www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Yanvar » 12 » "12-ci oyunçu" nun Bakı səfəri.
01:32
"12-ci oyunçu" nun Bakı səfəri.

“Xəzər Lənkəran” azarkeşlərinin böyük hissəsi fan klublara daxil deyil və onların fikirlərini mətbuata eləcə də klub rəhbərliyinə çatdırmaq işini azarkeş klubu tənzimləyir.Mətbuata bir başa çıxışı olmayan bu azarkeş kütləsinin maraqlarını qorumaq vəzifəsi “12-ci”lərin üzərinə düşür.Əsasən Lənkəranda yaşayan azarkeşlərin qış fasiləsi dövründə fikir və istəklərini həmçinin irad və təkliflərini elə yerindəcə öyrənib, bir yerə yığaraq “Xəzər Lənkəran” klubunun prezidenti ilə görüşərək bütün bunları ona şəxsən çatdırmaq Bakıya getmək qərarına gəldim.Özümlə apardığım iradlar və təkliflər dolu yazılarda komandaya qarşı olan azarkeş sevgisi daha qabarıq sezilirdi.
“Palmali”nin Bakı ofisində ilk rastlaşdığım mühafizəçi məni heç də xoş üzlə qarşılamadı,əslində günahı özümdə axtarmalıydım.Axı hələ heç iş vaxtı da başlamamışdı.Elə ilk və sonucu sualı vermişdim ki,sualıma cavab almayınca özüm cavablandırdım.Deyəsən tez gəlmişəm deyib geriyə döndüm və yaxın bir saatı paytaxtın “Gənclik” metrosunun yaxınlığıında gəzərək keçirdim.
Yenidən “Palmali” yazılmış və qeyri adi quruluşa malik binanın qarşısında dayananda artıq saat 09:30 göstərirdi.Bu dəfə də mühafizəçi məni soyuqqanlıqla qarşılayıb,gözləməyi təklif etdi.Az sonra artıq yuxarı mərtəbəyə qalxıb, “Xəzər Lənkəran” klubunun vitse prezidenti Tuyğun Nadirovla söhbətə başladım.Sən demə “soyuqqanlıq” mühafizəçilərə xassdır.Hər halda azarkeşlərin nümayəndəsinin vitse prezident tərəfindən hörmətlə qarşılanması,daha sonra isə eyni hörmət və diqqətlə klubun prezidenti Mais Mənsimov tərəfindən qarşılanma bu fikrə düşməyə əsas verirdi. Qayıdım Tuyğun Nadirovla olan söhbətə.Mənə diqqətlə qulaq asan və qeydlərini edən vitse prezident,azarkeşlərin iradlarını nəzərə alacaqlarını dilə gətirdi.Söhbətimiz yavaş-yavaş rəsmiçilikdən səmimiliyə keçid alırdı.Birdən qapının arxasında səs eşidildi,Həm söhbətimin qapıdan çölə tez-tez çıxaraq yenidən gəlməsindən və eşidilən o səsdən anlamaq olardı ki,burada toplantı olacaq və mənim təklifimlə, biz toplantı zalında ətraflı sohbəti yekunlaşdırmaq qərarına gəldik.-Gələn dəfə gərək gəlişim gözlənilməz olmasın deyə özümü qınadım.
Lənkərandakı azarkeşlərdən eşitdiklərim bütün iradları,eyni zamanda təklifləri ardıcıllıqla amma bir az tələsərək ona deyirdim.Bir az keçmiş qapı açıldı və Ağasəlim Mircavadov göründü,onun arxasında məşqçi heyyəti gözə dəydi. Mən oranı tərk edib, digər açıq qapıdan içəri keçərək klubun prezidenti Mais Mənsimovla salamlaşıb söhbətə başladım.Beləcə biz ikilikdə "Xəzər Lənkəran" klubunun azarkeşlərini narahat edən bir çox məsələləri müzakirə etdik.Düzü klub prezidentinin belə isti münasibəti məni çaşdırmışdı və nədən başlamağı bilmədiyimdən özümlə gətirdiyim yazılı qeydlərimə nəzər saldım.İlk öncə azarkeş narazılıqlarını,sonra arzu və təklifləri ona bildirib, daha sonra isə azarkeş klubunun fəaliyyəti barədə danışdım.Stadiona giriş üçün satılan biletlərin hazırki qiymətinin saxlanılması haqda olan müraciəti təqdim etdim.Söhbətimizin sonu klub prezidentinin azarkeşlər barədə dediyi xoş sözlərlə bitdi.Sən demə Mais Mənsimov azarkeşlərin çılğınlıqla komandanı dəstəkləmələrindən zövq alırmış.
-“Fırtınalar meydanında azarkeşlər coşduqca futbolu seyr etmək daha maraqlı olur”.Bu sözləri ondan eşitmək məni,azarkeş klubunun rəhbəri kimi yalnız sevindirə bilərdi.
Palmalinin Bakı ofisini tərk edərək Lənkərana yola düşdüm.Yol boyu cavablandırdığım telefon zəngləri, 300-kilometrlik bərbad Bakı-Lənkəran yolunda avtobusun çalaları saymasını da unutdururdu.Lənkərana qayıtdığımdan bəri hər gün fəal azarkeşlərlə görüşüb,gördüklərimi onlarla bölüşürəm. Azarkeş klubu olaraq biz 12-cilər ölkə futbolunda özümüzə məxsus şəkildə fəaliyyətimizi davam etdiririk.

Bölmə: |Baxış sayı: 875 | Yazar: ISLAM |
Всего комментариев: 1
14.01.2010
".....ölkə futbolunda özümüzə məxsus şəkildə fəaliyyətimizi davam etdiririk."
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz