Ana Səhifə» 2009»Noyabr»12 » "Flaqman" fan-klubunun üzvü üzr istədi.
20:53
"Flaqman" fan-klubunun üzvü üzr istədi.
"Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycanın hər bir bölgəsi mənim üçün əziz və doğmadır, o cümlədən də cənub mirvarimiz sayılan Lənkəran! Son illərdə "Xəzər Lənkəran" futbol klubunun təşkili ölkəmizdə bu idman növünün inkişafında böyük rol oynayıb. Xüsusilə klubun azarkeşləri çempionatımıza yeni rəng qatıblar. Əzəli rəqabətə çevrilən “Neftçi” - “Xəzər Lənkəran” oyunları zamanı biz azarkeşlər arasında gərginliklər müşahidə olunub. Bazar günü Lənkəran şəhər stadionunda keçirilmiş matçda da eyni hal qeydə alındı. Lakin bizim məqsədimiz lənkəranlıları təhqir etmək olmayıb. Çünki oyun zamanı çılğın olan azarkeşlər bəzən fərqə varmadan xoşagəlməz olaylara səbəb olurlar. Noyabr ayının 10-da ANS-in efirində gedən “Topsuz toplu” verilişində mən - “Flaqman” fanklubunun üzvü Emin Tarverdiyevin çıxışı da əks düşərgədə düzgün anlaşılmayıb. Belə ki, “Xəzər-Lənkəran” - “Neftçi” oyunu zamanı bizim lənkəranlı azarkeşlərin təhqirlərinə dözməyərək qarşılıqlı cavab verdiyimizi etiraf etmişəm. Lənkəran kubunun azarkeşləri “Flaqman” fan-klubunun oyun zamanı “Fuck off” yazılmış plakat qaldırdığını iddia edir. Biz bir daha qeyd edirik ki, matç zamanı biz “Flake off” (yəni qabığı tökülmüş) şüarını qaldırmışıq. Bu isə oyundan bir gün əvvəl bizi ilan adlandırmış “Fırtına” fan-klubuna cavab olaraq hazırlanıb. Bu plakatla bildirmişik ki, ilan mövsümə uyğun olaraq rəngini dəyişir - ağ, yaşıl, qara ola bilir. Yəni, bizim bu zaman əks düşərgədən olan həmkarlarımızı təhqir etmək niyyətimiz olmayıb. Həmin veriliş zamanı mən bu plakatları və fasilə zamanı azarkeşlər arasında yaranmış gərginliyi nəzərə alaraq fikirlərimi aydın çatdıra bilməmişəm. Sonradan mənim fikirlərim “Fırtına” azarkeşləri tərəfindən haqlı olaraq düzgün anlaşılmamışdır. Əziz “Xəzər-Lənkəran” azarkeşləri! Xatırladıram ki, həmin veriliş zamanı mən düz hərəkət etdiyimizi vurğuladım. Amma sizi əmin edirəm ki, dediyim söz həmin studiyada yaranmış gərgin atmosferin nəticəsi idi və bu mənim çıxışım zamanı özünü pis bir mənada biruzə verdi. Bir daha bu hərəkətimə görə efirdə bizi izləyən hər bir tamaşaçıdan, xüsusən də “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyirəm. İnanıram ki, gələcəkdə belə hallar baş verməyəcək".
Bu hec kisi deyilmiski..bu gun dediyni danan sabah ermeninin qabaqinda qarabaqin bizim olduqunu da danar.YALANCI QORXAQ!Cesareti catmadi sozunun ustunde durmaqa.