnter” və "Xəzər Lənkəran” azarkeşlərinin dostluğunu daha da möhkəmlədir”. Mən arzu edərdim ki, bu verilişə dəvət alan hər qonaq bir hədiyyə ilə studiyaya gəlsin və "Avropa.az” internet radiosunun muzeyi yaransın.

 

 

 

          - "Bosman”fanklubunun yaranma tarixi barədə məlumat verərdiniz...

 

 

 

        - "Xəzər Lənkəran” futbol klubunun azarkeşləri say və keyfiyyət baxımından öndə gedənlərdən birincisidir. ”Bosman” fanklubu 2009-cu ilin Fevral ayının 9-da təsis olunub. ”Bosman” fanklubu yaranmamışdan öncə fanklubun təsisiçiləri fərdi şəkildə "Xəzər Lənkəran” komandasının ev və səfər oyunlarını izləyirdilər. Bir müddət belə davam edəndən sonra biz bir araya gəlib fəaliyyətimizi genişləndirmək üçün fanklub təsis etməyə qərar verdik. ”Bosman” fanklubunun fəaliyyəti rəngarəngdir. Bu fəaliyyət oyunöncəsi, oyun zamanı və oyundan sonrakı dövrləri əhatə edir.

 

 

 

          - Hamıya məlumdur ki, ”İnter” və "Xəzər Lənkəran” komandalarının azarkeşləri arasında dostluq münasibətləri mövcuddur. Digər hansı fanklubla dostluq münasibətləriniz var?

 

 

 

          - "İnter” və "Xəzər Lənkəran” komandalarının azarkeşləri arasında olan dostluq münasibətləri çox yüksək səviyyədədir. Bu münasibət müəyyən tarixə malik olan bir dostluqdur. Bizim qapılarımız hamının üzünə açıqdır.

 

 

 

          - Fanklubunuzun sıralarını genişləndirmək üçün hansı reklam təbliğatından istifadə edirsiniz?

 

 

 

         - Hələki reklam təbliğatı aparmırıq, lakin bu iş gələcək planlarımıza daxildir.

 

 

 

         -  "Xəzər Lənkəran” komandasının heyətindən "Bosman” fanklubunun ən sevimli oyunçusu hansıdır?

 

 

 

          - Bizim fanklubun ən sevimli oyunçuları Kamran Ağayev və Uinston Parksdır. Biz hətta Uinston Parksa "Qara Şimşək” ləqəbi qoymuşuq və ümid edirik ki, Parks bundan sonra da rəqibdən şimşək kimi sıyrılaraq, vurduğu qollarla rəqib qapılarının torunu yandıracaq və bu adı doğruldacaq.

 

 

 

         - Ağasəlim Miracavadovlu və Mirça Rednikli  "Xəzər Lənkəran”. Sizin fikrinizcə, hansı komanda daha baxımlı və gözəl fitbol sərgiləyir?

 

 

 

          - "Xəzər Lənkəran” komandası Ağasəlim Mircavadovun yaratdığı oyun üslubu ilə sevilib. Onun bu komanda üçün etdikləri danılmazdır. Hələ ki, ”Xəzər Lənkəran” məhz Ağasəlim Miracavadovun rəhbərliyi altında titullarını qazanıb. Ağasəlim Mircavadovun komandamız üçün etdiklərini azarkeşlər unutmayıb və hər zaman dəyərləndirirlər. Ağasəlim Mircavadov sovet futbolunun taktiki gedişlərinə üstünlük verirdisə, Mirça Rednik Avropa futboluna üstünlük verir. Komandamızın oyununda irəliləyiş hiss olunur və mən düşünürəm ki, birinci dövrənin sonunda "Xəzər Lənkəran” qarşısıalınmaz komanda olacaq.

 

 

 

         - Mirhafiz müəllim, bir balaca keçmişə nəzər salaq. Keçən mövsüm və "Xəzər Lənkəran” - "Neftçi” komandaları arasında "Fırtınalar Meydanında”keçirilən qarşılaşma. Həmin oyunda Azərbaycan futbolunda görünməyən olaylar yaşandı. Bu qarşılaşmada azarkeşlərin intizamsızlığına nə səbəb olmuşdu?

 

 

 

         - Keçən mövsüm "Xəzər Lənkəran” - "Neftçi” komandalarının arasında keçirilən qarşılaşmanın baş hakimi Əfqan Həmzəyevin absurd qəraraları və bərbad idarəçiliyi belə xoşagəlməz olayların yaşanmasına gətirib çıxardı. Elə bu idarəçiliyə görə onun və bir çox futbol idarəçiliyimizdə olan şəxslərin AFFA prezidenti tərəfindən cəzalandırılması baş verdi. Burada "Xəzər Lənkəran” azarkeşləri sanki, baş hakim Əfqan Həmzəyev tərəfindən təxribata çəkildiyindən onların cəzalanması baş vermədi. AFFA-nın bu qərarı o vaxt bizim tərəfimizdən müsbət qarşılandı.

 

 

 

         - Bu ayın 25-də "Xəzər Lənkəran” komandası "Neftçi”ni qəbul edəcək. Bu oyuna hazırlıq necə gedir?

 

 

 

         - Mən hazırlığımızı tam formada açıqlamayacağam. Lakin bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, bu qarşılaşmaya bir sürprizimiz nəzərdə tutulub. Musiqisi Cənub bölğəsinin məşhur  "Ay Lolo”  mahnısınnın sözlərini "Xəzər Lənkəran”a aid etməklə bir mahnı hazırlamışıq. Bu mahnının sözləri şəxsən mənə məxsusdur. Mahnının sözlərini 15.000 nüsxə kağız üzərinə yazıb bütün stadiona hər azarkeşə çatacaq sayda paylayacağıq və istəyirik ki, bu mahnını oyunboyu bütün stadion mütəşşəkkil formada oxusun. Bu mahnı hamıya tanış olduğu üçün oxunma effektinin yaxşı alınacağını düşünürük.

 

 

 

         - "Xəzər Lənkəran” və "Neftçi” azarkeşləri arasında bu günə qədər bir gərginlik var və hətta bu gərginliyin nəticəsində insidentlər də yaranır. Sizin fikrinizcə hansı işlər görmək olar ki, bu gərginlik aradan qaldırılsın və iki komandanın azarkeşləri arasında dostluq münasibəti yaradılsın?

 

 

 

         - Mən bir az bundan öncə qeyd etmişdim ki, bizim qapımız hamının üzünə açıqdır. Ara-sıra bizim "Neftçi” fanklubunun rəhbərləri ilə görüşlərimiz olub və mənə elə gəlir ki, bu insidentlər iki fanklub arasında yox, sadə azarkeşlər arasında baş veirir.

 

 

 

         - "Avropa.az” internet radiosunun rəhbərliyi "Xəzər Lənkəran” və "Neftçi” azarkeşlərinin dostluq münasibətləri qurulması” adlı bir layihə hazırlayıb, məclis keçirərsə siz bu məclisin iştrakçısı olmağa razısınızmı?

 

 

 

       - Belə bir layihənin təşkil olunması çox gözəl bir addım olardı və mən bu layihənin ərsəyə gətirilməsində sizə uğurlar arzulayıram.

 

 

 

         - Daha bir qalmaqallı oyun. Azərbaycan Kubokunun finalı, ”Bakı” - "Xəzər Lənkəran” qarşılaşması. ”Bakı” komandası "Fayr Play” qaydalarına əməl etməyib qol vurur və Kuboku başı üzərinə qaldırır. Bundan sonra "Bakı” komandası Avroliqada fiaskoya uğrayır və bu günə qədər hələ də bu qara zolaqdan çıxa bilmir. Buna münasibət bildirərdiniz...

 

 

 

         - Azərbaycan Kubokunun final oyununda "Xəzər Lənkəran” haqsızlıqla üzləşdi. ”Bakı” komandası halal olmayan kuboku başı üzərinə qaldırır və bundan sonra "Bakı” komandasının qarşılaşdığı uğursuzluqlar haqsızlığın cavabıdır.

 

 

 

         - Azərbaycanda dəfələrlə şahid olmuşuq ki,oyunun sonuna 10-15 dəqiqə qalmış azarkeşlər stadionu tərk edir. Bunu nə ilə əlaqələndirərdiniz?

 

 

 

         - Bu stadionda gedən qarşılaşmanın nə dərəcədə maraqlı olmasından asılı olan bir amildir. Maraqlı keçən qarşılaşmaya azarkeş sona qədər baxır və stadionu tərk eləmir. Mən arzu edirəm ki, Azərbaycanda maraqlı oyunlar şox olsun və azarkeşlər sevimli komandalarını sona qədər dəstəkləsinlər.

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 733 | Yazar: ISLAM |
Всего комментариев: 1
15.09.2010
1. EN BOYUK FANAT AKTYOR FAIQ SHADLI [Материал]
Ela!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz