Ana Səhifə» 2010»Yanvar»30 » "12-ci oyunçu"nun İran səfəri.
00:06
"12-ci oyunçu"nun İran səfəri.
Qonşu İran dövlətinin futbol çempionatında Təbriz şəhərini təmsil edən “Traktorsazi “ klubunun azarkeşləri ilə “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsi əməkdaşlığa başladı. “Xəzər Lənkəran” azarkeşlərinin sorağı Azərbaycanın hüdudlarından kənarda da yayılıb.Beləki qonşu İran İslam Respuplikasında da “Xəzər Lənkəran”ın azarkeşi az deyilmiş.Bu günlərdə “Traktorsazi” klubunun azarkeşlərinin dəvəti ilə qonşu dövlətə “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin nümayəndəsi getmiş və orada olarkən İranlı futbol azarkeşlərinin sevimli komandalarını dəstəkləməsini yanvarın 22-də baş tutan “Traktorsazi” və “Şiraz” komandalarının oyununu elə stadionda canlı izləmişdir.Oyunun başlamasına bir neçə dəqiqə qalmış “Xəzər lənkəran” azarkeşinin tribunada olduğu səsgücləndirici ilə elan olunduqdan sonra yaxındakı tribunalarda yerləşən azarkeşlər onu alqşlamış və sonra da “Xəzər Lənkəran var olsun, istəməyən kor olsun" şüarını səsləndirmişlər. Oyundan sonra “Traktorsazi” klubunun azarkeşləri ilə fikir mübadiləsi aparan “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin üzvü Fariz İsayev “Xəzər Lənkəran” klubu haqda İranlı azarkeşlərdə sual doğuran məqamlara aydınlıq gətirmişdir.Daha sonra "12-ci"lərin nümayəndəsi, Lənkərandan qonşu dövlətə özüylə apardığı və üzərində “Xəzər Lənkəran” və 12 yazılmış köynəkləri İranlı futbol azarkeşlərinə hədiyyə etmişdir."Traktorsazi"nin fəal azarkeşlərinin birlikdə yaratdıqları azarkeş birliyi ilə“Xəzər Lənkəran”azarkeşlərinin arasında bundan sonra da səmimi əlaqələrin qurulması və əıməkdaşlıq edilməsi barədə razılıq əldə olunmuşdur.