Ana Səhifə» 2010»Aprel»30 » Sənin uğurun ədalətin zəfəridir,sənin qələbən haqqın qələbəsidir !
23:19
Sənin uğurun ədalətin zəfəridir,sənin qələbən haqqın qələbəsidir !
“Neftçi” klubu Lənkəranlı azarkeşlərdən çəkindiyindən İ.Qayıbov adına stadionun tribunalarını boş saxlamağa razı olsa da, bizim üçün cəmi 500-yer ayırdığını bəyan etdi. Bizdən çəkinmək lazım deyil, bizə hörmətlə yanaşmaq lazımdır. Biz “Xəzər Lənkəran” azarkeşləri, əslində bu hörməti çoxdan qazanmışıq. Amma nədənsə ölkənin futbol ictimaiətinin qəbul etdiyini, “Neftçi” qəbul etmək istəmir. Bir klubun ki, mövqeyi PFL-nın mövqeyi ilə üst-üstə düşür, o klubdan daha nə gözləmək olardı ki.?! “Xəzər Lənkəran” öz azarkeşinin dəstəyini bu dəfə də hiss edəcək. “Xəzər Lənkəran”ın rəsmi fan klubu, “Fırtına” və “Bosman” fan klubları öz yerlərində olacaqlar. Lənkəranlı futbol aşiqləri komandanı qələbəyə dəstəkləyərək uğur qazanması üçün əllərindən gələni edəcəklər. “Fırtına” “Xəzərin Fırtınası”nı yaradacaq, “Bosman” qələbə üçün yol göstərəcək və rəsmi fan klub isə qələbəni rəısmiləşdirəcək. Bütün Lənkəran, “Xəzər Lənkəran”ın qələbəsi üçün dualar edəcək, uğurlu nətricə xəbərini gözləyəcək. Saat 17:00-dan 19:00-a qədər Lənkəranın küçələri boş qalacaq, hamı televiziya ekranlarından oyunu izləyəcək. Ürəklər bir vuracaq, niyyətlər bir olacaq. Hamı bir ağızdan birgə deyəcək:-“Xəzər Lənkəran”, qalib gəl, sənə qələbələr yaraşır! Bütün “Xəzər Lənkəran” azarkeşlərinin ümumi fikirlərini biz “12-ci oyunçu” azarkeş klubu olaraq deyirik: “Xəzər Lənkəran” bu oyunda “Neftçi”yə qalib gəl, çempion olmasan da bizə yetər! Bizim üçün oyna, bizim üçün qələbə qazan, Lənkəranımızı sevindir! Bizə hörmət etməyənləri məğlub et, bizi təhqir edənlərə onların layiq olduğu yeri göstər! Sənin uğurun ədalətin zəfəridir, sənin qələbən haqqın qələbəsidir! "12-ci oyunçu" azarkeş klubu.