Ana Səhifə» 2010»Oktyabr»4 » Əsl xalq komandası elə milli komandamızdır...
01:12
Əsl xalq komandası elə milli komandamızdır...
Premyer
liqanın sonunda "Neftçi”ni çempionluğunu
təmtəraqla qeyd etmək arzusunda olanlar vardır ki,artıq indidən bu arzu gerçəkləşmək üzrədir.Biz böyük həvəslə
minlərlə insanı bu münasibətlə indidən təbrik etmək istərdik,təəsüf ki,”Neftçi”nin
oyunlarına minlərlə deyil yüzlərlə tərəfdar yığılır.Amma bu haqda fikir
bildirmək qalsın sonraya,hələlik isə çempionatda fasilədir.
Fasiləyə
səbəb isə milli komandanın Avro 2012 seçmə mərhələsi çərçivəsində Avstrшya
millisi ilə qarşılaşmasıdır.Komandamız oktyabrın 8-də Avstriya millisi ilə səfərdə, oktyabrın
12-də isə Türkiyə millisi ilə Bakıda qarşılaşacaq.Ümumi yanaşanda son zamanlar,
ölkə daxili çempionatda klubların
heyyətlərinə cəlb olunan legioner futbolçuların səviyyələri də yüksəkdir,elə
futbolumuz da müəyyən qədər inkişafdadır.Bunun milli komandaya da təsiri
olacağı qənaətinə gəlmək olar.Düzdür bu yaxınlarda Almaniya qarşısında
aldığımız böyük hesablı məğlubiyyət biabırçılıq hesab olunmalıdır.Amma inanmaq
istərdik ki,qrupdakı rəqiblərlə müqayisədə millimizin fərq balansı Almaniya ilə
oyunda olduğu qədər olmayacaq.
Millinin
baş məşqçisi Berti Foqtsun heyyətə çağırdığı
futbolçulardan ikisi ölkə xaricində forma geyinirlər ki,bunlar da Rəşad Sadıxov
və Mahir Şükürovdur.
Millinin
müdafiəçisi Ruslan Abışov da artıq zədəsini sağaldıb,elə Fərid Quliyev də
müəyyən fasilədən sonra milliyə dəvət
alıb.
Bazar
günü milli komandamız artıq Byanaya yola düşüb.Avstriya ilə oyundan dərhal sonra isə
komanda Bakıya dönərək Türkiyə ilə oyunun hazırlığına başlayacaq.
Həmişə olduğu kimi millinin heyyətinə "Xəzər Lənkərandan" üç futbolçu dəvət alıb.Bunlar Kamran Ağayev,Rahid Əmirquliyev və Elnur Allahverdiyevdir.
Qarabag - 7 oyuncu Neftci - 6 oyuncu Baki - 3 oyuncu Xezer-L. - 3 oyuncu Inter - 2 oyuncu Qebele - 1 oyuncu Turan - 1 oyuncu Eskisheherspor - 1 oyuncu Anji - 1 oyuncu