
Daim maraqlı
sorğular keçirən "İnter” fanatlarına məxsus "aglugoylu.tk” saytı bu günlərdə də qeyri adi bir
sorğu ilə diqqət çəkdi. Sorğuda iştirakçılara "İnter” və "Xəzər Lənkəran” arasında keçirilən
oyunlara hansı adın verilməsi sualı ilə müraciət
olunmuşdu. 80-nəfərin səs verdiyidiyi sorğunun nəticələri belə oldu.
"Qardaşlıq
derbisi”- 43-səs.
"Super
derbi”- 22-səs.
"Bitməyən
derbi”- 15-səs
Premyer
liqanın artıq geridə qalmış təsnifat mərhələsi çərçivəsində bu klublar iki dəfə
rastlaşsalar da final mərhələsində də bizi iki belə "Qardaşlıq derbisi”
gözləyir. Biz də ölkə futboluna "Qardaşlıq derbisi”nin əlavə rəng qatacağına əminlik ifadə edirik. Uğurlu
olsun.
|