www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Noyabr » 17 » Salam, əziz nəvəm Flaviyo!
18:51
Salam, əziz nəvəm Flaviyo!

 Braziliyadan məktub var ! 

Salam, əziz nəvəm Flaviyo!

Mən sənin uzun uzadı adını çəkmədən, elə qısaca Flaviyo deyirəm, həmişəki kimi. Çünki sənə görə çox narahat olduğumu bilirsən. Uzun uzadı ad çəkmədən birbaşa mətləbə keçirəm, əziz nəvəm.

Bilirsən ki, sən Azərbaycana gedəndən məndə bu narahatçılıq yaranıb. Heç mən sənin ora getməyinə əvvəldən razı deyildim. Ürəyimə gələn, başımıza gəldi. Bilirsən ki, sənin bu qoca nənən, sən ora getdikdən sonra gündə neçə dəfə internet saytlarını izləyir. Bu mənim üçün çətin olsa da, sənə görə olan narahatlığım məni məcbur edir.

Başları batsın, onsuz da futbol oynaya bilmirlər, arada sənin ayağını qırıblar.

Vəhşidirlər də... Sənə deyirdim axı ora getmə. Yadındadı, sən uşaq olanda, məhəlləmizdə futbol oynayardın. O vaxtı da bir dəfə ayağın burxulmuşdu. Sonradan bildim ki, səni zədələyən həmin qonşu uşağı əslən azərbaycanlı imiş. Buna görə sənin oralara getməyinə heç razı deyildim. Amma məni iki şey çaşdırdı, yoxsa ölsəm də səni ora buraxmazdım. Biri alababat pul verirdilər ona görə, ikincisi də deyirdilər ki, səni elə bir komandaya aparacaqlar ki, çox məşhur bir komandadır. Qoca arvadam, yadımdan çıxıb, bilmirəm "flamenqo” deyirdilər, amma yox, "Flamenqo” elə Braziliyada da var. Bəlkə, "fleqmona” deyirdilər, o da yox. Çünki o gün jurnalda oxuyurdum ki, fleqmona irinli xəstəlikdir. Hə... deyəsən yadıma düşdü, "Flaqman” deyirdilər.

Bir də bilirsən, ordan gələnlər, məni valeh etdi. Lap cavanlığım yadıma düşdü. Elə bildim ki, lap özümüzkülərdi. Biri, Baxa Musinyo idi və səni yağ içində böyrək kimi saxlayacaqlarından çox danışırdı. O birisi, Taha Süleymanyo idi. Onun saç düzümü məni valeh etmişdi. Görmürdünmü, bütün Braziliya ona necə həsədlə baxırdı. Onların dediyinə görə hələ Bakıda futbolçuların qeydinə qalan daha gözəl insanlar var. Öz klublarında işləyən Elnuro Əşrəfinyo. Sağ olsun, onun başçılığı altında sənin zədələnməyinlə bağlı bəyanat da yayıblar. Amma öz aramızda qalsın, orda hər oyundan sonra neçə bəyanat yayırlar? Çünki futboldu da, oyunçular bir birinə dəyib neçə dəfə yıxılırlar. Ya da ki, oradan səni aparmağa gələnlərin dediyi kimi, heç kim sizin oyunçulara toxuna bilməz. Əyər biri sizin oyunçuya toxunsa, o dəqiqə hakimin qəzəbinə tuş gələrək meydandan qovular. Hə, hə bunu ordan gələnlər özləri də deyirdilər. Yəqin bu dəfə hakim sənin qıçını qıran oyunçunu qovmayıb deyə bəyanat yayıblar…

O vaxt onlara inandığıma görə də mən sənin ora getməyinə razı oldum. Yeri gəlmişkən, Allah onun canını sağ eləsin, hakimlər komitəsinin sədrini deyirəm, Xaqano Mamedinyo. O da bütün gücüylə həm özü, həm də hakimləri sizin xeyrinizə işləməyə alışdırıb.

Belə getsə ilin axırında çempion olarsız. Daha sizin üçün nə çətinlik qalır ki? Deyirlər Azərbaycanda futboldan ən yaxşı başı çıxanlar da elə adlarını çəkdiyim adamlardı. Braziliyalılar qədər yaxşı mütəxəssislərdi. Ona görə də onların adını braziliyalı kimi yadımda saxlamışam. Sənə onu da deyim ki, bəlkə onların braziliyalılardan da çox futbol anlayışları var. Çünki dünya futbolunda çox belə hadisələrə rast gəlinib. Nəinki incik sümüyünün çatlaması (bunu yadıma salanda ürəyim az qala çatlayır), hətta qolun, qıçın sümüklərinin sınması, sümüyün dərini də deşib bayıra çıxması hallarına rast gəlinib. Amma heç bir klub bununla bağlı bəyanat zad yaymayıb. Sizin klubun işçiləri isə bu bəyanatı yaymaqla dünyada bir ilkə də imza atmış olublar. İndi braziliyada hamı bundan danışır. Həm də ondan danışırlar ki sənin kimi legionerlər oraya ayaq basandan sonra stadionlarında boş yer tapmaq olmur..

Hə, yeri gəlmişkən bizim bir həmyerlimiz var idi, Dieqo Qusmao qısaca Souza. Keçən il onun qolu sınmışdı, hətta sümüyü bayıra çıxmışdı, amma deyəsən onlar bəyanat zad yaymamışdılar. Bilirsən niyə? Burda deyirlər ki, onların klubunun işçiləri, sizin klubda işləyənlər kimi, peşəkar deyillər, yoxsa gərək FİFA-ya, UEFA-ya ya da BMT-yə yaza bilərdilər.

Nə isə onlar sizin düşməninizdir, əcəb olur onlara. Hə, onu da deyim ki, sizin düşməniniz olan həmin klubun sponsoru olan şirkətin gəmisi neçə gündür bizim sahildə dayanıb. Sabah yola düşürlər.

Bir də ki, sizin klubun belə bəyanatları, sərgüzəştləri çox olduğundan, qonşumuz məşhur serial çəkən Armando ilə söhbət etmişəm. Bu barədə serial çəkməyə söz verib. Dediyinə görə bu Braziliyanın çəkdiyi ən uzun, çoxseriyalı teleserial olacaq. Sənin də əlinə nə material düşsə, yubanmadan bizə göndər. Sən orada qazan, biz də burda serial çəkib pul qazanacağıq. Serialı çəkib qurtardıqdan sonra daha evə pul göndərməyəsən. Özün də futbolu atarsan. Daha sənin üstündə fikrim də qalmaz.

Ordakı məşhur mutəxəssislərə mənim salamlarımı çatdır. Uşaqlıqda mənim adımı qısaldıb Matilda nənə deyərdin. Sənin üçün çox narahatam ay bala.

Sənin: Matilda nənən. Cavab yaz yoxsa ürəyim partlayar.

 __________________________

QEYD: Məktubun məhz bizim əlimizə necə düşdüyünü bilmək istəyənlərə bunu deyə bilərik ki, Matilda nənə məktubun üzərində konkret ünvanı belə göstərmişdi: "Azərbaycanın ən çox azarkeşi olan klubunun Braziliyalı futbolçusuna”. Poçtamptda çalışan əməkdaşlar da bizə müraciət etdilər ki, məsələyə aydınlıq gətirək…

Məktubu tərcümə etdi Təkamül İbrət.

Bölmə: Futboldan Kənar |Baxış sayı: 965 | Yazar: ISLAM |
Всего комментариев: 16
19.11.2010
16. randevu [Материал]
FALANGA-NOYUTCHU,sene de aiddi sozlerim.uch-dord nefere gore TALISH bolgesi nece azeri turklerinden ibaret ola biler?! sene meslehetim odur ki,tupoy ideyalarini get bashqa sosial webekelerde ortaya goy.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

19.11.2010
15. randevu [Материал]
1937-ci il tevelludlu Elnur!!!gocaldigindan artiq ne danishdigini da bilmirsen? ne hamimiz azeri turkuyuk?kim onu deyir sene.a kishi cenub bolgesinin en azi 90 faizi TALISHDI.bunu sirga eliyin gulaginizda.hele Azerbaycanda lezgiler,kurdler,tatlar ve daha bashqa milletler yashayir.Azerbaycan hech vaxt butovlukde azeri turklerinden ibaret olmayib ve olmayacaqda.bashqa milletlere de hormetle yanashin,hech kimin huquqlarini tapdalamayin!!!!umumiyyetle idman saytinda millet sohbetini achmag duzgun deyil!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

18.11.2010
14. TALISHSTANLI [Материал]
FLAQMAN_NEFTCI
Qaqash sohbet padlolugdan getmir.Niye sohbete bu cur abarotka verirsen??Her kes isteyir ki, milleti nedi o olsun.Sen turk olaraq isteyersen ki, sene kurd desinler tutalim?Yox!Cunki milletin budur.Burda padlo-madlo sohbetinin hec dexlisi yoxdur.Basha dushen oglan basha dushdu ne demek isteyirem.Lenkeranda da turkler yashayir az olsa da.Gorursen, onlar ozune turk deyirler,talish demirler ki.Millet sohbetini baglayin.Firtina da turkler de var neftcililerin arasinda talishlar da var.Ancaq biz millet sohbetini hec vaxt elememishik sizden ferqli olaraq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

18.11.2010
13. FLAQMAN_NEFTCI [Материал]
AYDAA ALLAHA AND OLSUN HER WEYDEN BIR WEY CIXARDIRSIZ EE AZERI TURKU OLMAQ BEYEM ISLAM MUELLIM PADLODU??? BELKE AZERI TURKLERIN PISDIYNI GORMUSUZ HEE?? MEN LENKARANDA WEHERIN OZUNDE DOSTLARIM DEYIBKI BIZ TURKUK MENIM KICIK BAZARDA QALADA BOYUK BAZARDA DOSTLARIM VAR ONLARIN DEDIYNI DEYIREM MEN ... BUNU SIZDE BILIRSIZ KI NEFTCININ OYUNUNA LAP 10 NEFERDE GELSE ALLAH WAHIDDI KI NEFTCININ MLYONLARLA SEVENI VAR AMA BU ELEDIKVIZ PISLIK TARIXDE QALACAQ VE 10ILDEN SORA HAMI SIZI LENETDIYECEK BUNU UNUTMUYUN BANISEVSKININ RESID OZBEYEVIN ELI REHMANOVUN VE B.DUNYASINI DEYIWMIW NEFTCININ OYUNCULARNIN RUHLARNIN QARWISINDA CAVAB VERECEKSIZ CUNKI NEFTCI BUNA LAYIQ DEYIL ALLAH SIZI BAGIWLASIN !!! NEFTCI-DEN EL CEKIN !!! FLAQMAN ULTRA NEFTCI ILE DAVANIZ VARSA GEDIN FAN CLUBLARNA SOHBETVIZI CURUDUN BURA XEZERE AID SAYTDI XEZERE AID OLAN UGURDAN DANIWIN YOXSA HACAN GIRIREM NEFTCIDEN DANIWIRSIZ 1DEFE BAKI QARABAGDAN DANIWINDA CUNKI BILIRSIZ KI ONLARIN FANATI YOXDU CAVAB VERMEYECEKLER NESEE... ALLAH NEFTCI-Ni WERDE XETADAN QORUSUN AMIN !!! MEN BEZI XEZER AZERKEWLERI KIMI OTURUB DURUB ALLAHA DUA ETMIREM NEFTCI BIABIR ETSIN ALLAH WAHIDDI KI XEZER ZAQREBLE PAXTAKORLA OYNAYANDA MEN NECE SEVINMIWEM TV-DA STADIONDA !!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

18.11.2010
12. Elnur 1937 [Материал]
Daşqın niyə elə fikirləşirsənki sən? Mövzuya bir tərəfli baxırsınız.Xəzər uğur qazana bilməyəndə yıxırsınız hər şeyi komitələrin və qurumların başına.Düzgün deyil axı bunlar,Xəzər də bizimdi Qəbələ də və digərləri də.Neftçiyi niyə xalqın gözündən salmağa çalışırsınız? Sovet dövründə qazandığı rəğbəti niyə yox eləmək istəyirsiniz ? Neftçi həmişə bizim qürurumuz olub klubun adına belə ləkə gətirməyin, Neftçi 50 il Sovet dövründə Azərbaycanın milli komandası olub.Ən azlndan buna görə hörmət qoyun.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

18.11.2010
11. Elnur 1937 [Материал]
Nəysə irqçilik salmaq istəmirəm,bağışyın səhv başa düşübsünüz.Azarkeş sualın cavabını hələ heç mən də bilmirəm niyə getmirlər) Bakıdan kənar bütün yerlərdə azarkeş sarıdan heç bir problem yoxdu yalnız Bakı klubları bu gündədi.Stadiona gedib Premyer liqa maçlarına baxmağa heç kim getmir.1937 yaranan klubun fanatları hardadılar ? Elə 100 nəfər fanatı var bu boyda klubun ? Həqiqətən acı biabırçılıqdı bu,çox üzülürəm stadionda liqa oyununa gedəndə.Heç bir sektor belə dolmur.Vaxt varıydı 2004-2005ci illərdə yadıma gəlir Xəzərlə maçlarda Tofiq Bəhramovun 80%i dolurdu adama da ləzzət verirdi.İndi Neftçi-Xəzər yox istəyir başqası olsun heç kim olmur stadionda.Futbolçuların səsi eşidilir.Təkcə elə Avrokubok olanda dolur stadiona amma liqa olanda hərə öz kefindədi.Lənkəranda,Gəncədə və s. digər rayonlarımızda tam fərqlidi.Nə qədər dostum var Neftçili,tutum dartıram stadionda hamısının da cavabı eynidi elə, "Nə var Azərbaycan liqasının oyununda,yayda xaricilərlə oynayan da gedərik də .." Daha başa düşmürlər elə liqada dəstək vermək lazımdıki komanda ruhlansın,Avrokuboklara çıxsın... Gərək Bakıdaki stadionları bağlasınlar təkcə yayda açsınlar elə. Amma bunun başqa səbəbi də ola bilər.Məsələn,PFL və ya Affa şərt qoymalıdıki hər klubun öz şəxsi stadionu olmalıdı,daha yazıq Respublika stadionda 3 klub oynayır.Artıq otu dözmür oranın az qalırlar Şəfa kimi süni eləsinlər elə. Heç olmasa qərar qəbul eləsinlər 2012-dən şəxsi stadionu olmayanı liqaya buraxmayaq.Neftçinin prezidenti demişdi İsmət Qayıbovu təmiz söküb yerində super stadionda tikəcəyik amma hələ ortada bir şey yoxdu.Allah axırını xeyir eləsin.Təki bütün klbularımızın liqa oyunu dolu stadionlarda oynanılsın. Uğurlar saytınıza ! (Xəzərə aid xəbərlər əladı amma Neftçiyə sataşmalar istisna olmaqla)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
10. CABBARLI (ISLAM) [Материал]
Elnur 1937 , siz bizim adımızdan niyə danışırsınız.Mən şəxsən Azərbaycan türkü deyiləm. Mən Azərbaycanlıyam vəssalam.
Razıyam ki, çempionat təkcə Xəzər lənkəran - Neftçi oyunundan ibarət deyil.
Bax bu fikriniz bir az da maraqlıdır: -Neftçi sadəcə "Flaqman"dan və ya "Ultra Neftçi"dən ibarət deyil
O zaman görəsən qısa şəkildə "ibarət " olanların o biri hissəsinə aid olanlar stadionlara niyə getmirlər ?
Elə sizə də uğurlar.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
9. TALISHSTANLI [Материал]
Elnur, sen boyuk bir SEHV edirsen.Hamimiz Azerbaycan turku deyilik, olmamishiq ve olmariq da.Biz Talishiq,yadinda saxla.Iran xalqiyiq.
P.S. Millet sohbetini ozunki bashladin.Ham zad deyilik ki qerdeshimmm
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
8. Elnur 1937 [Материал]
PS: Neftçi sadəcə "Flaqman"dan və ya "Ultra Neftçi"dən ibarət deyil
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
7. Elnur 1937 [Материал]
Qardaş mən Elnur Əşrəfoğlu fln deyiləm, Lənkərandaki Xəzər -Neftçi oyunu bərabər səviyyəli keçdi sonda buraxılan səhvdə məğlubiyyətlə qurtardı. Xatırladım ki, çempionat yalnız Xəzər-Neftçi oyunundan ibarət deyil,qarşımızda uzun bir yarış var... Söhbəti də irqçiliyə çevirməyin hamımız Azərbaycan türküyük !
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
6. Elnur 1937 [Материал]
Səhv başa düşübsünüz.Biz elə hamımız Azərbaycan türküyük.Mən özümə heç vaxt Azərbaycanlı demirəm.Bunu yalnız anlamayın.Lənkəranlılar da Azərbaycan türküdü ! Kinderi o mənada yazmadığımı siz də bilirsiniz.Yəni Neftçi bir transfer elədi və bu onun gözləmədiyindən də əla çıxdı.Flavinyo öz oyunuyla göz oxşayır.Bir sözlə Neftçi neçə ildi axtardığı öz oyun qurucusunu tapdı. Söhbət çalışmaqdan yazı yazmaqdna getmir.Sizin yazdığınız bu yazıları bütün Xəzər-Neftçi fanatları oxuyur və yazdığınız yazılar elə onlar arasında dava-dalaş salmağa bəsdi.Bir qığılcım bəs edir.Çünki hər şeyi bu həddə çatdıran,Neftçi-Xəzər arasında belə havanı yaradan mətbuat olub həmişə. Bu yazını oxuyanlarda artıq Neftçiyə kin daha da artır.Sizin sayta hər gün daxil oluram xəbərləri oxumaq üçün və həmişə də Neftçiyə sataşıb söz atırsınız nəsə.Belə eləmək düzgün deyil.Ona görə yazmışam hər kəs öz işiylə məşğul olsun.Neftçi sizin işiniz deyila axı... Köməyə qalsa nə qədər köməkdən danışmaq olar qurban olum sizə. Bəsdirin kömək deyirsinzi Xaqani belə getdi,Affa belə getdi,Pfl elə getdi... Bunlara son qoymaq lazımdı artıq.Hər şey sizin gözünüzün qabağında olur axı.Neftçi bu il mükəmməl heyət yığış və hamıdan 2,5 qat artıq qol vrurub baxımlı gözəl oyun nümayiş elətdirir.Köhnə gücünü qaytarıb, Neftçi 5 ildi çempion ola bilmirdi bəs niyə həmin adamlar bu günə qədər kömək eləmirdi.Hələ bundan bir neçə il əvvəl olan Olimpiklə oyunu demirəm... Nə qədər haqsızlığa düçar olmuşuq... Bu hakimlərin səhvinə xahiş edirəm bir tərəfli baxmayın.Hakimliyin zəifliyi bir klubu yox bütün klublarımızı vurur elə .Mirça Rednikin oyunuyla Xəzər Lənkəran çox təəssüf Avropada bir oyun belə uda bilməyəcək.Çox baxımsız anti futbol oynayır.Bundan 2-3 il əvvəl Əsgər Abdullayevin oynatdığı sistemdi və sondaki nəticə də hər kəsə məlumdu. Uğurlar sizə !
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
5. TALISHSTANLI [Материал]
Elnur Eshrefoglu, bir Lenkeran Talishi kimi sene deye bilerem ki, ilk oyunda XL neftcini uddu.Fevrala qeder gozdiyek,sonra baxariq, ay Azerbaycan turku.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
4. CABBARLI (ISLAM) [Материал]
Əvvəla “Elnur 1937” nikli yazı müəllifinə təşəkkür edirəm ki, mədəni yazısı ilə bizimlə dialoq qurub. Nəhayət ki, biz də “Neftçi” tərəfindən bu qədər mədəni şərh yazan birisinə rast gəldik.
Bununla belə mədəni yazı müəllifinə iradlarım da vardır.

1.Rednikin Xəzəri aldatması barədə dediklərinə cavab olaraq konkret fikir vardır. Beləki Mirça “Xəzər Lənkəran”a baş məşqçi təyin olunandan sonra çox az vaxt qalmışdı və lazım olan transferlərin həyata keçirilməsi bu vaxt ərzində mümkünsüz idi. Biz qış fasiləsinə qədər Mirça Rednikin arxasındayıq. Məhz o vaxtdan sonra onun özünü göstərmək imkanları olacaq.

2. “Elnur 1937” nikli yazı müəllifi belə yazır : “Bir Azərbaycan türkü olaraq deyə bilərəm ki,Rednik Xəzərlilərin başını aldatmaqla məşğuldu…”
Baxın indi mən nə yazım ? Yazım ki, Bir Azərbaycan Talışı olaraq …
Mən belə yazaramsa səhv etmiş olaram eləmi? Bəs onda “Elnur 1937” “Bir Azərbaycan türkü…” yazanda səhvə yol vermiş olmurmu ?
Güman edirəm ki, bu “Elnur 1937”-nin diqqətsizliyindən irəli gəlib. Əks halda o bunu etməklə tərəfimizdən əks reaksiyanın nə olacağını hesablayıbmış. Belədə bizim siyasi və ya etnik zəmində səhvlərə yol verməmiz üçün təxribati planı cızmış olub (?!)

3. “Özünüzü "Qafqazın çelsisi" kimi qələmə verməyin heç bir əhəmiyyəti yoxdu”. – fikri ilə də razılaşmıram. Biz özümüzü "Qafqazın çelsisi" kimi qələmə vermirik,biz özümüzü belə bir klubun azarkeşləri sayırıq.

4. "kinder surprise" adlı yumurta vari şokaladlı hədiyyə qutusunu uşaqların necə deyərlər başını aldatmaq üçün alırlar. “Elnur 1937” -in yazdığından belə anlamaq olur ki, “Neftçi” də Flaviyonu almaqla baş aldadır…

5. “Elnur 1937” nikli müəllif yazısının lap əvvəlində belə yazır:
“İşinizlə məşğul olun xahiş edirəm” –Cavab: Biz elə işimizlə məşğuluq. Yəni çörəyimiz bu işlərdən çıxmır. Əksinə əsl azarkeş kimi pul xərcləyirik, sayt açırıq, işlədirik, azarkeşlərin ixtiyarına veririk....Bu saytın fəaliyyəti sırf ictimai işdir ki, qazancsız işimizdən göründüyü kimi də bir çox peşəkarlardan onların çalışdırdıqları saytlardan və ya mətbuat xidmətlərindən yaxşı çalışırıq.
Azərbaycanda fəaliyyət götərən futbol klublarının və fan klubların saytlarından fərqli olaraq daha çevik və qərəzsiz fəaliyyətimizlə tanınmışıq. Bu saytda azarkeşlər fikir bildirməkdə və müzakirələr aparmaqda tam azaddırlar. Elə “Elnur 1937” də fikir bildirməkdə tam azaddır.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
3. Elnur 1937 [Материал]
İşinizlə məşğul olun xahiş edirəm.Flavinyo kimi oyun qurucusu və texnikalı oyunçu Azərbaycana hələ gəlməyib.Əgər Neftçinin hər hansı maçını izləyibsinizsə bunun şahidi ola bilərsinizki necə ağıllı paslar atıb dribblinqlər edir.Hər oyun komandanın bütün hücumları ondan başlayırdı,bir sözlə Neftçini "çiynində daşıyırdı".Belə oyunçuları həqiqətən də qorumaq lazımdı neçə epizodda Anar Salmanov qırmızı kart vermədi və bunun nəticəsi olaraq zədələndi.Həqiqətən onun oyununu izləyərkəən həzz alırıq.Belə oyunçu bəlkə də heç Azərbaycana gəlməzdi.Çox güman Neftçi "kinder surprise" kimi oyunçu alıb və bu qutudan bu istedadlı tapıntı çıxıb.Neftçinin bu ilki transferləri həqiqətən superdi.Bu yeni transfer olunan futbolçuların əməyi də özünü turnir cədvəlində göstərir.Bir Azərbaycan türkü olaraq deyə bilərəm ki,Rednik Xəzərlilərin başını aldatmaqla məşğuldu.Rumıniyanın qalmışlarını gətirib Xəzərə sırayır.Xəzərlilərdə ruminların güclü olduğunu sanır,axı o Ruminyadan gəlib... O, 10 minlik oyunçuları ən az 100-200 minə Xəzərə satır.Buna misal olaraq mövsüm bitməmiş elə Ruizi yola saldılar.Parks da elə onun tayıdır,hücumçunun oynadığı oyunların sayına və qoluna baxmaq buna kifayət edir.Neftçinin liderliyinə isə şər böhtan atıb ləkə gətirməyin mənası yoxdu əziz Lənkəranlı qardaşlarım.Bahadır qədər qol vuran komandadan nə gözləyəsiniz axı. Hələ Avropaya getmək istəyirsiniz her oyunu 1-0 udmaqla .Adama sual verərlər ki, bu heyətlə, bu cür baxımsız oyunda Avrokubokda neynəyəksiniz axı ? Orda Simurqlar,MOİK`lər yoxdu axı 1-0 udasınız... Nə də Olimpiya,Nistru,Lex,Dinamolar yoxdu... Odur ki,özünüzü aldatmayın Xəzər Lənkəranı şişirtməyin mənası yoxdu. Bütün nəticə və statistika göz qabağındadır. PFL.AZ - a girib turnir cədvəlində hər şeyin necə açıq aşkar olduğunu görə bilərsiniz.Qol fərqini,xalı,sıralamanı və s.
PS: Özünüzü "Qafqazın çelsisi" kimi qələbə verməyin heç bir əhəmiyyəti yoxdu. Avrokuboklarda 8 oyuna 0 qələbə, Azərbaycanın ölkə reytinqinə nə qazandırıb? Mən Neftçi azarkeşi olmamağıma baxmarayaq hər Avrokubok maçında heç bir klubumuzu bir-birindən ayırmamışam,hamısına bir gözlə AZƏRBAYCAN adıyla baxıram ona görə bu yersiz davaların, dalaşların,qızışdırmaların və s. hərəkətlərin yeri yoxdu.Özünüz burada hər şeyi yazıb qızışdırırsınız sonra da deyirsiniz Neftçi belə elədi Neftçi elə elədi...
Diqqətinizə görə təşəkkürlər ! İnşAllah Avrokuboklara layiq olanlar gedər və ölkəmizi layiqincə təmsil edərlər !
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
2. Seymur Asadov [Материал]
Halal olsun bele sanballi meqaleni yazana. Cox beyendim.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

17.11.2010
1. TALISHSTANLI [Материал]
Bu nedir?)))Bu zarafatdi yoxsa heqiqi bele bir shey var?))vAllah bu mektubun muellifine ve ideyaya gore alqishlar dushur)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz