www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 3 » "Böyük futbol " qəzetinə azarkeş cavabı.
17:00
"Böyük futbol " qəzetinə azarkeş cavabı.
“Böyük Futbol” qəzeti, 02-05 noyabr 2009-cu il. Səh.3-də getmiş Musa Eldənizin “Mircavadov va yay” yazısına cavab.

Jurnalist peşəsinə hörmət edərək, “Böyük Futbol” qəzetinin köşə yazarı Musa Eldənizin “Mircavadov və yay” adlı məqaləsini oxuduq. Bu məqalənin sonluğunu bu cümlə ilə yekunlaşdıran Musa Eldənizə bir sıra məsələləri xatırlatmaq istərdik. Məqalənin son cümləsi belədir: “Nədənsə Agasəlim Mircavadovu görəndə, rəhmətlik Nəsimi, daha doğrusu onun məhşur “Məndə sıgar iki cahan, mən bu cahana sıgmazam” kəlamı düşür. Axı niyə? “
Çünki siz, özünüzün dediyi kimi “Xəzər Lənkəran”ın dərdinin çarəsini tapa bilmək üçün, “Tarix Nadir”i, “Kapital”ı oxumuş, “Dədə Qorqud” filminə isə yüz dəfə baxmısınız. Ancaq siz bir futbol yazarı kimi bilməliydiniz ki, hər hansi bir futbol klubunun problemlərini axtarıb tapmaq üçün yuxarıda göstərilən kitabları oxuyub, filmə baxmaqdansa, futbol elmi haqqında biliklərə sahib olub,futbola aid ədəbiyyatları oxuyub, futbola aid filmlərə baxmaq lazımdır. Özünüzün də dediyi kimi, görünür həqiqətən təhsiliniz lazımi səviyyədə deyil və bu səviyyə ilə futbolsevərlərdən, o cümlədən, “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəməyiniz absurddur. Qaldı ki, azarkeşlərin gözünə barmaq soxmaq məsələsinə, onlar sizin əlinizi 180 dərəcə çevirib lazımi ünvana yönəltmək iqtidarındadırlar. Bu azarkeşlərin ən zəif futbol biliyinə malik olanı sizin kimilərdən qat-qat artıq futbol biliyinə malikdirlər.
Baş məşqçimiz Agasəlim Mircavadovu Fabio Kapella ilə, klubumuzun prezidenti Mais Mənsimovu isə La Porte ilə ironik müqayisə edən Musa Eldəniz, görəsən ozünü Ispaniya və ya Ingiltərə futbol mətbuatının hansı futbol yazarı ilə müqaisə edərdi?
“Xəzər Lənkəran” Azərbaycan futboluna yeni nəfəs gətirmiş bir klub olaraq futbol adına boyük işlər gormüş və hazırda ən iddialı bir neçə klubdan biridir. Təbii ki, iş olan yerdə kiçicik nöqsanlar da qaçılmazdır. Amma bunları böyüdərək eybəcər formada qabardan “Böyük Futbol” qəzetinin köşə yazarı Musa Eldənizə bir daha xatırlatmaq istərdik ki, “Xəzər Lənkəran” Azərbaycan futbolundakı mövqeyini artıq sübut etmişdir. Bəs görəsən Azərbaycan mətbuatında yenicə ayaq açan “Böyük Futbol” qəzeti və onun köşə yazarı Musa Eldəniz kimilər bu tip yazılarla hansı mövqeni tutacaqlar?
Azərbaycan mətbuatında idman nəşrləri çoxdur, biri də siz. Özünüzün dediyi kimi, “Öz aramızdı, çoxluqdu ha! Çoxluq isə...”
“Xəzər Lənkəran” klubu və onun ətrafında olan azarkeş ordusunu bir-birindən heç kəs ayıra bilməz. Çünki bu iki məvhum arasındakı sevgi tükənməzdir, əbədidir!

“Bosman” fanklubundan - Əfqan Mirzeyev 03/11/2009

Bölmə: |Baxış sayı: 945 | Yazar: ISLAM |
Всего комментариев: 3
04.11.2009
3. Ramin Kazimov (Ramin) [Материал]
Qoy yazsinlar.Onsuzda Xezer-Lenkeranin nece komanda ve hansi azerkeshleri oldugu hamisina melumdur.Atalarimizin meseli burda yada dushur:IT HURER KARVAN KECHER,O QEDER HURER CANI CHIXAR!Qoy yazsinlar.Yaza-yaza bizi daha da populyashdirirlar ve bu yazilara ehmiyet verilmediyini gorende urekleri partlayacaq!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

03.11.2009
2. Rasif Eyvazlı (Rasey) [Материал]
Xezer lenkeran haqda pis yazan jurnalistler ozlerine kenardan baxa bilseydiler...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

03.11.2009
1. CABBARLI (ISLAM) [Материал]
Lənkəranda Böyük futbol qəzetinin satıldığını görməmişəm və hələ ki,alıb oxumamışam.Deyəsən heç oxumayacağam da.Mən həmişə ölkənin idman jurnalistlərinə deyirəm ki.istəyirsiniz qəzet satılsın Xəzər lənkəran haqda yazın,amma onları da qınaya bilmirəm.Xəzər Lənkəran haqda yazıb, yorulanda və mövzu tapmayanda başlayırlar pisləməklə , tənqidlə,yanaşı təhqirlər də yazırlar.Bu da cənublu azarkeşlərin qəzəbinə səbəb olur.Amma öz aramızdır ha,bu mətbuatın çörəyi Xəzər Lənkəran azarkeşlərindən çıxır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz