"Qarabağ”
– "Xəzər Lənkəran” oyununun başlamasına 2-saat qalmış Lənkərandan Bakıya komandamıza
dəstək olmaq üçün gedən azarkeşlər artıq T.Bəhrəmov stadionunun qarşısına
yığışıblar. "12-ci oyunçu”nun vasitəçiliyi ilə yola düşən azarkeşləri Bakıda nümayəndəmiz
Fariz İsayev qarşılayıb. "Xəzər Lənkəran”ın rəsmi fan klubunun da artıq T.Bəhrəmov
stadionunun qarşısında olduğunu qeyd edək.
Fariz bəy elə stadionun qarşısında "Qarabağ”
fan klubunun rəhbərliyi ilə də görüşüb. Görüş zamanı "Qarabağ” fan
klubununrəhbərliyi bildirib ki, Ağdamlıların
cənublu fanatlarla heç bir problemi yoxdur və oyun boyu və sonra baş verə
biləcək hər hansı xoşa gəlməz hadisədə onların əli olmayacaq.
Bu
arada onu da qeyd edək ki, stadionun qarşısında onlarla digər klubların
fanatları görünməkdədir. Bunların arasında "Xəzər Lənkəran” klubu haqqında
təhqiramiz ifadələr işlədən bir neçə qrup insanın olduğu azarkeş qrupunun
nümayəndəsinin diqqətindən yayımnmayıb. "Neftçi” fanatlarının Lənkəranlı azarkeşlərə daha
aqressiv olduğu hamıya bəllidir.
Stadionun qarşısında gəzən və "Xəzər Lənkəran”
azarkeşlərinə replika atanların da "Neftçi” fanatları olduğu ehtimal olunur.
Azarkeşlərimizdən
bu mənada diqqətli olmalarını xahiş edirik və onları heç bir təxribata uymamağa
çağırırıq. Yalnız komandamıza dəstək olmaq lazımdır.