Ana Səhifə» 2010»Sentyabr»11 » "Qaz parad"ı gözləyir "Neftçi"ni.Bu hələ harasıdır...
19:24
"Qaz parad"ı gözləyir "Neftçi"ni.Bu hələ harasıdır...
Bir neçə gün ərzində Lənkəran bazarında ev quşlarının satışında olan
fəallıq diqqətimizi çəkirdi.Əsasən Lənkərana yaxın digər
rayonlardan gələn və diri ev quşlarının
satışı ilə məşğul olan bir neçə nəfərə yaxınlaşıb maraqlanmağı planlaşdırırdıq.
Sentyabrın 11-də yağışlı gün olduğundan istifadə edib,o biri günlərdə
danışmağa belə vaxtı olmayan diri toyuq,ördək və qaz satan bu insanlara
yaxınlaşdıq və marağımızı gizlətmədik.Onların hamısı eyni sözləri dedilər:- "Son
günlər Lənkəranda diri ev quşları əsasən isə qaz daha yaxşı satılır”.
Maraq üçün qaz,toyuq və ördək satanlardan birinin yanında qalaraq
alıcılara suallar verirdik.
İlk rastlaşdığımız qaz alan qadın
idi və o həyətyanı sahəsində ev quşlarının saxlamanın həvəskarı olduğunu bildirdi.Amma
ondan sonra ayrı-ayrı vaxtlarda təxminən
15-nəfərə qədər gənc, yaxınlaşıb yalnız qaz
alırdılar.Qaza bu qədər maraq göstərmələrinin səbəbini bilmək istəyirdik və
bütün cavablar demək olar ki,eyni idi: Sentyabrın 25-də baş tutacaq "Xəzər Lənkəran"ın "Neftçi” ilə oyununa hazırlaşan gənc
azarkeşlər xüsusi "qaz parad”ı təşkil etmək istəyilər. "Neftçi” komandasının və ya fanatlarının avtobusunun
qarşısında "qaz parad"ı keçirəcəklər. Bu paradı keçirməklə bir neçə gün əvvəl
keçirilən premyer liqanın "İnter” – "Neftçi”
oyununda "Neftçi” fanatlarının
səsləndirdikləri "Xəzər qazdır” şüarna Lənkəranlı
gənclər sivil formada cavab vermək istəyirlər.Satılan qazların rəngi yalnız ağ
olmalıdır ki, sonradan ev quşlarının qara rənglə zolaqlı boyayıb ağ-qara edəcəklər.
Biz gənclərə bu işdən vaz keçmələrini və "filən komanda qazdır” şüarının yaxşı bir iş olmadığını
xatırlatdıq,amma onların fikirlərində israrlı olduqarını görüb geri çəkildik.
Hele bur harasidir dunenki oyunda vapse agin cixardilar www.agligoylu.tk saytina daxil olun oxuyun Oz qulagimla esidim Neftcinin q.... lari bele deyirdi Neftci bizim sahimiz Xezerse da.......gimiz (uzr isteyirem butun xezerlilerden Olunde it toremeleri gor ne gune qalmisiniz yagisdan qorxub oynamadiz Qarabag Neftci azarkesleri eyni p...dur