www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 22 » Sənin ağlın nə qədərdirsə, o qədər də "uzağı” görə bilərsən...
23:22
Sənin ağlın nə qədərdirsə, o qədər də "uzağı” görə bilərsən...

"Çempion” qəzetinin 22-23 sentyabr 2010-cu il buraxılışında, 3-cü səhifədə "Gündəm” mövzularına aid bir türklər demişkən bir köşə yazısı var. Yazının müəllifi Ruslan Sadıqov, başlığı isə, ""Anar Salmanov niyə "Xəzər Lənkəran”a kömək etmədi?”

 

Yazını cümlə-cümlə təqdim edərək, cavabını verməyi daha məqsədəuyğun sayırıq.

 

           Yazır:  Ötən şənbə günü keçirilən "Muğan” – "Xəzər Lənkəran” oyunu hələ də futbol ictimaiyyətinin bir nömrəli mövzusudur. Daha doğrusu, Lənkəran klubunun cəbhəsinin. 3 gündür ki, düşüblər baş hakimin üstünə. Əvvəlcə oyundan dərhal sonra keçirilən mətbuat konfransında baş məşqçi Mirça Rednik qələbə qazana bilmədikləri üçün günahı görüşün baş hakimi Anar Salmanovda gördü. Daha sonra futbolçular və azarkeşlər növbə ilə referini tənqid atəşinə tutdu.

 

          Bizim cavab:   Əvvəlcə Futbol ictimaiyyətinin yazırsan. Sonra fikirləşirsən ki, bu mövzu futbol ictimaiyyətinin bir nömrəli mövvzusudursa, onda məndən səhv tutub deyərlər ki, belə qlobal mövzuya bu necə yanaşmadır? Sonra guya səhvini düzəltmək istəmisən və bu cümləni əlavə etmisən. "Daha doğrusu, Lənkəran klubunun cəbhəsinin.” Yəni hay-küyü yalnız "Xəzər Lənkəran” tərəfi qaldırıb. Burada bir düz və bir də yanlışlığa yol vermisən. Yanlışlığın budur ki, matç günü tək "Xəzər Lənkəran” tərəfi deyil, bütün obyektiv sayılan idman saytları "Xəzər Lənkəran”ın hakim qərəzinə məruz qalması haqda müxtəlif informasiyalar verib, həqiqəti çatdırırdılar. Xəbərin yoxdursa, öz halına yazıq.

 

          İstəmədən düz dediyin isə odur ki, bu ölkədə futbol idarəçilərindən daha yaxşı, "Xəzər Lənkəran” tərəfi o cümlədən azarkeşləri futbolu hamıdan yaxşı bilir və səhvləri, qərəzləri duya bilir və haqq səsini ucaldırlar. Daha sənin kimi "köşələrdə” gizlənib söz çeynəmirlər.

 

          Çürük məntiqinlə guya Rednikin qələbə çala bilməməsinə görə hakimin üstünə düşdüyünü, sonra futbolçular və azarkeşlərin də bunu davam etdirdiyini deyirsən.

 

          Məlumun olsun ki, bu mövsüm "Xəzər Lənkəran”  bir heç-heçə də edib və iki xal itirmişdi. Bəs onda Niyə nə Rednik, nə futbolçular və nə də azarkeşlər hakim haqsızlığından danışmamışdı. Çünki həmin oyunda hakim haqsızlığından yox sırf oyunun nəticəsini ədalətli görmüşdülər. Buna nə deyirsən?

 

           Yazır:  Oyunu canlı izləməsəydim, bu yazını da yazmazdım. Amma görüşə başdan axıra qədər baxdığım üçün gördüklərimi yazmağı özümə borc bildim.

 

            Bizim cavab:   Oyuna canlı baxmaqla olsaydı, onda gərək "Pişik ən yaxşı qəssab olaydı.” Bu isə mümkün deyil! Min illər insanlar yaşayıb həyat sürürlər, amma bir alim və ya mütəfəkkir bir anda sanki maddənin daxilini görür, onun molekullardan, atomlardan, nüvədən, elektronlardan, pozitronlardan, müsbət və mənfi yüklərdən və neytronlardan və sair zərrəciklərdən ibarət olduğunu açıqlayır. Onun kimi hamı maddəni görür, lakin maddənin daxili fiziki-kimyəvi, bioloji hallarını görə bilmir. Sən iddia etsən belə maddəni gördüyünə inanırıq. Lakin onun daxilini görə bilmirsən. Bilməzsən də. Çünki sən alim, Mütəfəkkir yox sıradan birisən. Bunu yazından da aydın görmək olur. Batini görmədiyinə görə, "mən görmüşəm deyə yazıram” deyə iddialara qalxma. Gözlə, nə vaxt onu görən, kəşf edən olacaq, onda sən də onun kəşflərindən bəhrələnərsən. Necə ki, indi kompüter arxasında oturub ağlına gələni yazırsan. Heyf bu kəşflərdən ki, sənin kimi nadanlar onlardan istifadə edir. Bir də onu demək istəyirəm ki, atomun kəşfindən sonra kimilər ondan bombalar hazırlayıb insanları məhv edir. Kimiləri isə bu kəşflərdən insanların rifahını yüksəltmək üçün istifadə edir.

 

              Yazır:   90 dəqiqə ərzində meydançada sanki iki məhəllə komandası oynayırdı. "Xəzər Lənkəran” cəmi iki dəfə qol vəziyyəti əldə etdi ki, bunlarda da Rahid Əmirquliyev və Uintson Parks qeyri-dəqiq oynadılar. Indi Lənkəran klubunun hakimdən şikayət etməsi mənə gülünc gəlir. Sənin oyunçun 5 metrdən ötürmə verə bilmirsə, topu qəbul etməyi bacarmırsa, 15 metrdən vurduğu top "yarım saata” gedib qapıya çatırsa, buna hakim neyləsin? Guya Salmanov təmiz penaltini vermədi. Gör nə gündədilər ki, "Muğan” kimi ortabab komandanı öz güclərinə məğlub edə bilmirlər, hakimdən penalti istəyirlər. Vallah, mən sizin yerinizə olsaydım, belə oyuna görə utanıb heç ağzımı da açmazdım. Azərbaycanın ən güclü klublarından biri budur? Əgər belə oynayan komanda Azərbaycanın ən güclülərindəndirsə, gör futbolumuz nə gündədir. Parks qapıçı ilə təkbətək çıxanda hakim tez qapını sola çəkdi ki, top kənardan keçsin? Sənin oyunçun təkbətəki vura bilmirsə, bomboş vəziyyətdə topu başla kənara atırsa, burda hakimin nə günahı var? Açığı, penalti epizodunda televiziyadan təkrar-təkrar baxsam da, həmin rakusdan dəqiq bir şey demək olmur. Niyə çıxıb kişi kimi zəif oynadıqlarını etiraf etmirlər, hakimi günahlandırmaqla bunu ört-basdır eləməyə çalışırlar? "Xəzər Lənkəran”ın azarkeşlərinin əsl azarkeş olduqlarını bildikləri üçün qorxurlar ki, onlar komandadan üz döndərərlər. "Orijinal” yola əl atıb diqqətləri hakimə yönəltməyə çalışdılar və bunu da bacardılar. Milyonlarla pullar xərclənib ki, 5 metrdən ötürmə verməyi bacarmayan oyunçu alınsın, yoxsa qeyri-peşəkar açıqlamalar verən məşqçi gəlsin? Elə buna görədir ki, çıxıb Avropada Azərbaycanı biabır edirsiniz. Burada ayağı top tutmayanları birtəhər udub çıxırsınız avrokuboklara, orada da qarşınıza komanda çıxanda ayaqlarınız tir-tir əsir. Mən Rednikin yerində olsaydım, məhəllə futbolu oynayan futbolçularıma ötürmə verməyi, oynamağı öyrədərdim. Məşqçinin işi də budur, daha durub məsuliyyətdən qaçmaq üçün bəhanələr uydurmaq deyil. Əgər baş məşqçı bu oyunda buraxdıqları səhvləri məsuliyyətdən yaxa qurtarmaq ört-basdır edəcəksə, deməli, bu səhvlər araşdırılmayacaq və növbəti oyunlarda da davam edəcək.

 

            Bizim cavab:   Əgər iki məhəllə komandası oynayırdısa. onda ay yazıq, sənin qəzetinin hər nömrəsinin 8 səhifəsi məhəllə futbolundan bəhs edir, sən də cavan ömrünü məhəllə futbolundan yazmaqla "köşə”yə sığınırsan!

 

          Qaldı ki, dediyin cəmi  iki qol vəziyyətinə, bu heç də belə deyil! Sənin dahi Anar Salmanovun hər dəqiqə oyunu saxlamasaydı qolların sayı azı iki və qol vəziyyətlərinin sayı isə dəfələrlə çox olardı. Lənkəran klubunun hakimdən şikayət etməsi sənə ona görə gülünc gəlir ki, çünki sənin ya futboldan anlayışın yoxdur, ya da sevdiyin Anar Salmanov kimi qərəzli adamsan, hərçənd ki, hər ikinizin adamlığı şübhə doğurur. Hakim hər dəqiqə fit çalıb oyunu saxlayacaqsa, onda futbolçu necə ötürmə etsin? Hər topa toxunuşda fitmi çalınır? Qaldı ki penalti epizoduna, bu düz mənim oyunu izlədiyim yerin on metrliyində olub və epizodda Dieqo ilə bizim aramız boş, tam görünən vəziyyətdə, amma siz izlədiyiniz yerdən həm uzaq, həm də görüntünü neçə futbolçunun bağladığını deyə bilərik. Deməli sən həmin epizodu stadionda da dəqiq görə bilməmisən. Çünki deyirsən ki, oyunun videofraqmentlərində də bu aydın görünmürdü.Daha bir fraqmentdə guya E. Oparanın, Uinston Parksa başla verdiyi ötürmədə birincinin əllə oynadığı hakim tərəfindən iddia olunur. Epizoda çox yaxın olan Anar Salmanov niyə ötürmə verilən anda əllə oyuna görə fit çalıb oyunu saxlamır, topun əlverişli vəziyyətdə Uinston Parksa çatdıqdan sonra Anar Salmanov yan xətt hakiminə baxır, onun oyundankənar vəziyyətə görə bayrağı qaldırmadığını görüb qol olacağından qorxaraq qapıçı ilə üz üzə qalmış Uinston Parksın həlledici zərbə vurma anında fitini səsləndirir. Buna saytlarda yerləşdirilmiş həmin anın videogörüntüsünə baxdıqda aydın görmək olur. Top Emekadan Parksa ötürülənə qədər və hakimin fitinin səslənməsi 5-10 saniyə zaman aparır. Bəs bu hakim qərəzi deyilmi? Əgər E. Opara əllə oynamışdısa, onda epizoda çox yaxın olan Anar Salmanov niyə həmin anda fitini səsləndirmədi?  Elə isə ay günahkar bəndə, dəqiq görmədiyin epizod haqda niyə yalandan yazırsan? Bilmirsən ki, günahkarları Allah sevməz onların mükafatı yalnız lənətdir!

 

          Yazırsan ki, "Muğan” kimi komandanı öz güclərinə uda bilmirlər. Bununla "Muğan”ı tənqir edirsən. Həm də deyirsən ki, yaxşı bəhanə tapıblar guya  bununla Anar Salmanov "Neftçi”yə kömək edirdi. Bəyəm "bir tur əvvəl "Neftçi” "Muğan”ı öz gücünə uddu və ya yaxşı oyun göstərdi? Ofsayd epizodunda olan "Neftçi”nin futbolçusu, qapıçı ilə adi vəziyyətdə toqquşursa və hakim penal təyin erisə və sən dediyin kimi, "Neftçi” "Muğan”ı öz meydanında haram penalti ilə udursa, buna sözün nədir? Hələ onu demirik ki, həmin ofsayt olan cinaha yan hakim oyuna bir gün qalmış dəyişdirilmişdi və "Sözəbaxan” Eldar Nağıbəyov təyin edilmişdi. Məhz belə "xəta” da onun nəzarət etdiyi tərəfdə baş verir. Oyundan sonra "Neftçi”nin baş məşqçisi Arif Əsədov da "Yaxşı oynamadan oyunu udmaq da olurmuş” kimi fikirlər səsləndirmişdi. Bunlara sözün nədir? Ya mətbuatı izləmirsən ya da qərəz dolu birisisən. Səninkimilərlə Allah nə vaxtsa haqq-hesab çəkəcək bunu unutma. Qaldı ki tir-tir əsməyə səninkimilərin də belə nahaqçılıqrar etdiyinə görə tir-tit əsən günün olacaq, tələsmə.

 

              Yazır: "Xəzər Lənkəran”ın məşqçi və futbolçu heyəti "hakim qərəzi” üçün məntiqi əsas da tapıblar: güya bununla Anar Salmanov "Neftçi”yə kömək edib. Çempionat hələ indi başlanıb, nə bilirsənki "Neftçi” çempion olacaq? Şəxsən mən Salmanovun oyunu normal idarə etdiyini düşünürəm. Əgər buna oyun demək düzgündürsə. Vallah, Salmanov ötən bazar günü keçirilən "Fənərbağça – Beşiktaş” derbisindəki hakimdən min dəfə yaxşıdır. Türkiyə derbisində hakim oyunun ipini əldən verdiyi üçün futbolçular elə hey kobudluq edir, dəqiqəbaşı mübahisəyə girişirdilər. Salmanov da sarı vərəqələrdən istifadə etməsəydi, oyunçularınızı yerində cəzalandırmasaydı, siz də belə edəcəkdiniz və indi də deyəcəkdiniz ki, hakim sərtliklərə göz yumdu...

 

            Bizim cavab:  Sənin ağlın nə qədərdirsə, bir o qədər "uzağı” görə bilərsən. Ondan uzaqdakı hadisələrə münasibət bildirməyə tələsmə. Onu da bil ki, sən və səninkimilər nə qədər nahaq yol tutsanız belə bir olan Haqq var və o Haqq sonda qələbənin kimə layiq olduğunu göstərəcək. Bir az tarxlə maraqlansan buna dair çox misallar görərsən. Qaldı ki kişilik məsələsinə,sənə aid olmayan şeydən danışma .

"Xəzər Lənkəran” hamınıza kim olduğunu sübut edəcək. Həmin gün uzaqda deyil. Ən uzağı ikinci dövrədə. Sənsə eybəcər fikirlərinə görə, indidən yazmağı tərgitsən yaxşıdır.

 

 

Mənbə:bosman.at.ua

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 928 | Yazar: ISLAM |
Всего комментариев: 3
24.09.2010
3. NEFTCI_FLAQMAN [Материал]
YALANCINI SOYEREM XEZERE IWDIYEN 2HAKIM VARDI BABEK QULIYEV ANAR SALMANOV CEMPION OLDUGVUZ IL GEDIN SAYIN GORUN BABEK NECE OYUNVUZUN HAKIMI OLUB
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.09.2010
2. CEMIYONUN YAZARLARINA YAZDIM Ashagdakini gnderdim [Материал]
salam... Bele bir bashadiq yazmisiz anar selamnov xezer lenkerani niye mudafiye etmedi. niye etmelidir? o neftci edirde daha elinde 2 klub tuta bilmezki. sizin qezete hormetim var idi oda getdi demek olarki xezer lenkeranin minlerle azerkw terfinden deyieln sozleri yaziram size. ele bilki yazida siz xezer lenkeranla shexi qerezliyin var pul vermeyib size ele yazibsiniz? umumiyetle siz azerbaycanlisiz? azerbaycanin futbolunun zibillerini cixartmaq futbolu gozelewdirmek ucun metbuat kecmisiz ya azerbaycanin futbolunu gozden salamq ucun ? azerkwlere gozunuz goturmur? neftciye fanatliq edirsiz? yazmisiz xezer lenerkan oyunu 2 mehelle oyunudur, eger 2 mehele oynudursa niye 2 3 sehife yazmisan ora adamda mehle oyunu ayzar ele qezete ozude 2 3 cu sehifeye onda gelersiz mehlede futbol oynayiriq onuda yazainda ora olar? cox duwunmeden yazibsiniz bugun xeqani memedeovda ozude futbolpress saytina musahibe verib deyibki anarin sehvleri olub ama sen anarin evezine hakimlik edirsen? bir get xeqanini tut soze musahibe al sonra daniw onsuzda sizin qezetin sabahdan lenkerana az buraxin cunku oxuyanda hamisi nehletledi yaxsi qezet boyektiv qezet bilridiler. hakimleri biz pislemirk gozel hakimlerdir hakimelri idare eden xeqani memedov ve ramin musayevi istemirik anladin? xahiw olunur xezer lenkeran haqqinda bele daniwmayin heckim o klub haqqinda bele daniwmaqa haqqi yoxdur. bilirem taliw komandadir istemirsiz ugurlar qazansin ama bunu bilnki o taliw komandadir azerbaycancun caliwir size yarawmir yerlipereslik etmek. bilirk bakidansan neftcinin fanatisan ama daniwdigivi bilin. butun saytlar hakim biyabrciligindan dnaiwir siz burda nagil yazirsiz gedin evvelceden saytlara baxin sherhleri oxuyun sonra gelin yazin ok oz qezetinizi gozden salmayin xezer lenkeran klubunda shexsi qerz kimi ifadeler iwdetmeyin o mehle klubu dediyin komandandin klubun budcesi cempiyin qezetinin budcesinden oturdugu yerden hamisini toplasan hec xezerin budcesinin 10% etmez. okey saqol bu meni fikrim deyi 10 minlerle azerkwin fikridir. hormeti saxlayin itirmeyin bu yazi esasende koshe yazari ruslana gedir ozune yarawani yaz oxuyandada qoy desinlerki Allah olenlerivi rehmet etsin. cox obyektiv duzgun yazib. onuda demek isteyiremki mehle komadasi dediyin lenkeran necede cempiyon necede kobuk ve mdb uzre kobuku bawi uzerine qaldirib neftcinin ugur yoxdur neftcinin uguru ssri dovre gedir. o vaxti lenkeran yox idi olsayidi darmadagin ederdi her yeri saqolun obyektuv olun bu besdir gozunuzle gorun
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.09.2010
1. Ramin [Материал]
yere soxum cemoiyin qezetini buda yazmaqa bawdayibe ele duz cavab ayzdilar 2 sehfe yazmisan mehle futbolundna yazirdin? gelib bzim mehled eoyandigim futbuldnad ayazarinda size biraz hormetim var idi bukmekere gore aliridm qezeti yere soxum senin yazdigin qezeti qerzlivi sen azerbyacnli deyilsen sen esil ermenisen azerbaycnin futbulunu dagitmaqa caliwirsan sen xezer lenkernain adini oz cirkin qezete yazma cunku laiq deyilsen xezer lenkerna budcesi 10 senin qezet metbuatin qederindedir. sen get yazmagi oyren tehlili oyren gelib daniwarsan. senin daniwmqa haqqin yoxdur cunku bunu biz demirki bunu obyektiv olan butun saytlar ve elecede bizim zehlemiz getdiyi xeqani memedovd informasiyada dediki anarin sehvleri coxdur.senin yazdigin bildinki bu qezet yazari deyil esil ermeni perver bir insandir. yere soxum senin bawivi yawmada daha bu dunyada sende tonlarcan soyuw yedin nuw olsun biz elimzden geleni edirik sen ol axaxaxxaxa
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz