Ana Səhifə» 2009»Dekabr»19 » "Xəzər Lənkəran" - "Qəbələ" 1:0
21:03
"Xəzər Lənkəran" - "Qəbələ" 1:0
"Xəzər Lənkəran" - "Qəbələ" 1:0 Qol: Rahid Əmirquliyev, 55. Hakimlər: Azad Mütəllimov, İlham Əliyev, Mübariz Haşımov, Elnur Muradov AFFA nümayəndəsi: Eldar Qasımov Hakim-inspektor: Nizami Şərifov
“Xəzər Lənkəran” – “Qəbələ”ni məğlub etdi. Oyunda özünü yaxşı cəhətdən göstərən Rahid Əmirquliyev 55-ci dəqiqədə hesabı açdı.Bu qol matçda yeganə olmaya bilərdi.Lakin Lalinin penaltini boşa verməsi “Xəzər Lənkəran”ın minimal hesablı qələbəsinə səbəb oldu.İkinci yarıda və oyun sonrası ən çox alqış alan da elə Lalin oldu.Lənkəranlı azarkeşlər Honduraslı futbolçunu ruhdan düşməməyə səsləyir ona dəstək olurdular.Qonaq komandanın futbolçularının da çox kobud oynamasını da qeyd etmək lazımdır.Beləki top “Xəzər Lənkəran” futbolçularının ayağına düşən kimi rəqib futbolçular tərəfindən kobudluqla qarşılanırdılar.Təkcə İvan Tsvetkovun ayağına oyun boyu 31- dəfə təpiklə zərbə dəydi ki,bu hesabla da matçın hər üç dəqiqəsinə bir zərbə düşdü.Lənkəran stadionunda 2004-cü ildən bəri keçirilən oyunlarda ən çox kobudluq edən rəqib komanda kimi “Qəbələ” “Fırtınalar meydanı”nın tarixinə düşdü.Kobudluqlardan başını itirən hakimlər briqadası da bir çox epizodlarda hər iki komandanın yersiz olaraq gah əleyhinə gah da lehinə qərar verirdi.Oyunun ipini əldən verən baş hakim əgər bütün kobudluqlara reaksiya versəydi o zaman “Qəbələ”nin futbolçularına 10-sarı və 4-qırmızı vərəqə verməli idi. Bütün “Xəzər Lənkəran” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirik.