www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Noyabr » 23 » Şeytanı daşlayaq !
18:39
Şeytanı daşlayaq !

     

Şeytanı daşlayaq !

Saytımızda "Xəzər Lənkəran” – "Muğan” oyunu ilə əlaqədar, həmçinin XIV turun oyunları ilə bağlı qısa məlumat və ümumilikdə demək olar həmişə "Xəzər Lənkəran”ın xeyrinə olan sadiq azarkeş sayının bu turda da böyük üstünlüyünü göstərən cədvəl tərtib etmişdik. Bu cədvəldəki rəqəmlər PFL-in rəsmi saytından götürülmüş və bu turda ən çox azarkeş sayından başlayaraq azalan istiqamətdə tərtib olunmuşdu. "Sadiq azarkeşlər, Alim Qurbanov, 9-cu qələbə və zirvəyə doğru minimal fərq” başlıqlı həmin yazı "12cioyuncu.com” saytında da işıqlandırılmışdı. 

      Həmin yazı "12cioyuncu.com” saytında işıqlandırıldıqdan bir neçə saat sonra "şərhlər” bölməsində yazıya münasibət bildirilmişdi. "qatuzo” niki ilə şərh bildirən şəxs yazıda tərtib olunan cədvəlin müəllifinə etik normalardan kənar, söyüşlə dolu ittiham irəli sürmüşdü. "12cioyuncu.com” saytınnın əməkdaşları saytın prinsiplərinə uyğun olaraq, söyüşləri şərhdən çıxararaq redaktə edib aşağıdakı formada "abıra salmışdılar”:

     " Bunu kim tertib edibse.... ..... ... ile Moik Baki oyununda cemi 100 nefer var oda Faiqin usaglari 

 

AZAL QARABAG oyununda kor gor gorunurdu kim var idi

 

            Inter turan ay .... ele INTERIN azarkesleri orda 500 nefer ide yerde qalan ise Turan azarkesleri 100 nefer” 

 

            Bu dırnaqcıq içərisində fərqli şriftlə sizə təqdim etdiyim "12cioyuncu.com” saytında, saytın əməkdaşları tərəfindən redaktə olunaraq "abıra salınmış” həmin "qatuzo” nikinə məxsusdur. Mən bəlkə də buna münasibət bildirməzdim. Amma "Bosman” fanklubunun saytının yazısına belə bir etikadan kənar, həm də "anlaşılmaz” bir şərh, məni münasibət bildirməyə məcbur etdi. Həm həmin yazının müəllifi kimi, həm də fanklubun rəhbəri kimi müəyyən araşdırmalar apararaq aşağıdakı fikirlərimi həmin yazını və həmin şərhi oxuyanlarla bölüşmək istəyirəm.

 

             Birincisi yuxarıda qeyd etdiyim "anlaşılmaz”lıq haqda demək istəyirəm ki, yazını oxuyan hər kəsə, o cümlədən "qatuzo”ya aydın olur ki, mənim tərtib etdiyim həmin cədvəl oyunlardan sonra qeydə alınan azarkeş sayının PFL-in rəsmi saytından götürdüyüm rəqəmlərdir. Yazıda da buna dəfələrlə "rəsmi rəqəmlər” deyə işarə olunur. Amma çox güman bunu başa düşən "qatuzo” bu rəqəmlərin müəllifini söymür, sizin də gördüyünüz kimi cədvəli "tərtib edəni” söyür. Cədvəli isə rəqəmləri PFL-in rəsmi saytından götürərək, azalan istiqamətdə mən tərtib etmişəm.

 

            İkinci məqam isə "qatuzo”nun öz aləmində guya çoxbilmişlik edərək istiqaməti yayındırmaq istəməsidir. O, cədvəldə göstərilən bəzi oyunlarda qeydə alınan azarkeş sayını azaltmaqla, "İnter” – "Turan” oyunundakı azarkeş sayını çox göstərmək istəmiş, bununla da sanki "İnter” azarkeşi olduğunu və guya bu oyunda bizim azarkeş sayını "azaltmağımıza” qısqanc yanaşmaqla kimliyini gizlətmək üçün istiqaməti yayındırmaq cəhdi etmişdir. Belə olmasa idi o öz etirazını mədəni formada öz adı ilə də bildirə bilərdi. Görünür buna cəsarəti çatmadığından əl atıb. Əlbəttə başqa "nik”lə sayta girib mədəniyyətsizlik etməyin adını nə qoymaq olar? Mən "12cioyuncu.com” saytının daimi izləyicisi kimi burda şərh yazanlar haqda gündəlik olaraq məlumatlıyam. Onu da deyim ki, bu günlərdə şərh verən bəzi "nik” müəllifləri itdiyi halda "qatuzo” "nik”inin meydana gəlməsi də şübhə doğurur və itən "nik”lərdən birinin olduğu gümanına əsas verir. Bu araşdırmalarımı davam etdirərək müəyyən nəticələrə gəldiyimi deyə bilərəm. Araşdırmalarımı "İnter” fanklubunun rəhbərləri ilə müzakirələrlə davam etdirdim. "İnter” fanklubunun rəhbərliyi oyunda göstərilən azarkeş sayına etiraz etmədiklərini bildirdilər və bunu onlardan kiminsə edə biləcəyinin mümkün olmadığını qətiyyətlə söylədilər. Həm də onlar bunu "Bizimlə, "Xəzər Lənkəran” azarkeşləri dostdur və belə halları kiminsə bu dostluğa kölgə salmaq cəhdi kimi qiymətləndirdiklərini” bildirdilər. Daha sonra Faiq Şadlı ilə söhbətimdə maraqlı bir məsələ ortaya çıxdı. "qatuzo”nun göstərdiyi kimi MOİK – "Bakı” oyununda "100 nəfər Faiqin uşaqları” olduğu bildirilir. Həqiqətən də Faiq Şadlı bu oyunda olduğunu lakin 100 deyil, 60 azarkeşlə iştirak etdiyini bildirdi. Mən bu matçı televiziyadan izləmişəm və orada Faiq bəyi göstərdiklərinin şahidi olmamışam. Belə çıxır ki, "qatuzo” özü həmin oyunda stadionda olub. Özü isə müəyyən səbəblərdən "Xəzər Lənkəran”ın oyunlarına gələ bilməyən, lakin bu yanğını digər oyunlara getməklə söndürməyə çalışan birisidir. Mən hələ araşdırmalarımı tam həqiqətin ortaya çıxacağı ana qədər davam etdirməyi planlaşdırıram. Bunun üçün hələ bəzi məqamlar yoxlanılmalıdır.

 

            "qatuzo”ya isə məsləhətim budur ki, özünü gizlətməklə əyri yollara çox da baş vurmasın. Həndəsədən də bildiyimiz kimi "Düz əyrini kəsir”. Əbəs yerə bunu atalar misalı kimi də işlətmirlər. Düz yolu ilə gedən heç kəsə əyrilər mane ola bilməzlər. Bu şeytan yoludur. Müsəlmanların bu ərəfələrdə qeyd etdiyi Qurban Bayramını iman gətirən şəxslər daha yaxşı anlayır. Bu bayram həm də Böyük Həcc ziyarətinin göstəricisidir. Həcc ziyarətində isə vacib olan əməllərdən biri də "Şeytanı daşlamaq” əməlidir. Bunu yerinə yetirməklə, insanları əyri yollara sürükləyən şeytana nifrət ifadə olunur. Dinimizdə "Tövbə” deyilən bir anlayış da mövcuddur. Allah Taala tövbə edib pis əməllərdən çəkinənləri bağışlayandır. İndi "qatuzo” tövbə edib pis əməllərdən çəkinməklə, imanlılara qoşulur, ya şeytana uyaraq pis əməllərini davam etdirir? Seçim özünündür. Şeytanın yanındadırsa, onda imanlılar tərəfindən daşlanacaq, Allahın lənətinə gələcək!

 

 

 

            Qeyd: Bu fikirlərimi mən "qatuzo”nun şərhinə etiraz etmək üçün elə onun ardından "şərh” bölməsində vermək niyyətində idim. Lakin "12cioyuncu.com” saytında şərh bölməsinin fəaliyyətinin dayandırıldığını görüb saytın inzibatçısı İslam Cabbarlı ilə əlaqə saxladım. İslam bəyin mənə bildirdiyinə görə elə bu məsələ ilə əlaqədar "qatuzo”nun qeyri etik şərhləri gəlməkdə davam etdiyindən bu addımı məcburi olaraq atmışdır. Çünki bu saytın prinsipləri ilə ziddiyyət təşkil edir. Həm də onu nəzərimə çatdırdı ki, özü internet klubda olduğu müddətdə bununla rastlaşıb. Eyni zamanda onu da bildirdi ki, həmin vaxt internetklubda olan "Xəzər Lənkəran” azarkeşləri və ona zəng edərək mənim ünvanıma gələn belə qeyri etik şərhlərə etiraz edənlər olub və onların da xahişini nəzərə alan İslam bəy müvəqqəti "şərh” bölümünü bağlamış olub. Öncə İslam bəyə və bu istəkdə bulunan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Amma gərək "qatuzo” öz səviyyəsini tam göstərmək üçün imkan qazanaydı. "Xəzər Lənkəran” azarkeşi həm mədəni, həm də seçimi gözəl bacaran insanlardır. "qatuzo” kimilər isə belə insanlar tərəfindən "Persona non qrata” hesab olunurlar.

 

 

 

            Haqqı tanıyan hər kəsə hörmətlə: Dr. Mirhafiz M. Babayev

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 712 | Yazar: ISLAM |
Всего комментариев: 11
24.11.2010
11. Dr. Mirhafiz [Материал]
Mən hələ araşdırmalarımı davam etdirirəm. Qəti təsdiq olunmadan kimisə elan etsək səhvə yol verərik. Bu Allaha da xoş getməz. Əgər kimsə bu barədə mənə kömək etmək istəyirsə, qabaqcadan öz təşəkkürümü bildirirəm. Mənim e-mail ünvanım belədir: dr.mirhafiz@mail.ru ; telefon nömrəm isə 050-220-06-36-dır. Əgər beləsini dəqiqləşdirib ifşa etsək, bununla "Xəzər Lənkəran" azarkeşləri murdar xislətli birisindən qurtulmuş olacaq. Mən informasiyaların məxfiliyinə əsl bir Müsəlman Kişisi kimi and içirəm. Aramızdan belə çürük ünsürləri təmizləməyin vaxtıdır!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.11.2010
10. 364 [Материал]
onu tapmaq elede problem deyil.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.11.2010
9. Dr. Mirhafiz [Материал]
NEFTCİ_FLAQMAN-a
Hörmətli "NEFTCİ_FLAQMAN"! burda mən nəinki heç kimi, heç "Neftçi" azarkeşlərini də günahlandırmıram. Yazıda da bildirmişəm ki, hələ araşdırmalarım davam edir. Tam nəticəyə gəldikdən sonra "qatuzo"nun kim olduğunu ortaya cıxaracağam. Amma "qatuzo" kimilər nəinki digər klub azarkeşi, hətta bizim "azarkeşlər" içərisində də ola bilər. Bu ehtimal da böyük ölçüdə realdır. Necə deyərlər-"Meşə çaqqalsız olmaz". Amma sizin iradlarınızı tam şəkildə qəbul edə bilmərəm. Sizin kimi biz də Azərbaycan vətəndaşlarıyıq. Əlbəttə ölkədaxili yarışlarda təbiidir ki, nəinki sizə, bütün komandalara qarşı etik çərçivədə mübarizə aparırıq, necəki bütün ölkə klubları bizə qarşı mübarizə aparır. Çünki ölkədə hələlik iki titulumuz- Azərbaycan Çempionluğu və Azərbaycan Kuboku uğrunda yarışlarda üz-üzə gəlirik. gələcəkdə bura Superkubok və sair yarışlar da əlavə oluna bilər. Bu məqsədlər uğrunda bütün komandalarımız rəqabətdədirsə, bu rəqabət normal və sağlam mübarizə şəraitində olmaqla düzgün qəbul olunmalıdır.
Amma hər hansı bir klubumuzun beynəlxalq yarışlarda iştirak etdiyi məqamda təbii ki, həm də Azərbaycanı təmsil edir. Belə hallarda digər "Xəzər Lənkəran" azarkeşləri kimi bizim "Bosman" fanklubu da belə yarışlarda dəstək üçün hər hansı klubun beynəlxalq matçında stadionda olur. Onu da deyim ki, biz bu oyunlara xüsusi şüarla gəlirik. Şüarımız isə hər hansı baner və ya plakat üzərində yazılmış bu sözlərdən ibarət olub:-""Xəzər Lənkəran" azarkeşləri, Azərbaycan futbolunun azarkeşləridirlər!"
Həmçinin təqdim etdiyiniz "Neftçi"-"Punik" oyunundakı qələbəyə görə biz də sizdən az sevinməmişik. Axı bu Azərbaycan futbolunun qələbəsi idi. Onu da deyim ki, Moskvada örtülü manejdə keçirilən bu oyunda "Neftçi"ni qələbəyə səsləyənlər arasında xeyli "Xəzər Lənkəran" azarkeşləri də var idi. Sadəcə siz bunları nəzərə almamısınız.Alsaydınız yəqin bəzi etik çərçivəni gözləmiş olardınız. Nə isə bizim məramımız hamı ilə normal yoldaşlıq və dostluq prinsipləri qurmaqdır. Biz 90 dəqiqə rəqib əhvalında oluruq. Davamı yoldaşlıqdır. Çünki biz əsl azarkeş hisslərini başa düşdüyümüzdən, digər klubun da belə hisslərinə hörmətlə yanaşmağı qarşımıza məqsəd qoyanlarıq! Hər kəsə normal çərçivə daxilində olmaqla uğurlar arzu edirəm! Onu da deyim ki, idmanın əsas gözəlliklərindən biri də layiq olanın qazanmasıdır! Qoy layiq olan qazansın! Onda heç kimin inciməyə haqqı da qalmır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.11.2010
8. NEFTCI_FLAQMAN [Материал]
http://www.youtube.com/watch?v=6GKIrwWvBOQ buna baxin hec olmasa NEFTCI-nin ugurnu gorun agziviza geleni daniwmayin ayibdi ee bu oyun Yanvarin 19dan 20sine kecen gece baw vermiwdi
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
7. Seid Alizada (ultralenkon) [Материал]
he yani esas o duku var da... cunku 50 barban demisdiler... eger bizim stadionda 50 baraban olsa. barcelonada gelse udarig. biggrin
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
6. XL_fanati [Материал]
Rfr
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
5. Mirhuseyin [Материал]
Dostlar Bu qattuzo nikinin sahibinin Neftci azarkesi olduguna adim kimi eminem ve buna subutumda var
Tesevur edin
agligoylu saytinda meqale gedir Ki Fan Klub prezidenti Xezer azarkeslerini terifleyir ve bundan sonra sizin saytda bele bir yazi Men adim kimi eminem ki ve subut da edirem onun adin Camal Mehdizadedir

Ustelik o bir serhde yazib amma getmeyib ki INTER AZARKESLERI Xezerin arxasinda gizlənir (uzr isteyirem )

Subut? Men tesadufen seherin internet klublarin birinde oturmusam ve hemen qatuzo niki ile yanbayan oturdum ve o gedenden sonra sorusdum ki o oglan kimdi dediler Camal adli bir oglandi Neftci fanatidir

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
4. CABBARLI (ISLAM) [Материал]
Ultra Xəzər fan klubunun yaranması xəbərini ilk dəfə biz yaydıq. Biz yalnız üzərimizə düşən vəzifəni yerinə yetirdik. Yəni məlumatın yayılması üçün müraciət olunmuşdu biz də işimizin öhdəsindən gəldik. Güman edirəm ki, Ultra Xəzərlilər qeyri leqal və leqal fəaliyyətin arasında dəqiq seçim edəndən sonra biz də onlar haqqında olan bütün bilgilərimizi ortaya qoyacağıq. Unutmayaq ki, onlar hər yerdədirlər... Hətta Utra adıyla bütün fəaliyyətdə olanlar arasında da onlar ...
Hələlik bu mövzuda bu qədər.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
3. Seid Alizada (ultralenkon) [Материал]
birde burdaki nickimi, siz Ultraxezer fan kulubu quralacag dediyiniz vaxtlarda acmisdim.:) Ona gore de ultralenkon qoymusam nicki..
ne oldu Ultraxezere? :S
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
2. Seid Alizada (ultralenkon) [Материал]
Men deyirem, bura yazilan serhler birinci admine gedsin.. yoxlanilsin sonra bura gelsin...
yoxsa gun geler bizi de soyerler burda..
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.11.2010
1. CABBARLI (ISLAM) [Материал]
Bu yazı bosman.at.ua saytından götürülüb. Elə yazıda da qeyd olunduğu kimi bəzi insanlar saytımıza daxil olaraq şərh bölümündə etik normalardan kənar sözlər yazırlar deyə məcburi olaraq şərh bölümünün fəaliyyətini müvəqqəti dayandırmışdıq.
Bütün şərh yazmaq arzusunda olanlardan xahiş olunur, etikadan kənar sözlər yazmayın. Bir şərhi maksimum iki dəfə ayrı ayrı yazılarda vermək olar. Şərhlərin sayı ikidən çox olduqda və ya etikadan kənar sözlər, milli , dini , irqi və etik ayrıseçkilik fikirləri olarsa, dövlət qanunlarına zidd yazılar, dövlətçiliyə , Azərbaycançılığa zidd fikirlər yazılarsa, insan şəxsiyyətini alçaldacaq fikirlərə rast gəlinərsə şərhlər silinəcək və ya tamamilə şərh bölümü bağlanacaq
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz