www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Yanvar » 26 » Söhbət ... getmir, vnimatilni olun...
19:02
Söhbət ... getmir, vnimatilni olun...
"Bosman”a qarşı bir gündə iki diqqətsizlik.

Dünən fanklubumuza qarşı iki diqqətsizlik qeydə alınıb ki, bu da xüsusən gənc üzvlərimiz tərəfindən birmənalı qarşılanmayıb.


Bu məqamlardan birincisi "Birlik Kuboku”nu üçüncü dəfə Azərbaycana gətirmiş olan "İnter” klubunun vətəndə qarşılanması ilə əlaqədardır. Kubokun finalı bitər-bitməz komandanın Azərbaycana nə vaxt dönəcəyi və qarşılanma mərasimində hansı formada iştirak edəcəyimiz haqda müzakirələrə başladıq. Çünki "İnter”in bu turnirdə Azərbaycanı layiqincə təmsil etməsi, həm də bu klubun azarkeşləri ilə dost münasibətdə olmağımız bu müvəffəqiyyətə biganə qala bilməməyimizdən qarşılanma mərasimində iştirak edib, dost azarkeşlərlə sevincimizi bölüşmək istəyində idik. Elə bu məqsədlə "İnter”in tanınmış azarkeşlərindən Oqtay Ağazadə ilə əlaqə saxlayıb komandanın nə vaxt hava limanında olacağı vaxtı dəqiqləşdirdik və qarşılanma mərasimində onlarla birlikdə iştirak etmək istədiyimizi bildirdik. Düzü Oqtay bəy bundan "İnter” azarkeşlərinin çox sevinəcəyini belə ifadə etdi:-"Bir dost fanklub kimi həmişə bizim yanımızda olmusunuz, bu tədbirdə də bizimlə birlikdə olmanızdan qürur duyarıq”. Sonra Oqtay bəy aldığı məlumatla bizi də tanış etdi. Onun məlumatına görə komanda Rusiya vaxtı ilə saat 08.30-da Sankt-Peterburq şəhərindən təyyarə ilə havaya qalxacaq və təxminən yerli vaxtla 13:00 radələrində Bakıda H. Əliyev adına hava limanında yerə enəcəyinin proqnozlaşdırıldığını dedi. Bu məqsədlə onlar 24.01.2011 tarixində səhər saat 10:00-da "Əzizbəyov dairəsi”ndə toplaşaraq, sonra hava limanına tərəf gedəcəklərini söylədi və bizi də orada yığışmağa dəvət etdi. Lakin biz öz xəttimizlə göstərilən vaxtda hava limanına birbaşa getməyimizin bizim üçün daha əlverişli olduğunu Oqtay bəyin nəzərinə çatdırdıq və "hava limanında görüşənədək” deyib sağollaşdıq.


Danışdığımız vaxtdan da yarım saat tez, bizim "Bosman” fanklubunun dörd nəfərdən ibarət nümayəndə heyəti Mirhafiz Babayev, Samil Rəcəbov, Hafiz Rəcəbli və Kazım Muradov artıq hava limanının ərazisində idik. Bu vaxt bizdən başqa qarşılama mərasiminə gələcək olan heç kimsə gözə dəymirdi. Təxminən yarım saat sonra "İnter”li azarkeşlər də yavaş-yavaş toplaşmağa başladılar. Azarkeşlərə Oqtay bəy rəhbərlik edirdi. Oqtay bəyin başçılıq etdiyi azarkeşlərlə bir-bir salamlaşıb səmimi təbriklərimizi çatdırdıq. Həmçinin biz burada "Xəzər Lənkəran” azarkeşlərini təmsil etdiyimizi və bütün azarkeşlərimiz adından onlara çatacaq təbrikləri də çatdırmağı unutmadıq. Onu da deyək ki, "12-ci oyunçu” azarkeş qrupu, bizə bu qarşılama mərasimində onları da təmsil etməmiz üçün bir növ səlahiyyət vermişdi.


Görüş zamanı Oqtay bəy həmişə olduğu kimi bu an da onlarla birlikdə olmamız üçün təşəkkür edərkən, turnir ərzində "12cioyuncu.com” və "Bosman.at.ua” saytlarında gedən ardıcıl yazılara görə də təşəkkür etməyi unutmadı. Sonra komanda hava limanında yerə enməklə başlayan qarşılama mərasiminin sonuna qədər biz də "İnter”li qardaşlarımızla birlikdə olduq. Həmçinin digər klublarımızın fanatlarının da bu mərasimdə iştirakının şahidi olduq. Beləcə "İnter”in bu uğuru tək "İnter” fanatları tərəfindən deyil, bir çox klublarımızın azarkeşləri ilə birlikdə qeyd olunaraq tarixə qovuşdu.


Lakin "Bosman” fanklubuna qarşı diqqətsizlik gənc üzvlərimiz tərəfindən birmənalı qarşılanmadı. Belə ki, ölkənin idman mediasında bu diqqətsizlik nəzərə çarpdı. Xüsusən ölkənin bir nömrəli idman nəşri olan "Futbol+” qəzetinin 25-26 yanvar 2011-ci il nəşrində ((N:15 (2198) sayının 5-ci səhifəsində bu qarşılanma mərasimi ilə bağlı, "İnter”i "Qarabağ” və "Kəpəz” qarşıladı” başlıqlı yazısında gördüyünüz kimi nə başlıqda və nə də yazının özündə "Bosman”ın adına rast gəlinmir.


Biz heç də burada reklam olunmaq üçün iştirak etməmişik. Lakin gileyimiz belə bir mötəbər qəzetin diqqətsizliyinə görədir. Çünki, ölkənin futbol ictimaiyyətində və böyük sayda azarkeşlərində bəs hanı dediyiniz qardaş "Xəzər Lənkəran” azarkeşləri? Görəsən nə olub ki, onlar bu mərasimdə iştirak etməyiblər? Kimi suallar yarana bilər deyə narahatlığımızı ifadə edirik.


"Bosman” fanklubuna elə həmin gün daha bir diqqətsizlik "Xəzər Lənkəran” tərəfindən göstərildi. Belə ki, Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışında olan komandamızın baş məşqçisi Mirça Rednikin təlim-məşq toplanışının gedişi, orada keçirilən yoxlama oyunlarının nəticələrinə görə komandanın burdakı azarkeşlərinə:-"Onlara deyin ki, narahat olmasınlar, biz burda təlim-məşq toplanışını tam gücümüzlə, məsuliyyətimizlə davam etdiririk. Sonda güclü bir komanda ilə vətənə dönəcəyik” deyə xəbər göndərməsi, digər fanklublarımıza çatdırılsa da, nədənsə "Bosman” fanklubu yada düşməyib.


Digər azarkeşlərimiz kimi biz də bu təlim-məşq prosesini nigarançılıqla izləməyimizə baxmayaraq, bütün ölkə mediasını, o cümlədən digər, əsasən də Rumıniya mediasını hər an diqqətdə saxlamağımıza, burada lazımi xəbərlərə rast gələn kimi onu tərcümə edərək saytımızda oxuculara çatdırmağımıza baxmayaraq, diqqətdən kənar qalmağımızla əmələ gələn münasibətə özümüzü heç də layiq bilmirik. Düzdür biz araşdırma apardıq və bunu bizim elektron ünvanımızın komandada olmaması üzündən bizə xəbər göndərə bilməmələri ilə izah edən komanda rəsmisi, özünü bu işdə günahkar sayaraq bunu heç də özünə bağışlaya bilmədiyini də etiraf etdi. Biz bunu normal qəbul etməyə çalışdıq. Eyni zamanda komandamıza və baş məşqçimiz Mirça Rednikə sonsuz inam ifadə edərək onun gözəl bir heyət quracağına inanırıq. Biz "Bosman” fanklubu olaraq onu demək istəyirik ki, daim fikrimiz, düşüncələrimiz və cismimizlə "Xəzər Lənkəran”ımızın yanındayıq.

Mənbə:bosman.at.ua

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 786 | Yazar: 12cioyuncu |
Всего комментариев: 2
26.01.2011
2. Dr. Mirhafiz [Материал]
Elgun qardaşımız, biz fikir etmirik. Sizin dediyiniz kimi bunu elə anlaşılmazlıq kimi qəbul etmək istəyirik. Fanklubda orta yaşlı nəslin nümayəndələri bunu normal qarşılayır. Lakin yazıda göstərildiyi kimi fanklubumuzun gənc yaşlı nümayəndələri narahat olmuşdular deyə yazını verməyə məcbur olduq. Gənclər isə daim belə hallarda tez narahat olurlar. Sağ olsunlar ki, verdiyimiz izahatdan və apardığımız araşdırmadan sonra onlar da həqiqəti düzgün başa düşdülər. Çünki onlarda böyüklərə hörmət və "Xəzər Lənkəran"a sonsuz sevgi var!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.01.2011
1. Elgun [Материал]
fikir elemeyim yeqin anlawilmazliq olub
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz